H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə199/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   195   196   197   198   199   200   201   202   ...   225

insanın ləyaqəti ilə nadir ahəngdə birləşdirilməsi sayəsində uğurla həyata 

keçirir. 

Qeyd etmək lazımdır ki, 50 ilə yaxın hərtərəfli və səmərəli elmi 

fəaliyyəti  ərzində  Maqsud  İbrahim  oğlu  Hacıyev  Azərbaycan  elminin, 

ədəbiyyatının, müqayisəli dilçiliyin, xüsusilə memuar ədəbiyyat janrınm 

inkişafına şərəflə xidmət göstərmişdir. 

Görkəmli alim Maqsud Hacıyev yüksək elmi - praktiki potensiala 

malik olmaqla yanaşı, eyni zamanda əsl vətəndaşdır, vətəndaşlıq hissələri 

ilə  yaşayıb-yaradan  şəxsiyyətdir.  O,  respublika  əhəmiyyətli  işlərdə, 

xüsusən  respublikamızın  idarə  olunmasında,  dövlətçiliyimizin 

qorunmasında, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən, 

gənc nəslin təlim-tərbiyə işlərində onların yüksək vətənpərvərlik ruhunda 

tərbiyə  olunmalarını  xüsusi  diqqətdə  saxlayan  qayğıkeş  alim,  səmimi 

insan  və  ətrafında  olan  həmkarlarına  qarşı  yaxın  məsləhətçi  və  yaxın 

köməkçidir. 

Bütün  sahələrdə  inkişaf  yoluna  qədəm  qoyan  müstəqil 

Respublikamızın parlaq gələcəyinin təminatı yalnız və yalnız respublika 

ictimayyətinin quruculuq işlərində fəallığı, ziyalılarımızın gərgin əməyi, 

zəhməti və hər kəskin öz sahəsində məqsədyönlü fəaliyyətindədir. 

“Qazancımız-zəhmətimizdədir”  tələbinin  aparıcılarının  ön 

cərgəsində  olan  görkəmli  alim,  diplomat,  pedaqoq,  xeyrxah  insan 

Maqsud Hacıyev Respublikamızın həyatıvacib məsələlərinin həllinin ağır 

yükünü məğrur çiyinlərində aparanlardan biri olmaqla xalqımıza əvəzsiz 

xidmətlər göstərir. 

Maqsud  müəllim  Aviasiya  Akademiyasında  bütün  professor- 

müəllim  heyyətinin,  tələbələrin  böyük  hörmətini  və  rəğbətini 

qazanmışdır. 

Ona  Akademiyanın  rektoru,  tanınmış  görkəmli  şəxsiyyət, 

akademik Arif Mircəlal oğlu Paşayev böyük rəğbət və hörmət bəsləyir. 

Bu  böyük  alim  tələbələrə  müraciət  edərək  Maqsud  Hacıyev  haqqında 

demişdir: “Mən bir müddətdir ki, Maqsud müəllimi tanıyıram. Hər dəfə 

onunla  təmasda  olanda  sözün  əsl  mənasında  insanpərvərliyinin, 

alicanablığının  və  ələlxüsus  ziyalılığının  şahidi  oluram.  Mən  onunla 

söhbətdən doymuram. Siz 



538 


fəxr  edin  ki,  Maqsud  müəllim  kimi  şöhrətli  müəllimlər  sizə  dərs 

deyirlər”. 

Yuxarıda  qeyd  olunduğu  kimi  Maqsud  müəllim  yüksək  peşəkar 

tərcüməçi,  diplomat  (kitabın  224-cü  səhifəsində  verilmiş  Rusiya 

Federasiyası  Xarici  İşlər  Nazirliyinin  arayışına  bax)  kimi  də  fəaliyyət 

göstərmişdir.  Q,  uzun  müddət  Sovetlər  Birliyini  İran  və  Əfqanıstanda 

layiqincə  təmsil  etmiş  və  üzərinə  düşən  vəzifənin  öhdəsindən  şərəflə 

gəlmişdir. Maqsud müəllimin həyatı çox maraqlı olduğu kimi son dərəcə 

rəngarəng  və  zəngindir.  O,  hər  bir  insana  örnək  olan,  insanların 

yaddaşında  qalan  böyük  bir  ömür  yaşamış  və  ibrətamiz  bir  həyat  yolu 

keçmişdir. 

Maqsud  müəllim  akademiyadakı  pedaqoji  fəaliyyətilə  hec  də 

kifayətlənmir,  elmi  axtarışlarını  və  yaradıcılıq  işlərini  davam  etdirir. 

