dozi güzəşllor müəyyənləşdirirdi. 150 ildən artıq bir müddət ərzində bu
güzəştlər qüvvədə idi. Nəhayət, BMT-nin səlahiyyətlər və Güzəştlər
Komissiyasının 196l-ci il 18 aprel tarixli Vyana Konvensiyasında
diplomatik səlahiyyətlər və immunitetlər öz əksini tapdı. Burada əsas
məsələ dövlətlərin böyük və kiçikliyindən asılı olmayaraq onların suveren
hüquqlarına ehtiram əlaməti kimi bütün diplomatlara bu güzəşt və
immunitetlər şamil edildi.
Diplomatik nümayəndəliklər öz funksiyalarını nornıal həyata
keçirmək üçün qəbul edən dövlətin nəzarətindən kənarda olmalıdırlar.
Bundan əlavə, bu üstünlüklərin hüquqi təbiəti ona əsaslanır ki, bir suveren
dövlət digər suveren dövlətin hakimiyyətinə tabe ola bilməz, diplomatik
nümayəndəlik və onun diplomatik heyəti isə məhz dövləti təcəssüm
etdirir. Dövlətin malik olduğu immunitet təbii ki, onu rəsmi təmsil edən
orqanlara və ya şəxslərə də şamil olunmalıdır. Bu baxımdan xarici
diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına beynəlxalq hüquq
normaları əsasında xüsusi güzəşt və üstünlüklər verilir ki, bunlara
diplomatik imtiyaz və immunitetlər deyilir. Tərifdən göründüyü kimi,
diplomatik imtiyaz və immunitetlər iki qrupa ayrılır:
1.
diplomatik nümayəndəliklərin imtiyaz və immunitetləri;
2.
şəxsi imtiyaz və immunitetlər.
Buna görə də, diplomatik nümayəndəliyin xaricdə nornıal
fəaliyyəti üçün hamı tərəfindən qəbul edilmiş 1-ci şərt bu
nümayəndəliyin ərazisi və binasının toxunulmazlığıdır. Burada
diplomatik nümayəndəliyin binası dedikdə, diplomatik münasibətlər
haqqında Vyana Konvensiyasına görə, nümayəndəliyin məqsədləri üçün
istifadə olunan bina, binanın hissələri, mülkiyyət hüququ kimə məxcsLis
olmasından asılı olmayaraq diplomatik nümayəndəlik başçısının
rezidensiyası (yerləşdiyi yer) başa düşülür. Bura həmçinin bina və binanın
digər hissələrinə xidmət edən torpaq sahələri də aid edilir. (Vyana
Konvensiyası 22-ci maddə) BMT-nin Beynəlxalq Hüquq Komissiyasının
açıqlamalarına görə burada “torpaq sahələri” anlayışına diplomatik
nümayəndəliyə məxsus bağ və ya baxça və nəqliyyat vasitələri üçün
dayanacaq daxilir.
72
Beləliklə, diplomatik nümayəndəliyin ərazisinin və binasının
toxunulmazlığı diplomatik nümayəndəliyin ən əsas immunitetlərindən
biridir. Diplomatik nümayəndəliyin bu hüquqi halı beynəlxalq hüquqda
hamı tərəfindən qəbul edilmişdir,
1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyası
diplomatik nümayəndəliyin ərazisinə və binasının ölçülərinə, diplomatik
nümayəndəlik tərəfindən istifadə olunan binaların sayına münasibətdə
məhdudiyyətlər müəyyən etmir. Lakin burada bir qeyd-şərt var ki, bu da
diplomatik nümayəndəlik tərəfindən bu binalar yalnız “nümayəndəliyin
məqsədləri üçün” istifadə edilməlidir. Yerləşmə dövləti nümayəndəliyin
məqsədləri üçün istifadə edilməyən binalara diplomatik immunitet şamil
etməkdən imtina edə bilər: Bu binalara misal olaraq, diplomatların
uşaqları üçün məktəblər mədəniyyət mərkəzləri və s. göstərmək olar.
Əlbəttə belə olan hallarda akkreditə edən dövlət tərəfindən
qarşılıqlılıq prinsipi əsasında eyni cavab tədbirlərinin tətbiq ediləcəyi
istisna deyil. Lakin qarşılıqlılıq prinsipi əsasında bu dövlətlər belə cavab
tədbirləri barədə qabaqcadan razılığa gələ bilərlər.
