iki dövlət arasında diplomatik münasibətlər kəsildiyi və
nümayəndəlik əməkdaşlarının getdiyi halda nümayəndəlik yerləşdiyi
dövlət nümayəndəliyin əmlakına hörmət etməli və qorumalıdır. Adətən,
akkreditə edən dövlət öz mənafeyinin və öz vətəndaşlarının mənafeyinin
müdafiəsini, həmçinin əmlakının müha- vizəsinİ nümayəndəliyin
yerləşdiyi dövlət üçün münasib olan, bu ölkədə nümayəndəliyi olan
üçüncü bir dövlətə etibar edir.
Səfirlik və missiyaların əsas funksiyalarından biri də yerləşdiyi
dövlətin xarici işlər idarəsi, höküməti, parlamenti və ictimai dairələri ilə,
həmçinin bu ölkədəki xarici nümayəndəliklərlə gündəlik əlaqə
saxlamalıdır. Bu əlaqə müəyyən istiqamətə malikdir. Bu, yerləşdiyi
ölkənin siyasi və iqtisadi vəziyyətini öyrənməkdən, həmin ölkənin
iqtisadi və siyasi vəziyyəti haqqında öz dövlətinə məlumat verməkdən, bu
ölkə ilə əməkdaşlığı genişləndirmək məqsədilə onun xarici siyasətini
öyrənməkdən, həmçinin öz dövlətinin vətəndaş və hüquqi şəxslərinin
hüquq və mənafelərini müdafiə etməkdən ibarətdir. Diplomatik
nümayəndəliyin əməkdaşlarını iki əsas kateqoriyaya bölmək olar -
diplomatik heyət və texniki heyət.
Səfirlik və missiyanın diplomatik və texniki heyəti. Səfirlik və
missiyanın diplomatik heyətinə səfir, müşavir - diplomatik nümayəndə və
digər diplomatik işçilər daxildir. Müşavir - diplomatik nümayəndə -
səfirdən sonra ikinci şəxsdir, diplomatik nümayəndə dərəcəsinə malikdir
və səfirin birinci müavinidir. Sonra ayrı-ayrı məsələlər üzrə müşavirlər
gəlir, bunlar bilavasitə iş aparan diplomatik müşavirlərdir.
Daha sonra səfirliyin və missiyanın birinci, ikinci, üçüncü katibləri
və attaşelər gəlir. Attaşelər müxtəlif funksiyaları yerinə yetirirlər.
Məsələn, mətbuat attaşesinin məlumat məsələləri ilə məşğul olur və
müvafiq XİN-in mətbuat şöbələri ilə və yerli, xarici qəzet müxbirləri ilə
əlaqə saxlayır. Bəzən mətbuat attaşesinin vəzifələrini daha böyük
diplomatik işçi - birinci və ya ikinci katib rütbəli işçi yerinə yetirir.
Ticarət attaşesi - əgər ticarət nümayəndəliyi və ya ticarət müşaviri
yoxdursa, ticarət işlərində kiçik
45
vəzifədir. Nəhayət, hərbi attaşe, hərbi-dəniz, hərbi-hava və ya iki
köməkçisi: hərbi-dəniz və hərbi-hava işləri üzrə köməkçisi olan hərbi
attaşe səfirliklərdə olur.
Diplomatik heyət daxilində məlum vəzifə bölgüsü aparılır və
demək olar ki, bütün səfirliklərdə müvafiq şöbələr vardır. Bütün
səfirliklərdə iki şöbəyə - konsul şöbəsinə və mətbuat şöbəsinə rast
gəlmək olar. Konsulluq olmadıqda konsul şöbəsi səfirlik daxilində bir
qədər az hüquqla onun vəzifələrini yerinə yetirir. Baş konsullar, konsullar
və vitse-konsullarla müqayisədə konsul şöbəsinin müdiri bu ölkədə daha
məhdud hüquqa malikdir və onlardan fərqli olaraq nə öz dövlətindən
konsul patenti, nə də təyin olunduğu ölkənin xarici işlər idarəsindən
ekzekvatura alır. Bundan əlavə konsul şöbəsinin müdiri öz höküməti,
daha dəqiq desək, XİN adından deyil, yalnız səfirlik adından hərəkət edir
və səfirliyin fəaliyyət dairəsində bu və ya digər konsul funksiyalarını
yerinə yetirir.
