məsinə və bu qanunvericiliyin Azərbaycan Respublikasının beynəlxalq
hüquqi öhdəliklərinə uyğunlaşdın İmasına dair təkliflərin hazırlanması;
4.1.14.
Diplomatik
xidmət
orqanları
Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq digər
funksiyalarıda həyata keçirə bilər.
Maddə 5. Diplomatik xidmət orqanlarının rabitə, arxiv və
təhlükəsizlik təminatı.
5.1.
Diplomatik xidmət orqanlarının sərəncamında müstəqil rabitə
sistemi və arxiv vardır;
5.2.
Diplomatik xidmət orqanlarının arxivində beynəlxalq
müqavilələrin əsli və təsdiq edilmiş surətləri, habelə həmin orqanlarının
fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan digər materiallar
saxlanılır;
5.3.
Diplomatik xidmət orqanları xüsusi kuryer xidmətindən
istifadə edir;
5.4.
Diplomatik xidmət orqanları qanunvericilikdə müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində və xaricidə öz
təhlükəsizlik sistemini təşkil edir.
Fəsil 2. Diplomatik xidmət əməkdaşları
Maddə 6. Diplomatik vəzifələr.
6.1.
Diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan
şəxslər diplomatik xidmət əməkdaşlarıdırlar;
6.2.
Diplomatik xidmət orqanlarının inzibati - texniki xidmətini
həyata keçirən şəxslər diplomatik xidmət əməkdaşlarına aid deyildirlər.
Həmin şəxslərin hüquqi statusu və ixtisas dərəcələri Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
6.3.
Azərbaycan
Respublikasının
diplomatik
nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət
əməkdaşları üçün aşağıdakı vəzifələr müəyyən edilir;
555
6.3.1.
Fövqəladə
və
Səlahiyyətli
səfir;
Azərbaycan
Respublikasının beynəlxalq təşkilatlarındakı daimi nümayəndəsi;
6.3.2.
baş konsul;
6.3.3.
müşavir - elçi: daimi nümayəndənin müavini;
6.3.4.
müşavir;
6.3.5.
konsul;
6.3.6.
birinci katib;
6.3.7.
vitse - konsul;
6.3.8.
ikinci katib;
6.3.9.
üçüncü katib;
6.3.10.
attaşe.
6.4.
Azərbaycan Respublikasının ərazəsindəki diplomatik xidmət
orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarının vəzifələri
Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən
edilir.
6.5.
Diplomatik xidmət əməkdaşları diplomatik xidmət
orqanlarından Azərbaycan Respublikasının digər dövlət orqanlarına
vəzifəyə keçirildikdə onlar müvafiq icra hakimiyyəti orqanın ehtiyatına
daxil edilirlər. Ehtiyata daxiletmə ilə əlaqədar qaydalar müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 7. Diplomatik vəzifələrə təyin edilmə.
7.1.
Diplomatik vəzifələrə ali təhsilli və xarici dil bilən
Azərbaycan Respublikasının vətəndaşları təyin edilirlər;
7.2.
Diplomatik xidmət orqanlarında vəzifələrə təyin edilmə və
vəzifələrdən azadedilmə qaydaları, habelə vəzifə tutan şəxslərə dair
tələblər Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər
normativ hüquqi aktları ilə, habelə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir;
7.3.
Xaricdə işlədikdən sonra Azərbaycan Respublikasına
qayıdan diplomatik xidmət əməkdaşı, xaricdə tutduğu vəzifə nəzərə
alınmaqla diplomatik xidmət orqanlarında müvafiq vəzifəyə təyin edilir.
556
Maddə 8. Diplomatik rütbələr.
8.1.
Diplomatik xidmət əməkdaşlarına tutduqları vəzifə və
ixtisasları nəzərə alınmaqla aşağıdakı diplomatik rütbələr verilir:
8.1.1.
Fövqəladə və səlahiyyətli səfir;
8.1.2.
Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi;
8.1.3.
İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi;
8.1.4.
Birinci dərəcəli müşavir;
8.1.5.
İkinci dərəcəli müşavir;
8.1.6.
Birinci dərəcəli birinci katib;
8.1.7.
İkinci dərəcəli birinci katib;
8.1.8.
Birinci dərəcəli ikinci katib;
8.1.9.
İkinci dərəcəli ikinci katib;
8.1.10.
Üçüncü katib;
8.1.11.
Attaşe.
8.2.
Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi
qaydaları Azərbaycan Respublikasının müvafiq İcra hakimiyyəti orqanı
tərəfindən müəyyən üdilir.
Maddə 9. Diplomatik rütbələrin verilməsi qaydaları.
9.1.
Fövqəladə və səlahiyyətli səfir, birinci və ikinci dərəcəli
fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə
müvafiq olaraq verilir.
9.2.
Digər diplomatik rütbələrin verilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
9.3.
Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi bir qayda
olaraq, diplomatik xidmətdə tutduğu vəzifəyə uyğun olmalı, yaxud ondan
bir pillə yuxarı və ya aşağı olmalıdır.
9.4.
Diplomatik rütbələrin verilməsi barədə əmək kitabçasına
(xidmət siyahısında) müvafiq qeyd aparılır. Diplomatik rütbələr ömürlük
verilir.
557
Dostları ilə paylaş: |