H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq


Maddə 10. Diplomatik rütbələrdə olmanın müddətləri



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə205/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   201   202   203   204   205   206   207   208   ...   225

Maddə 10. Diplomatik rütbələrdə olmanın müddətləri. 

10.1.


 

Diplomatik  xidmət  əməkdaşları  üçün  diplomatik 

rütbələrdə olmanın aşağıdakı müddətləri müəyyən edilir: 

10.1.1.


 

Attaşe, üçüncü katib, İkinci və birinci dərəcəli ikinci katib 

üçün - 2 il; 

10.1.2.


 

İkinci  və  birinci  dərəcəli  birinci  katib,  İkinci  dərəcəli 

müşavir üçün - 3 il; 

10.2.


 

Birinci dərəcəli müşavirdən başlayaraq yuxarı diplomatik 

rütbələrdə olma müddəti müəyyən edilmir

10.3.


 

Diplomatik xidmət əməkdaşlarının diplomatik rütbələrdə 

olma müddətlərinə aşağıdakılar daxildir: 

10.3.1.


 

Müvafiq  icra  hakimiyyəti  orqanında  və  onun  yardımçı 

təşkilatlarında iş; 

10.3.2.


 

Azərbaycan 

Respublikasının 

diplomatik 

nümayəndəliklərində və konsulluqlarında iş; 

10.3.3.


 

keçmiş  SSRİ-nin  və  müttəfiq  respublikaların  xarici  işlər 

orqanlarında iş; 

10.3.4.


 

Beynəlxalq təşkilatlarda iş; 

10.3.5.

 

müvafiq  icra  hakimiyyəti  orqanının  ali  təhsil  və  elmi 



müəssisələrində  elmi  və  pedaqoji  fəaliyyət  müddəti  əsasında  keçirilən 

ixtisasartırma müddəti; 

10.3.6.

 

Ali  təhsil  müəssisəllərinə,  aspiranturaya  (doktorantura) 



müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  göndərilənlərin  təhsil 

müddəti. 



Maddə 11. Diplomatik rütbənin vaxtından əvvəl və növbədən 

kənar  verilməsi,  aşağı  salınması,  məhrum  edilməsi  və  bərpa 

olunması. 

11.1.


 

Diplomatik  xidmət  əməkdaşlarının  rütbələri,  işlərində 

mühüm nailiyyətlərin və ya xüsusi xidmətlərin olduğu hallarda, müəyyən 

edilmiş müddətin başa çatmasından əvvəl və ya növbədənkanar artırıla 

bilər; 

558 



11.2.

 

Azərbaycan  Respublikasının  və  olduqları  dövlətin 



qanunvericiliyinə  görə  məsuliyyət  doğuran  əməllər  törətməkdə  təqsirli 

bilindikdə; 

11.3.

 

Diplomatik  xidmət  əməkdaşlarının  rütbədən  məhrum 



edilməsi  və  onun  rütbəsinin  aşağı  salınması,  rütbənin  verilməsi  üçün 

müəyyən edilmiş qaydada həyata keçirilir

11.4.

 

Diplomatik  xidmət  əməkdaşının  əvvəlki  rütbəsinin  bərpa 



olunmasına  yalnız  həmin  əməkdaş  qanunvericiliklə  müəyyən  edilmiş, 

qaydada xidməti attestasiyadan keçdikdən sonra yol verilir. 



Fəsil 3. Diplomatik xidmətçəkmə 

Maddə  12.  Diplomatik  xidmət  əməkdaşlarının  vəzifə 

yerdəyişmələri və vəzifələrinin əvəz edilməsi. 

12.1.


 

Diplomatik  xidmət  əməkdaşlarının  vəzifə  yerdəyişmələri 

ixtisas,  peşə  hazırlığı  və  rotaşiya  prinsipləri  nəzərə  alınmaqla  xidməti 

zərurətlə əlaqədar həyata keçirilir

12.2.

 

Vakant  vəzifələrin  əvəz  edilməsi  Azərbaycan  Re.spub- 



likasının qanunvericiliyinə uyğun həyata keçirilir. 

Maddə 13. Diplomatik xidmət əməkdaşlarının rotasiyası. 

13.1.


 

Diplomatik  xidmət  orqanlarında  əməkdaşların  rotasiyası 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

həyata keçirilir. 

13.2.

 

Rotasiya  çərçivəsində  diplomatik  xidmət  əməkdaşları, 



peşəkar  hazırlıqları  və  ixtisasları  nəzərə  alınmaqla  öz  fəaliyyətlərini 

Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliyində  və  ya 

fəaliyyətlərini müvafiq icra hakimiyyəti orqanında həyata keçirə bilərlər. 

13.3.


 

Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində 

və ya konsulluğunda fəaliyyəti başa çatmış diplomatik xidmət əməkdaşı 

yenidən  diplomatik  nümayəndəliyə  və  ya  konsulluğa  işə  təyin 

olunmazdan əvvəl müvafiq icra hakimiyyəti orqanında bir qayda olaraq 

azı bir il işləməlidir. 



559 


13.4.

 

Azərbaycan Respublikasının nümayəndəliyinin başçısı təyin 



olunmuş şəxsin müvafiq dövlətdə və ya beynəlxalq təşkilatda fasiləsiz iş 

müddəti,  bir  qayda  olaraq  beş  ildir.  Bu  müddət  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən uzadıla bilər. 

13.5.


 

Digər  diplomatik  xidmət  əməkdaşlarının  müvafiq 

diplomatik nümayəndəliklərdə və ya konsulluqlarda fasiləsiz iş müddəti 

üç  ildən  artıq  olmamalıdır.  Bu  müddət  xidməti  zərurətlə  əlaqədar  və 

diplomatik  xidmət  əməkdaşının  razılığı  ilə  icra  hakimiyyəti  orqanı 

tərəfindən bir ildən artıq olmayan müddətdə uzadıla bilər. 

13.6.

 

Diplomatik 



xidmət 

əməkdaşının 

Azərbaycan 

Respublikasının  diplomatik  nümayəndəliyinə  və  ya  konsulluğuna  işə 

getməkdən  üzürlü  səbəblər  olmadan  imtina  etməsi  intizam  pozuntusu 

hesab edilir və intizam tənbeh tədbirini tətbiq üçün əsasdır. 



Maddə 14. Xidməti attestasiya. 

14.1.


 

Diplomatik  xidmət  əməkdaşları  üçün  qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada  üç  ildə  bir  dəfədən  çox  olmayaraq  xidməti 

attestasiya keçirilir. 

14.2.

 

Diplomatik  nümayəndəliyə  və  ya  konsulluğa  işə  təyin 



olunmuş  diplomatik  xidmət  əməkdaşları  Azərbaycan  Respublikasına 

qayıtdıqdan sonra xidmət attestasiyadan keçirlər. 

14.3.

 

Xidməti  attestasiyanın  keçirilməsi  qaydaları  Azərbaycan 



Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. 

Maddə 15. Diplomatik xidmət əməkdaşlarının ali təhsil və elm 

müəssisələrinə göndərilməsi. 

15.1.


 

Diplomatik  xidmət  əməkdaşları  öz  razılıqları  ilə  peşəkar 

hazırlıq  və  ixtisasartırma  və  yaxud  elmi  tədqiqat  aparılması  üçün 

Azərbaycan Respublikasında və ya digər ölkələrdə yerləşən ali təhsil və 

elmi müəssisələrə müvəqqəti olaraq göndərilə bilərlər. 

560 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə