funksiyaları yerinə yetirilməsi də birbaşa göstərilir. Bir çox yerləşmə
dövlətləri xarici diplomatik nümayəndəliklərin lazımi müdafiəsini təmin
etmək iqtidarında olmadığı üçün özləri bu nümayəndəliklərdə daxili
mühafizə sisteminin təşkil edilməsində maraqlı olduqlarını bildirirlər.
Diplomatik təcrübədə, nadir hallarda da olsa, diplomatik
nümayəndəliklərdə daxili mühafizə sisteminin təşkil edilməsi və onun
statusunun akkreditə edən və yerləşmə dövləti arasında tənzimləyən
ikitərəfli razılaşmalara da rast gəlmək olar. Belə ki, Böyük Britaniyada
ABŞ səfirliyini mühafizə edən dəniz piyadaları bölmələri yerli hakimiyyət
orqanları tərəfindən diplomatik personal kimi qiymətləndirilmir, onların
statusu isə xüsusi təhlükəsizlik qüvvələrinə dair ABŞ və Böyük Britaniya
arasında bağlanmış müqavilə ilə müəyyən edilir.
Eyni zamanda yerləşmə dövlətinin səlahiyyətlərinə toxunan
diplomatik nümayəndəliyin daxili mühafizə xidmətinin fəaliyyətinin bəzi
aspektləri yerləşmə dövləti ilə akkreditə edən dövlət arasındakı
münasibətlərdə tez-tez kəskin mübahisələrə səbəb olur.
Məsələn, daxili mühafizənin səlahiyyət hədləri, xü.susilə də
onların əməkdaşları tərəfindən məcburetmə tədbirlərinə əl atdığı hallar
haqqında məsələ tənzimlənməmiş qalır. Əlbəttə, ayrı-ayrı məcburiyyət
tədbirlərinin hüquqa uyğunluğu (məsələn, diplomatik nümayəndəliyin
binalarına daxil olmuş cinayətkarın cinayət törətdiyi anda onun yerli
hakimiyyət orqanlarına təhvil verilməsi məqsədilə tutulması) zəruri
müdafiə institutu çərçivəsində izah edilə bilər. Lakin, bütövlükdə
mühafizə funksiyalarının həyata keçirilməsi məqsədilə bu və ya digər
məcburiyyət tədbirlərinin tətbiq edilməsi (tutma, axtarışlar və s.) yerləşmə
dövlətinin suverenliyinə toxuna bilər.
Akkkreditə edən dövlətin verdiyi səlahiyyətlər arasında
məcburiyyət tədbirlərinə əl ataraq daxili mühafizə xidməti diplomatik
nümayəndəliyin mühafizəsini təmin edir. Lakin yerləşmə dövləti
tərəfindən təşkil edilən xarici mühafizə ona verilən səlahiyyət əsasında
lazımi hallarda məcburiyyət tədbirləri tətbiq
87
edərək eyni tapşırığı yerinə yetirirlər. Diplomatik nümayəndəlikdə
meydana gələn bu və ya digər insidentlərin həll edilməsi zərurəti yarana
bilər. Bunun da nəticəsində xarici mühafizə ilə daxili mühafizə
əməkdaşları arasında birbaşa toqquşma üçün potensial təhlükə yarana
bilər.
Daxili mühafizə əməkdaşları tərəfindən silah gətirilməsi,
saxlanması, daşınması və tətbiq edilməsi məsələləri hələ lazımınca tənzi
m lənməm i şd ir.
Beynəlxalq hüququn qüvvədə olan normaları ilə bu məsələlər
tənzimlənmir. Yerləşmə dövlətləri bu məsələləri ya qüvvədə olan
qanunvericilik normalarının tətbiq edilməsi, ya da xarici diplomatik
nümayəndəliklərin personalına münasibətdə xüsusi qanunların və
təlimatların nəşr edilməsi yolu ilə həll edirlər.
