H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə28/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   24   25   26   27   28   29   30   31   ...   225

hallarda onların toxunulmazlığıımn məhdudlaşdınlmasının mümkün olub 

olmaması haqqında məsələ ortaya çıxır. 

Müasir  diplomatik  təcrübə  diplomatik  nümayəndəliklərin 

binalarının  toxunulmazlığının  hədləri  haqqında  suala  birmənalı  cavab 

vermir.  Beynəlxalq  hüquqda  bəzi  hüquqşünaslar  diplomatik 

nümayəndəliklərin  binalarının  taməmilə  toxunulmazlığının  tərəfdarıdır. 

Digərləri isə özünü müdafiə və ya repressaliya institutuna istinad edərək 

bu  binaların  toxunulmazlığının  məhdudlaşdırılması  mümkünlüyünün 

tərəfdarıdırlar. 

Özünü  müdafiəyə  istinad  edərək  diplomatik  nümayəndəliklərin 

binalarının 

toxunulmazlığının 

məhdudlaşdırılınası 

BMT- 


nin 

Nizamnaməsinin 51-ci maddəsində öz ə.sasını tapmışdır: 

“Dövlətin  ona  qarşı  həyata  keçirilən  təcavüzüdən  və  ya  təcavüz 

təhlükəsindən  fərdi  və  ya  kollektiv  surətdə  özünü  müdafiə  hüququ 

vardır”. Burada özünü müdafiə institutunun hüquqa uyğunluğunu yalnız 

halda  qəbul  etmək  olar  ki,  təmsil  olunan  dövlət  öz  diplomatik 



nümayəndəliyindən zorakılıq aktları üçün istifadə etmiş olsun. 

Bundan  başqa,  zərərçəkmiş  subyekt  tərəfindən  həyata  keçirilən 

zorakı  cavab  hərəkətləri  kimi  tədbirləri  də  qeyd  etmək  lazımdır.  Belə 

tədbirlər  repressaliya  adlanır.  Repressaliya  onu  doğuran  hərəkətlərə 

uyğun  olmalıdır.  Yerləşmə  dövləti  diplomatik  nümayəndələrin 

binalarının mühafizəsini təmin etməkdən imtina etməsi kimi bu binaların 

toxunulmazlığının  məhdudlaşdınlmasının  bu  cür  forması  qanunsuz 

diplomatik  sığınacaq  verilməsinə,  nümayəndəliyin  binalarında  kiminsə 

məcburi  saxlanmaq  hallarına  cavab  olaraq  tətbiq  edə  bilər.  Diplomatik 

nümayəndəliyin  binalarından  müxalifəti  silahla  təmin  etmək,  silahlı 

qiyam hazırlamaq məqsədilə bu binalardan silah toplamaq üçün istifadə 

edilməsi  hallarında  nümayəndəliyin  binalarına  məcburi  daxil  olmaq 

mümkündür.  Yalnız  bu  halda  yerləşmə  dövlətinin  diplomatik 

nümayəndəliyin  binasına  məcburi  daxil  olmasına  bəraət  qazandırmaq 

olar.  Təcrübədə  repressaliya  institutu  əsasında  bu  binaların 

toxunulmazlığını məhdudlaşdırmaq üçün bu və ya digər formanın 



84 


seçilməsi  diplomatik  nümayəndəlik  tərəfindən  sui-istifadə  nəticəsində 

dəymiş zərərin həcminə görə yerləşmə dövlətinin bu məsələni subyektiv 

qiymətləndirilməsindən daha çox asılı olacaqdır. 

Diplomatik nümayəndəliklərin daxili mühafizi sistemi beynəlxalq 

hüquqda yeni bir anlayışdır. 

Diplomatik təcrübədə diplomatik nümayəndəliklər özlərinin daxili 

mühafizə  sistemini  son  20  ildə  təşkil  etməyə  başlamışlar.  Terrorizm 

fəaliyyətinin  qərb  dövlətlərində  güclənməsi  xüsusilə  də  son  illərdə 

terroristlər tərəfindən səfirliklərin tutulması, diplomatların oğurlanması və 

öldürülməsi  halları  bir  çox  dövlətlər  tərəfindən  diplomatik 

nümayəndəliklərdə  daxili  mühafizə  sisteminin  yaradılmasına  səbəb 

olmuşdur. 

Daxili mühafizə sisteminin təsis edilməsi haqqında prinsipial qərar 

hələ 1932-ci ildə Amerika Konqresi tərəfindən qəbul edilmişdir. 1948-ci 

ildən bəri xaricdəki amerika nümayəndəliklərini ABŞ-ın dəniz piyadaları 

daimi mühafizə edirlər. London və Parisdə yerləşən ABŞ səfirliklərində 

dəniz piyadaları bölmələrinin əsgərlərinin sayı 35 nəfərə çatır. 