Səfirliyin mətbuat və ya informasiya şöbəsi yerləşdiyi ölkənin
gündəlik mətbuatını izləyir, müxtəlif məlumatlar toplayır, müxbirlərlə, iri
qəzetlərin redaktorları ilə əlaqə saxlayır, mətbuatdan, ölkənin kifayət
qədər məlumatlı adamları olan mətbuat işçilərindən zəruri informasiyanı
alır, həmçinin öz ölkəsi haqqında informasiya ilə və onun siyasəti ilə yerli
mətbuatı tanış edir.
Həmin dövlətin daxili və xarici siyasətini öyrənmək, gündəlik
daxili siyasətini izləmək üçün səfirlikdə səfirlik müşavirinin rəhbərliyi ilə
xarici və daxili siyasət məsələləri ilə məşğul olan diplomatik işçilər
qrupu təşkil edilir.
Nəhayət,
tədbirlərinin təşkili üçün bir və ya iki nəfər
ayrılır. Bu sahədə yerli və milli protokol qaydalarını və onlara riayəti
tələb edən məlum sistem eyniliyini gözləmək lazımdır ki, qəbul və vizitlət
müəyyən qaydada təşkil edilsin və arzuolunmaz ixtilaflara səbəb olmasın.
Adətən, bu ölkədəki protokol qaydalarını bilən katiblərdən biri həmin
qaydaların yerinə yetirilməsinə nəzarət edir və hər cür protokol tədbirinin
hazırlanmasında təşkilati işləri həyata keçirir.
Nəhayət, səfirlikdə təsərrüfat müdirinin rəhbərlik etdiyi
46
inzibati-təs^rrüfat şöbəsi vardır. Adətən katiblərdən biri, hətta müəyyən
bir müşavir bütün inzibati-təsərrüfat işlərinə nəzarət edir. Çünki bu
sahədə bir çox məsələlər üzrə çıxır. Məsələn, təmir üzrə müqavilələrin
bağlanması, alınmış əşyaların çatdırılması kimi məsələlər diplomatik
işçinin nəzarətini tələb edir. Ona görə ki, həmin dövlətin rəsmi idarələri
ilə əlaqə saxlamaq və XİN-nə müraciət etmək lazım gəlir.
Səfirliyin strukturu
Misal kimi səfirliklərdən birinin aşağıdakı strukturunu göstərmək
olar:
Xarici siyasət məsələləri üzrə qrup (böyük səfirliklərdə şöbə);
Daxili siyasət məsələləri üzrə qrup (ya şöbə);
İqtisadi məsələlər üzrə qrup (ya şöbə)
Mətbuat qrupu (şöbəsi);
Konsulluq şöbəsi;
Təsərrüfat qrupu (mühafizə, nəqliyyat, təmizlik və s. məsələləri
idarə edir).
Səfirin katibliyi (protokol məsələlərini idarə edir).
Səfirliyin daxili quruluşu, işinin forma və metodlan
Səfirliyin strukturu və daxilində qüvvələrin bölüşdürülməsi
təxminən bu cürdür.
Diplomatik nümayəndəliyin hərtərəfli fəaliyyətini təmin etmək
üçün onun işinin müvafiq daxili təşkili, səfirlik daxilində qüvvələrin
müvafiq surətdə yerləşdirilməsi və səfirlikdən kənarda müəyyən
tədbirlərin keçirilməsi tələb olunur.
Yerləşdiyi ölkəni öyrənmək, siyasi və iqtisadi vəziyyət, ölkədəki
aktual hadisələr haqqında zəruri informasiya toplamaq və onları düzgün
qiymətləndirmək hər bir səfirliyin birinci dərəcəli vəzifəsidir. Çünki
vaxtında alınmış və təhlil edilmiş informasiya olmadan diplomatik
nümayəndəliyin ciddi və düşünülmüş işi mümkün deyildir. Müasir
beynəlxalq şəraitdə bu vəzifə xüsusi əhəmiyyət kəsb edir. Son dövrdə
dünyada çox sürətli və bəzən
47
Dostları ilə paylaş: |