Bir çox dövlətlərdə, məsələn, İtaliya, Ruanda, Sudan və Türkiyədə
yerli səlahiyyətli orqanlardan icazə almaq şərti ilə xarici diplomatik
nümayəndəliklərin personalı oldu silah saxlaya və daşıya bilər. Bəzi
dövlətlərdə, məsələn, Kanada və Çində xarici diplomatik
nümayəndəliklərin personalı yerli səlahiyyətli orqanlarda silahım
qeydiyyatdan keçirməlidir. Lakin, diplomatik nümayəndəliklərin
binalarının xaricində silah gəzdirmək və ya daşımaq qadağandır. Bir sıra
dövlətlərdə diplomatik nümayəndəliyin nümayəndələri tərəfindən konkret
silah növlərinin gətirilməsinə məhdudiyyətlər qoyulmuşdur. Belə ki,
Kanada qanunlarına görə, xarici diplomatlar tərəfindən ölkəyə avtomat
silahının gətirilməsi qadağan edilmişdir. Ayrı-ayrı dövlətlərin
qanunvericiliyi ümumiyyətlə xarici diplomatik nümayəndəliklərin
personalı tərəfindən silahın saxlanılması və daşınmasını qadağan edir.
Məsələn, Böyük Britaniyanın qanunvericiliyi (yalnız ABŞ səfirliyinin
dəniz piyadaları üçün istisna edilmişdir) belə qabağa qoymuşdur.
Azərbaycan Respublikasında və bizimlə yanaşı Rusiya
Federasiyasında xarici diplomatik nümayəndəliklərin personalı tərəfindən
silah gətirilməsi, aparılması, əldə edilməsi və tətbiq edilməsi, onun
qeydiyyata alınması məsələlərini kompleks tənzimləyən vahid
qanunvericilik aktı və ya hökümət qərarı yoxdur.
88
Mövcud olan təcrübəyə uyğun olaraq, qarşılıqlılıq əsasında yalnız səfirlik
tərkibində olan hərbi, hərbi-dəniz, hərbi-hava attaşelərinə və onların
köməkçilərinə, diplomatik kuryerlərə və ya diplomatik poçtu müşayət
edən digər şəxslərə məxsus şəxsi odlu və soyuq silah və odlu silaha aid
döyüş sursatı dövlət sərhəddindən keçirilə bilər. Göstərilən şəxslərə
yalnız bir ədəd odlu və soyuq silah keçirməyə icazə verilir.
Mühafizəçilər keyfiyyətində yerli vətəndaşların işə götürülməsi
təcrübəsi ABŞ üçün xarakterikdir. Amerikalılar hesab edir ki, belə
yanaşma onların vətəndaşları üçün təhlükəni azaldır. Bundan başqa, yerli
vətəndaşlardan olan mühafizəçilər yerləşmə dövlətində daha yaxşı
adaptasiya olunduğundan terroristlərin hücumlarının qarşısını daha
effektiv ala bilərlər. 1984-cü ildə amerikalı dəniz piyadalarının Livandan
çıxarılmasından sonra burada ABŞ səfirliyinin mühafizəsi üçün livanlılar
işə götürülmüşdür. Livandan olan bu mühafizəçilər ABŞ Dövlət
Departamentinin “mobil təlim komandası” təfındən mühafizə texnikası
və silah tətbiq edilməsinə dair iki həftə müddətində təlim keçmişdilər.
Diplomatik nümayəndəlikhrin arxivlərinin və sənədlərinin
toxunulmazlığı məsələləri
Vyana Konvensiyasının 24-cü maddəsinə görə, diplomatik
nümayəndəliyin bütün arxivləri və sənədləri onların olduğu yerdən asılı
olmayaraq hər zaman toxunulmazdır.
Adi şəraitdə arxivlərin və sənədlərin toxunulmazlığı diplomatik
nümayəndəliyin binalarının və diplomatik poçtun toxunulmazlığının
gücünə təmin edilir. Burada diplomatik nümayəndəliyin arxivləri və
sənədlərinin “olduğu yerdən asılı olmayaraq” dedikdə onlar hər hansı
səbəbdən “diplomatik nümayəndəliyin sərəncamında olmadıqda belə
toxunulmazdır” mənasında başa düşülür. Arxivlərin və sənədlərin “hər
zaman” toxunulmazlığı dedikdə isə diplomatik münasibətlər kəsildikdən
sonra da onlar toxunulmazdır mənasında başa düşülür. Diplomatik
nümayəndəliyin arxivləri və sənədlərinin toxunulmazlığı anlayışı bir
tərəfdən yerləşmə dövlətinin qanun
89
Dostları ilə paylaş: |