İndiki 


zamanda 

bir 


çox 

dövlətlərin 

diplomatik 

nümayəndəliklərində daxili mühafizə yaradılmışdır. Son illərdə akkreditə 

edən  dövlət  tərəfindən  diplomatik  nümayəndəliklərdə  təhlükəsizlik 

rejiminin  kəskin  gücləndirilməsi  və  daxili  mühafizə  əməkdaşlarının 

sayının artırılması meyli meydana gəlmişdir. 

Daxili mühafizə əməkdaşlarına ümumi rəhbərliyi, bir qayda olaraq, 

diplomatik  nümayəndəliklərin  təhlükəsizlik  xidmətinin  zabitləri  həyata 

keçirirlər.  Daxili  mühafizə  əməkdaşları  adətən  odlu  silahla  silahlanmış 

olur. Bəzi dövlətlərin diplomatik nümayəndəliklərinin daxili mühafizəsi, 

hətta,  ağır  texnikaya  da  malikdir.  Diplomatik  nümayəndəliklərə  hücum 

zamanı daxili mühafizə xidməti əməkdaşlarının silah tətbiq etdiyi bir çox 

məlum presedentlər var. 

İlk 

olaraq 


terroristlərin 

hücumlarından 

diplomatik 

nümayəndəliklərin müdafiəsi üçün yaradılan mühafizə, təcrübədə həm də 



85 


yerli xüsusi xidmət orqanlarının fəaliyyətinin qarşısını almaq üçün aktiv 

istifadə  olunur.  1987-ci  il  23  aprel  tarixində  kəşfiyyat  üzrə  senat 

komitəsində  dinləmələr  zamanı  bu  fikir  ABŞ  dövlət  katibi  D.  Şulç 

tərəllndən dəqiq ifadə edilmişdir. Orada o Amerika nümayəndəliklərinin 

təhlükəsizliyinin  gücləndirilməsinin  təmin  edilməsi  üzrə  əsas  iki 

tapşırığın nədən ibarət olmasını aşağıdakı şəkildə ifadə etdi: 

-

 

“bizim nümayəndəliklərin kütlənin  zorakılığından, terroristlərin 



hücumundan  və  sanksiyalaşdırılmamış  zorakı  daxil  olma  hallarından 

fiziki təhlükəsizliyinin təmin edilməsi

-

 

bizim  nümayəndəliklərin  və  bizim  kommunikasiya,  rabitə 



şəbəkəsinin texniki təhlükəsizliyinin təmin edilməsi”. 

Beynəlxalq  hüquqda  diplomatik  nümayəndəliklərin  daxili 

mühafizəsi ilə bağlı məsələlər mütəxəssislər tərəfindən lazımınca tədqiq 

edilməmişdir. 

Diplomatik  nümayəndəliklərdə  daxili  mühafizə  sisteminin  təşkil 

edilməsi  və  onun  statusu  haqqında  məsələ  hələ  ki,  mövcud  müqavilə 

normaları ilə birbaşa tənzimlənmir. 

Qüvvədə 


olan 

beynəlxalq 

adətlərə 

görə, 


diplomatik 

nümayəndəliklər  öz  dövlətinin  adət-ənənələrinə  uyğun  olaraq  özünün 

istədiyi kimi gündəlik daxili həyatını təşkil etmək imtiyazından istifadə 

edirlər.  Diplomatik  nümayəndəliyin  daxili  həyatının  təşkil  edilməsi 

çərçivəsindən  kənara  çıxan  hər  hansı  mühafizə  funksiyalarının  həyata 

keçirilməsi yerləşmə dövlətinin daxili işlərinə qarışmaq hesab ediləcək. 

Qeyd  etmək  lazımdır  ki,  diplomatik  nümayəndəliklərdə  daxili 

mühafizə  sisteminin  təşkil  edilməsi  indiki  zamanda  yerləşmə  dövlətləri 

tərəfindən  demək  olar  ki,  etirazla  qarşılaşmayan  geniş  təcrübəyə 

çevrilmişdir. 

Akkreditə  edilən  dövlətlər  viza  sorğularında  və  nota 

mübadiləsində  və  ya  yazışmasında  bu  şəxslərin  vəzifəsini  birbaşa 

göstərərək daxili mühafizə əməkdaşlarını açıq şəkildə yerləşmə dövlətinə 

göndərirlər.  Bundan  başqa,  nota  mübadiləsində  bəzən,  hətta,  bu  və  ya 

digər daxili mühafizə əməkdaşlarının hansı 

86 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə