radikal dəyişikliklər baş verir ki, bu da marağı olan hökümətlərdən
düzgün münasibət göstərmək və müvafiq addımlar atmaq üçün
dəyişikliklərin vaxtında nəzərə alınmasını tələb edir.
Ölkəni öyrənərkən qarşıya çıxan birinci sual budur: nəyi
öyrənmək, ölkə haqqında hansı informasiyaları toplamaq lazımdır?
Əgər tədqiqatın əsas sahələrindən danışsaq, onları üç iri sahəyə
bölmək olar.
Birincisi - iqtisadiyyat və iqtisadi inkişafın meyllərini ciddi surətdə
öyrənmək zəruridir. Müasir şəraitdə, təbii ki, böhran hadisələri, onların
təhlili və perspektivi xüsusilə diqqət cəlb edir.
İkincisi - daxili siyasəti, hökümətin sosial-iqtisadi tədbirlərini,
qüvvələrin yerləşməsini, siyasi partiyaların mübarizəsini, par-
lamentdaxili vəziyyəti, kütləvi təşkilatların - həmkarlar ittifaqlarının,
kəndli təşkilatlarının, ali məktəb tələbələrinin, ziyalıların mövqelərini,
ordudakı vəziyyət, hökümət idarələrinin sabitliyini və əlbəttə, daxili
siyasətin xarici siyasətə təsirini diqqətlə öyrənmək tələb olunur.
Üçüncü - xarici siyasət, onun istiqamətləri, bu ölkənin qonşuları
ilə, böyük dövlətlərlə, əsas dövlət qrupları ilə qarşılıqlı əlaqəsi.
Səfirliyin informasiya mənbələri hansılardır?
Təcrübə göstərir ki, yerləşdiyi ölkənin siyasi və iqtisadi vəziyyəti
haqqında informasiya toplanmasının müvəffəqiyyətini təmin etmək üçün
bu işi elə qurmaq lazımdır ki, nümayəndəliyin hər bir işçisinin
informasiya bazası olsun. Belə bir baza hər şeydən əvvəl bu ölkənin
mətbuatı ola bilər. Mətbuat-informasiyasnın ilk mənbəyi və informasiya
toplamaq üçün daimi bazadır. Digər tərəfdən əhalinin müxtəlif
təbəqələrindən olan ayrı-ayrı şəxslərə söhbət yolu ilə şəxsi ünsiyyət bu
ölkə əhalisini maraqlandıran siyasi və iqtisadi məsələlər haqqında,
həmçinin ölkə həyatının ayrı-ayrı tərəfləri haqqında daha konkret
təsəvvür yaradır.
Səfirlik daxilində informasiya toplanması üzrə iş necə təşkil ola
bilər?
48
Birincisi, praktiki olaraq müəyyən adamlar ayrılır ki, onlar
mətbuatı izləməli və yerli qəzetlərin müxbirləri, qəzet redaktorları ilə və
görkəmli jurnalistlərlə əlaqə yaratmalıdırlar. Bu əlaqələr ölkənin
ictimayyətini maraqlandıran məsələlər haqqında əlavə canlı təsəvvür
yaratmağa imkan verir.
Məlumdur ki, mətbuat bu ölkənin ictimayyətini maraqlandıran
məsələlərlə, müxtəlif siyasi qrupların, əhalinin müxtəlif təbəqələrinin
nöqteyi-nəzərilə tanış edir, lakin ancaq bir mətbuat vasitəsilə düzgün
informasiya toplamaq olmaz. Buna görə də mətbuatla tanışlıqdan başqa
şəxsi müşahidələr, insanlarla şəxsi ünsiyyət lazımdır. Bunlarsız
informasiya tam olmaz, həqiqəti düzgün əks etdirməz. Bu iki informasiya
mənbəyinə müvafiq olaraq səfirlikdə informasiya məsələləri ilə məşğul
olan iki qrup işçi ayrılır. Bir qayda olaraq, diplomatik heyətin tərkibində
mətbuat şöbəsinin faktiki rəhbəri olan mətbuat attaşesi olur. Bu attaşe
dilləri yaxşı bilən və dövri mətbuatı diqqətlə izləyən işçilər qrupundan
ibarətdir; digər tərəfdən, diplomatik işçilər qrupu ayrılır ki, onlar da
ölkənin daxili siyasətini öyrənərək siyasi partiyalarla (iqtidarda və
müxalifətdə olan), baxışları və fəaliyyətləri ölkənin siyasi inkişafında əsas
təmayülləri başa düşmək üçün əhəmiyyət kəsb edən şəxslərlə əlaqə
saxlayır. Adətən, sİyasi məsələlər üzrə qrupa səfirliyin müşavirlərindən
biri və ya birinci katib başçılıq edir. Bu qrup içərisində ölkənin
iqtisadiyyat məsələləri ilə məşğul olan işçilər də olur.
