H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə197/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   193   194   195   196   197   198   199   200   ...   225

sosial-iqtisadi xəttinin uğurla davam etdirilməsi

İkincisi  - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

irəli  sürdüyü  yeni  vəzifələrin  tələblərinə  uyğun  iqtisadi  və  institusional 

islahatların dərinləşdirilməsidir. 

Dövlət  başçısı  İlham  Əliyevin  rəhbərliyi  və  nəzarəti  altında 

Nazirlər Kabinetinin fəaliyyətinin əsasını qeyd olunan istiqamətlər təşkil 

etmişdir. 

Ölkənin iqtisadi qüdrətinin sürətlə artmasını, qeyri-neft sektorun, 

regionların,  sosial  sahənin  və  infrastrukturun  inkişafını  təmin  edən 

kompleks tədbirlər ardıcıl olaraq, sistemli şəkildə həyata keçirilmişdir. 

Enerji təhlükəsizliyi, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, 

xalqın  rifah  halının  yüksəldilməsi,  işsizlik  probleminin  həlli  və  dünya 

iqtisadi sistemində Azərbaycan layiqli yerinin tutulması üçün əhəmiyyətli 

işlər  görülmüşdür.  İlham  Əliyevin  prezidentliyi  dövründə  qazanılmış 

nailiyyətlər  hökümətin  Milli  məclisə  16  mart  2007-ci  il  hesabatında  öz 

əksini tapmışdır. ' 

Ümumi daxili məhsulun həcmi müqayisəli qiymətlərlə 2003- cü ilə 

nisbətən 1,9 dəfə, onun adambaşına düşən hissəsi 2,7 dəfə, əhalinin pul 

gəlirləri 1,8 dəfə, orta aylıq əmək haqqı 2 dəfə, sosyal yönümlü xərclər 3 

dəfə, investisiya xərcləri 7,8 dəfə, müdafiə xərcləri isə 2,4 dəfə artmışdır. 

Bu  müddət  ərzində  ölkə  iqtisadiyyatının  inkişafına  14  milyard  ABŞ 

dollarından artıq sərmayə yönəlmiş, büdcə gəlirləri və xərclərinin artımı 3 

dəfədən çox olmuşdur. 

Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin hər 

rüb  keçirilən  geniş  iclaslarında  cari  və  strateji  məsələlərin  müzakirə 

olunması,  müxtəlif  problemlərin  həlli  ilə  bağlı  konkret  tədbirlərin 

müəyyən edilib həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatının bütün 

istiqamətləri üzrə 2006-cı ildə də böyük nailiyyətlər əldə edilmişdir. 



‘Respublika” qəz.. 17 mart 2007. 

531 


Ümıımiyyotlo,  2006-cı  il  ölkə  üçün  böyük  tarixi  və  iqtisadi 

əhəmiyyətli hadisələrlə xarakterizə olunur. Eneıji təhlükəsizliyi sahəsində 

beynəlxalq əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin isə 

düşməsi,  Bakı-Tbilisi-Ərzurum  qaz  kəmərinin  tikintisi  ulu  öndərimiz 

Heydər  Əliyevin  neft  strategiyasının  təntənəsini  sübut  edən  irimiqyaslı 

layihələrdir. 

Daha  bir  önəmli  hadisə  isə  2006-cı  ildə  Bakı-Tbilisi-Qars 

dəmiryolunun inşası ilə bağlı qərarın qəbul olunmasıdır. 

Keçən il sosial-iqtisadi islahatların dərinləşdirilməsi istiqamətində 

aparılan  işlər  davam  etdirilmişdir.  Belə  ki,  ölkənin  pensiya  sistemində 

köklü  islahatların  aparılması  məqsədi  ilə  zəruri  qanunvericilik  bazası 

yaradılmışdır. 

Ünvanlı sosial yardım sistemi tətbiq edilərək, 59 minə yaxın ailəyə 

ünvanlı  sosial  yardım  göstərilmiş,  ilk  dəfə  olaraq,  ipoteka  kreditlərinin 

verilməsinə başlanılmışdır. 

Böyük  iqtisadi  və  hətta  siyasi  əhəmiyyət  kəsb  edən  milli 

valyutanın  deııominasiyası  prosesi  uğurla  başa  çatdırılmış,  Naxçıvan 

Muxtar Respublikasının uzun illər davam edən qaz təchizatı problemi həll 

edilməsidir. 