Bir ölkədə sətirlik açmaq üçün birinci növbədə həmin ölkəyə
diplomatik nümayəndələr gedirlər, onlarla gedən diplomatik İnzibati
işçilər səfirlik binasını tikdirir və ya satın alıb hazırlayırlar və səfirin
gəlişinə qədər hətta açılışını da edirlər. Səfir gəlib etimadnaməni təqdim
etdikdən sonra rəsmi fəaliyyətə başlayır. 1961-ci il diplomatik
münasibətlər haqqında Vyana Konvensiyasının 20-ci maddəsinə görə,
diplomatik
nümayəndəliyin
və
onun
başçısının
diplomatik
nümayəndəliyin binasının, nümayəndəlik başçısının rezidensiyasının,
həm də onun nəqliyyat vasitələrinin üzərində akkreditə edən dövlətin
bayraq və emblemindən istifadə etmək hüququ var.
1961-ci
il
diplomatik
münasibətlər
haqqında
Vyana
Konvensiyasının 21-ci maddəsinə görə, yerləşmə dövləti öz ərazisində öz
qanunlarına uyğun olaraq, akkreditə edən dövlətin nümayəndəliyi üçün
mühüm olan bina və torpaq sahələrinin əldə edilməsində akkreditə edən
dövlətə lazımi kömək göstərməlidir və
73
ya hər hansı digər yolla bu bina və torpaq ərazilərinin əldə edilməsində
akkreditə edən dövlətə yardım etməlidir. Yerləşmə dövləti həm də ehtiyac
olduqda, diplomatik nümayəndəliyin əməkdaşlarının yerləşməsi, yaşayış
yerlərinin əldə edilməsində onlara lazımi kömək göstərməlidir.
Təcrübədə həm xarici diplomatik nümayəndəliklərə bina və torpaq
sahələrinin verilməsinin konkret qaydası, həm də bu binaların tikinti və
təmir məsələləri Vyana Konvensiyasına uyğun olaraq yerləşmə dövlətinin
qanunvericiliyi ilə tənzimlənir. Bu məsələlər həm də maraqlı tərəflər
arasında ikitərəfli razılaşmalar bağlanması yolu ilə tənzimlənə bilər.
Xarici diplomatik nümayəndəliklərə onların öz funksiyalarını
yerinə yetirmək üçün verilmiş bina və torpaq sahələrinin yerləşmə
dövlətinin yerli hakimiyyət orqanları tərəfindən dövlət ehtiyacları üçün
geri alınması imkanı haqqında məsələ kifayət qədər işlənməmişdir. Vyana
Konvensiyasının hazırlanması prosesində ABvŞ və bəzi digər dövlətlərin
nümayəndələri bildirdilər ki, diplomatik nümayəndəlik binalarının
toxunulmazlığı onların yerləşmə dövləti tərəfindən ictimai maraqlar
naminə geri alınması imkanını istisna etmir. Lakin nümayəndə
heyətlərinin əksəriyyəti bu mövqe ilə razılaşmadılar. Belə olan halda
yerləşmə dövləti də öz tərəfindən ədalətli kompensasiya təklif etməli və
ya akkreditə edən dövlətin sərəncamına digər bina və torpaq sahələrini
verməlidir. Təcrübədə yerləşmə dövlətləri bir çox halda xarici diplomatik
nümayəndəliklərə verdikləri bina və torpaq sahələrini məcburi müsadirə
etməkdən çəkinirlər. Konvensiyasının layihəsinin müzakirə edilməsi
prosesində bununla bağlı bəzi misallar gətirilirdi. Məsələn, xarici
diplomatik nümayəndəliklərin başqa binalara köçmək təklifinə etirazla
bağlı inşaat işlərinin gedişi prosesində yerləşmə dövləti müəyyən
rahatsızlığa dözmək məcburiyyətində idi. Diplomatik təcrübədə yerləşmə
dövlətinin belə vəziyyətlərdə məcburiyyət tədbirlərinin tətbiq edilməsi
kimi presedentlər var. Yerləşmə dövləti ehtiyac yarandıqda dövlət ərazisi
üzərində öz suverenliyinin gücündən istifadə edərək və qüvvədə olan
qanun
74
Dostları ilə paylaş: |