Bəzi səfirliklərdə mətbuatla iş sistemi bu cür təşkil edilir: hər gün
səhər mətbuat şöbəsinin işçiləri ölkənin inkişafındakı siyasi istiqamətləri
əks etdirən əsas qəzetləri gözdən keçirir, ölkə daxilindəki vəziyyəti
qiymətləndirmək baxımından diqqəti cəlb edən məqalələri seçib ayırırlar.
Şöbənin işçilərindən biri və ya qrupun rəhbəri cari gün üçün kiçik xülasə
hazırlayır. Bəziölkələrin əksəriyyətində həddindən çox qəzet çıxır ki,
bunların hamısını gözdən keçirmək mümkün deyildir. Buna görə də bir
qayda olaraq, ölkənin siyasi simasını, ictimai fikrini müəyyən edən 5-10
qəzet götürülür (həm İqtidar, həm də müxalifət orqanlarından).
49
Sonra səfir və ya müşavir səfirliyin bütün diplomatik heyətini
toplayır və qısa müşavirədə 20-30 dəqiqə ərzində mətbuat şöbəsinin işçisi
həmin gün üçün (bəzən 2-3 gün və ya bir həftə üçün) diqqətə layiq
materialların: baş məqalələrin, bəzən bütün siyasi əhəmiyyətli qısa (2-3
sətir) xarici məlumatların xülasəsini oxuyur. Daha sonra, səfirliyin bu
vaxta qədər qəzetləri nəzərdən keçirmiş digər işçiləri, hər kəs özünün
məşğul olduğu məsələlər üzrə mətbuat şöbəsi işçisinin məlumatını
toplayır. Səfirliyin diplomatik işçiləri əldə edilmiş məlumatların daha
mühümləri barədə öz fikirlərini söyləyirlər, səfir və ya müşavir səfirlik
heyətinin hansı məsələlərə daha çox diqqət yetirməli və bu məsələlərin
sonrakı inkişafına nəzarət etmək lazım olduğu haqqında fikrini söyləyir,
hansı məsələlərin mətbuatda kifayət qədər işıqlandırılmadığını, bu
məsələlərin əlavə olaraq necə öyrənilməsini və s. göstərir. O, həmin
məsələ ilə məşğul olan müvafiq işçiyə təkcə gündəlik mətbuatdan deyil,
xüsusi jurnallardan, kitablardan, radio və televiziyadan və s. daha geniş
material toplamağı həvalə edir. Mətbuatın xülasəsinə həsr edilmiş bu cür
müşavirələr həftədə iki-üç dəfə, hətta həftədə bir dəfə, ayda iki dəfə
keçirilə bilər.
Səfirlikdə mətbuatda işıqlandırılmış müəyyən məsələlərə,
məsələn, xarici siyasət üzrə parlament müzakirələrinə həsr edilmiş
müşavirələr keçirilə bilər. Səfirliyin bütün diplomatik heyətinin ölkənin
nə ilə yaşadığından və ölkədəki vəziyyəti Öyrənərkən nəyə diqqət
yetirməyin vacibliyindən xəbərdar olması mühümdür. Diplomatik heyətin
belə müşavirələri keçirərkən səfirliyin rəhbərliyi müvafiq işçiyə operativ
olaraq göstərir ki, onlar ilkin hansı məsələ ilə məşğul olsunlar, bu və ya
digər xadimlə yaxın görüşlərdə həmin məsələləri daha ətraflı
aydınlaşdırsınlar.
Mətbuatın təhlilindən başqa səfirlikdə diplomatik heyətin digər
müşavirələri də keçirilir, bu müşavirələrdə çox vaxt praktik səciyyəli
məsələlər ortaya çıxır. Məsələn, qəzetdə gedən müxtəlif məlumatla
əlaqədar səfirliyə telefonla zəng vurub bu və ya digər məsələyə
münasibətlərini soruşurlar. Bəzən qəzetlərdə bilavasitə səfirliyə aid
qeydlər və məqalələr olur. Çox vaxt bu qeyd və
50
Dostları ilə paylaş: |