Azərbaycanın  ümumi  inkişaf  konsepsiyasında  ətraf  mühitin 

mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasını təmin etmək məqsədi 

ilə 2006-2010-cu illər üçün xüsusi Dövlət Proqramı təsdiq edilmişdir və 

artıq icra olunur. 

2006-cı ildə ümumi daxili məhsulun real artımı 34, 5 faiz olmuş və 

17,7 milyard manata çatmışdır. Bir çox beynəlxalq maliyyə və ya bank 

təşkilatlarının  etirafına  görə,  hazırda  Azərbaycan  dünyada  ən  dinamik 

inkişaf edən ölkələr sırasındadır. Adambaşına düşən əlavə dəyər 2005-ci 

ilə nisbətən 33 faiz artaraq 2400 dollara çatmışdır. 

2006-cı  ildə  dövlət  büdcəsinin  mədaxil  hissəsi  101,2  faiz  icra 

olunmuş  və  2005-ci  ilə  nisbətən  1,9  dəfə,  o  cümlədən  qeyri-neft 

sektorunda 35 faiz artmışdır. 

Dövlət büdcəsinin xərcləri 2005-ci ilə nisbətən 77 faiz artaraq 



532 


3,8 milyard manata çatmışdır. 

Ölkənin  müdafiə  qabiliyyətinin  gücləndirilməsi  yenə  də  diqqət 

mərkəzində  olmuşdur.  Bu  məqsəd  üçün  640  milyon  manat  vəsait 

ayrılmışdır ki, bu da 2005-ci ilə nisbətən 2,2 dəfə çoxdur. Bununla yanaşı, 

ordunun  və  dövlət  sərhədlərinin  möhkəmləndirilməsi,  maddi-texniki 

təchizatın  yaxşılaşdırılması  məqsədi  İlə  zəruri  olan  bütün  resurslar 

ayrılmışdır. 

2006-cı  ildə  büdcə  xərclərinin  tərkibində  dövlət  kapital 

qoyuluşunun həcmini xeyli artırmaq mümkün olmuşdur. Belə ki, dövlət 

investisiya xərcləri 5,4 dəfə artaraq 720 milyon manata çatmışdır. 

Maliyyə-kredit təşkilatları tərəfindən 2006-cı il ərzində 65 faiz çox 

kredit  ayrılmış,  o  cümlədən  uzunmuddətli  kreditlərin  həcmi  2,3  dəfə 

artmışdır. 

Azərbaycanın ümumi valyuta ehtiyatları ötən ilin sonunda təqribən 

4 milyard dollara çatmış və dövlətin xarici borcunu 86 faiz üstələmişdir. 

Bu  bir  daha  ölkənin  ödəmə  qabiliyyətinin ildən ilə artdığını  göstərir  və 

onun iqtisadi təhlükəsizliyini təmin edir. 

2006-CI 


ildə  Sahibkarlığa  Kömək  Milli  Fonduna  dövlət 

büdcəsindən  ayrılmış  vəsaitin  həcmi  iki  dəfə  artırılaraq,  2  mindən  çox 

sahibkarlıq subyektinə güzəştli kredit kimi verilmişdir. 

İ.Əliyevin  prezidentliyi  dövründə  institusional  islahatlar  davam 

etdirilmişdir. Dövlət Dəniz və Mülki Aviasiya Administrasiyaları, Bakı və 

Sumqayıt  elektrik  şəbəkələri  səhmdar  cəmiyyəti,  ölkədə  investisiyanın 

təşviqini  və  səmərəli  istifadəsini  təmin  etmək  məqsədi  ilə  “Azərbaycan 

İnvestisiya  Şirkəti”  Açıq  Səhmdar  Cəmiyyəti  yaradılmışdır.  Fövqəladə 

Hallar,  Müdafiə  Sənayesi,  Sənaye  və  Energetika,  İqtisadi  İnkişaf 

nazirliklərinin əsasnamələri və strukturları təsdiq edilmişdir. 

Dövlət  əmlakının  özəlləşdirilməsinin  II  Dövlət  Proqramı 

çərçivəsində 3 mindən artıq müəssisə və obyekt özəlləşdirilmiş, onların 

12-si səhmdar cəmiyyətinə çevrilmişdir. 

İqtisadiyyatın real sektorundakı bütün sahələrdə də 



533 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə