Maddə 10. Diplomatik rütbələrdə olmanın müddətləri.
10.1.
Diplomatik xidmət əməkdaşları üçün diplomatik
rütbələrdə olmanın aşağıdakı müddətləri müəyyən edilir:
10.1.1.
Attaşe, üçüncü katib, İkinci və birinci dərəcəli ikinci katib
üçün - 2 il;
10.1.2.
İkinci və birinci dərəcəli birinci katib, İkinci dərəcəli
müşavir üçün - 3 il;
10.2.
Birinci dərəcəli müşavirdən başlayaraq yuxarı diplomatik
rütbələrdə olma müddəti müəyyən edilmir;
10.3.
Diplomatik xidmət əməkdaşlarının diplomatik rütbələrdə
olma müddətlərinə aşağıdakılar daxildir:
10.3.1.
Müvafiq icra hakimiyyəti orqanında və onun yardımçı
təşkilatlarında iş;
10.3.2.
Azərbaycan
Respublikasının
diplomatik
nümayəndəliklərində və konsulluqlarında iş;
10.3.3.
keçmiş SSRİ-nin və müttəfiq respublikaların xarici işlər
orqanlarında iş;
10.3.4.
Beynəlxalq təşkilatlarda iş;
10.3.5.
müvafiq icra hakimiyyəti orqanının ali təhsil və elmi
müəssisələrində elmi və pedaqoji fəaliyyət müddəti əsasında keçirilən
ixtisasartırma müddəti;
10.3.6.
Ali təhsil müəssisəllərinə, aspiranturaya (doktorantura)
müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilənlərin təhsil
müddəti.
Maddə 11. Diplomatik rütbənin vaxtından əvvəl və növbədən
kənar verilməsi, aşağı salınması, məhrum edilməsi və bərpa
olunması.
11.1.
Diplomatik xidmət əməkdaşlarının rütbələri, işlərində
mühüm nailiyyətlərin və ya xüsusi xidmətlərin olduğu hallarda, müəyyən
edilmiş müddətin başa çatmasından əvvəl və ya növbədənkanar artırıla
bilər;
558
11.2.
Azərbaycan Respublikasının və olduqları dövlətin
qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli
bilindikdə;
11.3.
Diplomatik xidmət əməkdaşlarının rütbədən məhrum
edilməsi və onun rütbəsinin aşağı salınması, rütbənin verilməsi üçün
müəyyən edilmiş qaydada həyata keçirilir;
11.4.
Diplomatik xidmət əməkdaşının əvvəlki rütbəsinin bərpa
olunmasına yalnız həmin əməkdaş qanunvericiliklə müəyyən edilmiş,
qaydada xidməti attestasiyadan keçdikdən sonra yol verilir.
Fəsil 3. Diplomatik xidmətçəkmə
Maddə 12. Diplomatik xidmət əməkdaşlarının vəzifə
yerdəyişmələri və vəzifələrinin əvəz edilməsi.
12.1.
Diplomatik xidmət əməkdaşlarının vəzifə yerdəyişmələri
ixtisas, peşə hazırlığı və rotaşiya prinsipləri nəzərə alınmaqla xidməti
zərurətlə əlaqədar həyata keçirilir;
12.2.
Vakant vəzifələrin əvəz edilməsi Azərbaycan Re.spub-
likasının qanunvericiliyinə uyğun həyata keçirilir.
Maddə 13. Diplomatik xidmət əməkdaşlarının rotasiyası.
13.1.
Diplomatik xidmət orqanlarında əməkdaşların rotasiyası
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
13.2.
Rotasiya çərçivəsində diplomatik xidmət əməkdaşları,
peşəkar hazırlıqları və ixtisasları nəzərə alınmaqla öz fəaliyyətlərini
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya
fəaliyyətlərini müvafiq icra hakimiyyəti orqanında həyata keçirə bilərlər.
13.3.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində
və ya konsulluğunda fəaliyyəti başa çatmış diplomatik xidmət əməkdaşı
yenidən diplomatik nümayəndəliyə və ya konsulluğa işə təyin
olunmazdan əvvəl müvafiq icra hakimiyyəti orqanında bir qayda olaraq
azı bir il işləməlidir.
559
13.4.
Azərbaycan Respublikasının nümayəndəliyinin başçısı təyin
olunmuş şəxsin müvafiq dövlətdə və ya beynəlxalq təşkilatda fasiləsiz iş
müddəti, bir qayda olaraq beş ildir. Bu müddət Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən uzadıla bilər.
13.5.
Digər diplomatik xidmət əməkdaşlarının müvafiq
diplomatik nümayəndəliklərdə və ya konsulluqlarda fasiləsiz iş müddəti
üç ildən artıq olmamalıdır. Bu müddət xidməti zərurətlə əlaqədar və
diplomatik xidmət əməkdaşının razılığı ilə icra hakimiyyəti orqanı
tərəfindən bir ildən artıq olmayan müddətdə uzadıla bilər.
13.6.
Diplomatik
xidmət
əməkdaşının
Azərbaycan
Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə
getməkdən üzürlü səbəblər olmadan imtina etməsi intizam pozuntusu
hesab edilir və intizam tənbeh tədbirini tətbiq üçün əsasdır.
Maddə 14. Xidməti attestasiya.
14.1.
Diplomatik xidmət əməkdaşları üçün qanunvericiliklə
müəyyən edilmiş qaydada üç ildə bir dəfədən çox olmayaraq xidməti
attestasiya keçirilir.
14.2.
Diplomatik nümayəndəliyə və ya konsulluğa işə təyin
olunmuş diplomatik xidmət əməkdaşları Azərbaycan Respublikasına
qayıtdıqdan sonra xidmət attestasiyadan keçirlər.
14.3.
Xidməti attestasiyanın keçirilməsi qaydaları Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
Maddə 15. Diplomatik xidmət əməkdaşlarının ali təhsil və elm
müəssisələrinə göndərilməsi.
15.1.
Diplomatik xidmət əməkdaşları öz razılıqları ilə peşəkar
hazırlıq və ixtisasartırma və yaxud elmi tədqiqat aparılması üçün
Azərbaycan Respublikasında və ya digər ölkələrdə yerləşən ali təhsil və
elmi müəssisələrə müvəqqəti olaraq göndərilə bilərlər.
560