15.2.
İxtisasartırma və ya elmi ezamiyyət başa çatdıqdan sonra
diplomatik xidmət əməkdaşı əvvəl tutduğu vəzifədən aşağı olmayan
diplomatik vəzifəyə təyin edilir.
Maddə 16. Diplomatik xidmət əməkdaşlarının imtiyaz və
immunitetləri.
Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları
xaricdə işlədikləri dövrdə beynəlxalq hüquq normalarına uyğun olaraq
diplomatik heyətin üzvləri üçün müəyyən olunmuş imtiyaz və
immunitetlərdən istifadə edirlər.
Maddə 17. Diplomatik xidmət əməkdaşlarının vəzifələri.
Diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə
olduqları dövlətin qanun və qaydalarına hörmət bəsləməyə, üzərlərinə
qoyulmuş vəzifələri yerinə yetimıəyə, Azərbaycan Respublikasını
layiqincə təmsil etməyə borcludurlar.
Maddə 18. Diplomatik xidmət əməkdaşlarının geri çağırılması.
18.1.
Azərbaycan
Respublikasının
diplomatik
nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət
əməkdaşları Azərbaycan Respublikası və ya olduqları dövlətin
qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli
bilindikdə, habelə Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırıla bilərlər.
18.2.
Diplomatik xidmət əməkdaşlarının vaxtından əvvəl geri
çağırılmasına onlarla birlikdə yaşayan ailə üzvlərinin yuxarıda göstərilən
əməllərin törədilməsində təqsisili bilinməsi də əsas ola bilər.
Maddə 19. Diplomatik xidmət əməkdaşlarının məsuliyyəti.
Diplomatik xidmət əməkdaşları Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada
məsuliyyətə cəlb oluna bilərlər.
561
Fəsil 4. Diplomatik xidmətin təchizatı, təminatlar və ödəmələr,
diplomatik xidmət əməkdaşlarının maddi və sosial təminatı
Məddə 20. Diplomatik xidmət maliyyə təminatı və maddi-
təsərrüfat təchizatı.
20.1.
Diplomatik xidmət orqanları sisteminin vahid maliyyə
təminatı dövlət büdcəsinin
vəsaitləri, habelə
Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada
digər mənbələr hesabına həyata keçirilir.
20.2.
Diplomatik xidmət orqanlarının fəaliyyətini maddi-
təsərrüfat təchizatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.
20.3.
Diplomatik xidmət orqanlarının Azərbaycan Respub
likasının ərazisində və xaricdə dövlət mülkiyyətində olan əmlak üzərində
sahib,
istifadə və
sərəncam
hüququ Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş
qaydada həyala keçirilir.
Maddə 2t. Diplomatik nümayəndəliklərdə işlədikləri dövrdə
diplomatik
xidmət
əməkdaşlarına
verilən
təminatlar
və
kompensasiyalar.
21.1.
Diplomatik xidmət əməkdaşlarına və onların ailələrinə
təminatlar, xidmət şəraitinin mürəkkəbliyi, xidmət keçməklə bağlı risk,
habelə müvafiq xarici dövlətin spesifik xüsusiyyətləri nəzərə alınmaqla
verilir.
21.2.
Diplomatik xidmət əməkdaşları və onların ailə üzvləri
müvafiq tibbi xidmətlə təmin olunurlar.
21.3.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə
və ya konsulluğuna işə təyin olunan, Azərbaycan Respublikasının
diplomatik nümayəndəliyində və ya konsulluğunda fəaliyyətini başa
çatdırıb Azərbaycan Respublikasına qayıdan diplomatik xidmət
əməkdaşının və onun ailə üzvlərinin müvafiq nəqliyyat xərcləri dövlət
hesabına ödənilir.
562
21.4.
Ödənilən illik məzuniyyət və ya ailə üzvlərindən birinin
ölümü
ilə
əlaqədar
Azərbaycan
Respublikasının
diplomatik
nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət
əməkdaşının Azərbaycan Respublikasına gəlməsi və işlədiyi ölkədən
qayıtması üçün nəqliyyat xərcləri müvafiq qaydada ödənilir.
21.5.
Diplomatik xidmət əməkdaşı və onunla birlikdə yaşayan ailə
üzvləri onun tutduğu vəzifə və yerli çərait nəzərə alınmaqla,xaricdə
yaşayış yeri ilə təmin olunmalıdırlar.
21.6.
Diplomatik xidmət əməkdaşının ümumtəhsil məktəbində
oxuyan ailə üzvlərinin təhsil haqqı dövlət tərəfindən ödənilir.
21.7.
Hərbi və ya mülki münaqişələr və yaxud təbii fəlakətlər və
digər fövqəladə hallar baş verdikdə Azərbaycan Respublikasının
diplomatik nümayəndəliklərinin və ya konsulluqların və onların heyətinin
təhlükəsizliyi üçün qorxu yarandıqda, müvafiq icra hakimiyyəti orqanları
diplomatik xidmət əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə
üzvlərinin təhlükəsizliyinin təmin olunması və qorunması üçün zəruri
tədbirlər görür.
21.8.
Xaricdə işlədiyi dövrdə Öz xidməti vəzifələrini yerinə
yetirərkən diplomatik xidmət əməkdaşına və ya onun ailə üzvlərinə
dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada ödənilir.
21.9.
Diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə
əldə etdikləri vəsaitin və əmlakın müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada Azərbaycan Respublikasına gətirilməsinə görə
gömrük rüsumu tutulmur.
21.10.
Bu maddənin müddəaları diplomatik xidmət orqanlarının
inzibati - texniki xidmətini həyata keçirən şəxslərə də şamil olunur.
21.11.
Bu maddədə nəzərdə tutulmuş təminat və konpen-
sasiyaların verilməsi Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq olunan qaydalarla təmzlmlənir.
563