Onun  müasir  aktual  mövzularda  yazdığı  yeni  məqalələrə 

respublikamızda çap olunan elmi yurnallarda, məcmuələrdə tez-tez rast 

gəlmək  olar.  Maqsud  müəllim  bir  neçə  fundamental  elmi  əsərlərin 

müəllifidir  və  onun  yazdığı  bu  əsərlər  respublikamızda  ali  təhsil 

ocaqlarında geniş oxucu kütləsi tərəfindən istifadə olunur. Bu da onun bir 

alim kimi böyük və fitri istedada malik olmasından xəbər verir. Onun bir 

neçə  samballı  monoqrafik  tədqiqat  əsərləri  İran  və  Əfqanıstanda  kitab 

şəklində çap olunmuşdur. 

Maqsud müəllim həm də tanınmış şairdir, yazışı və publisistdir. 

Onun  yazdığı  çoxsaylı  bədii  əsərlər  Azərbaycan  oxucuları  tərəfindən 

sevilə-sevilə oxunur. 

Maqsud  müəllimin  bədii  və  elmi  əsərlərindən  bəziləri  xarici 

ölkələrin  oxucularına  da  məlumdur  (əsərlərinin  biblioqrafik  hissəsinə 

bax).  Berlinin  məşhur  Beynəlxalq  Kitabxanasının  internet  saytında 

Maqsud  Hacıyevin  on  səkkiz  kitab  və  monoqrafiyasının  tam  mətni 

verilmişdir. 

(Bax: 


ıhttpr/havebl. 

Bibliotek.uni. 

halle.de: 

8080/DB=l/LNG=DU/haciyevmaqsud.)  Maqsud  Hacıyevin  tərcü-  meyi 

halından  göründüyü  kimi  o,  həm  də  respublikamızda  tanınmış  ictimai 

xadimdir.  Ölkəmizin  ən  ağır  vaxtlarında  öndə  olmaqla  bərabər  öz 

vətəndaşlıq  mövgeyini  həmişə  bir  mənalı  olaraq  layiqincə  nümayiş 

etdirmişdir. Onu milli birliyimizin keşiyində duran prinsipal mövqeli əsl 

fədai adlandırmaq olar. Maqsud 

539 



Hacıyevin geniş oxuculara, xüsusilə gələcək diplomatlara və beynəlxalq 

əlaqələr  sahəsində  çalışanlara  təqdim  etdiyi  “Diplomatik  protokol  və 

xarici  əlaqələr”  əsəri  də  müəllifin  müstəqil  Azərbaycanımızın  başqa 

sahələrdə  olduğu  kimi  sürətlə  uğurlar  qazanan  xarici  siyasətini  dünya 

miqyasında  həyata  keçirən  diplomatlarımızın  fəaliyyətinin  daha  da 

faydalı olmasına xidmət etmək məqsədi daşıyır. 

Diplomatik  protokol  və  xarici  əlaqələr  haqqında  geniş 

ensiklopedik  məlumat  verən  bu  əsərdə  Azərbaycanın  müasir  xarici 

siyasətinin 

konseptual 

məsələləri, 

xaricdəki 

diplomatik 

nümayəndəliklərin  vəzifələri,  fəaliyyəti  və  funksiyaları,  Azərbaycanın 

xarici siyasəti beynəlxalq əlaqələrdə, diplomatik fəaliyyət və beynəlxalq 

müqavilələrin  bağlanması,  diplomatik  xidmət  zamanı  beynəlxalq 

münasibətləri dərindən bilməyin nəzəri əsasları, diplomatların güzəşt və 

immunitetləri, Azərbaycanın beynəlxalq və regional təşkilatlarda iştirakı 

və  s.  kimi  aktual  problemlər  öz  əksini  tapmışdır.  Müəllifin  öz  şəxsi 

diplomatik  fəaliyyətinə  əsaslanan  canlı  misallar  və  nümunələr  təqdim 

olunan materialların samballığını daha da artırır. 

Maqsud  Hacıyevin  kitabda  əlifba  sırası  İlə  verdiyi  diplomatik 

terminlər  tamamilə  özünü  doğrüldür  və  stolüstü  kitab  kimi  əsərin 

əhəmiyyətini artırır. Kitabın Azərbaycan Respublikasının və beynəlxalq 

təşkilatların  diplomatik  protokola  aid  sənədlərindən,  xarici  əlaqələlərə 

dair  başqa  mühüm  məlumatlardan  ibarət  “Əlavələr”  hissəsi  kitabdan 

istifadənin əhəmiyyətini daha da artırır, əlavə materiallar kimi onu daha 

da əhəmiyyətli edir. 

Şübhə yoxdur ki, Maqsud Hacıyevin diplomatik protokol və xarici 

əlaqələrə  dair  bu  kitabı  diplomatlar  və  bu  sahə  ilə  maraqlananlar  üçün 

olduqca faydalı olacaqdır. 

/.a 


QULIYEV

 

hüquq elmləri doktoru, professor 

540 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə