DİPLOMATİK XİDMƏT HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu qanun Azərbaycan Respublikası dövlət qulluğunun
bir növü olan diplomatik xidmətdəki dövlət
qulluqçularının hüquqi vəziyyətini müəyyən edir.
Fəsil 1. Ümumi müddəalar
Maddə 1. Diplomatik xidmət anlayışı.
1.1.
Diplomatik xidmət - Azərbaycan Respublikasının xarici
siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların
peşəkar fəaliyyətidir.
1.2.
Konsul
xidməti-Azərbaycan
Respublikasının Konsul
Nizamnaməsi əsasında həyata keçirilən diplomatik xidmətin bir növüdür.
Maddə 2. Diplomatik xidmət orqanlarının sistemi.
2.1.
Diplomatik xidmət orqanlarının vahid sistemi Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətini təmin
etmək üçün yaradılan yardımçı təşklatlar, Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələri təşkil edir.
2.2.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid
sisteminə rəhbərlik edir.
Maddə 3. Diplomatik xidmət orqanlarının vəzifələri
3.1.
Diplomatik
xidmət
orqanlarının
əsas
vəzifələri
aşağıdakılardır:
552
3.1.1.
Azərbaycan Respublikasının xarici siyasət konsepsiyası və
əsas istiqamətləri üzrə təkliflərin hazırlanması və Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi;
3.1.2.
Azərbaycan Respublikasnını xarici siyasətinin həyata
keçirilməsinin
təmin edilməsi;
3.1.3.
Azərbaycan Respublikası digər dövlətlərlə və beynəlxalq
təşkilatlarla münasibətlərində vahid siyasət xəttinin həyata keçirilməsinin
təmin edilməsi məqsədilə digər müvafiq icra hakimiyyəti orqanlarının
fəaliyyətinin əlaqələndirilməsi;
3.1.4.
Azərbaycan
Respublikasının
suverenliyinin,
təhlükəsizliyinin,
ərazi
bütövlüyünün
və
sərhədlərinin
toxunulmazlığının, onun siyasi, iqtisadi və digər sosial maraqlarının
diplomatik üsul və vasitələrlə təmin olunması;
3.1.5.
Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına
diplomatik üsul və vasitələrlə kömək göstərilməsi;
3.1.6.
Azərbaycan Respublikasının, onun vətəndaşlarının və
hüquqi şəxslərinin xaricdə hüquq və maraqlarının müdafiə olunması;
3.1.7.
Azərbaycan Respublikasının digər dövlətlərlə və
beynəlxalq təşkilatlarla diplomatik və konsul əlaqələrinin həyata
keçirilməsi;
3.1.8.
Azərbaycan Respublikasının dövlət protokolunun təmin
edilməsi;
3.1.9.
Diplomatik xidmət orqanları Azərbaycan Respublikası
Konstitusiyasına və qanunlarına uyğun olaraq digər vəzifələri də həyata
keçirə bilər;
Maddə 4. Diplomatik xidmət orqanlarının funksiyaları.
4.1.
Diplomatik xidmət orqanları aşağıdakı əsas funksiyaları
həyata keçirir:
4.1.1.
Azərbaycan Respublikasının digər dövlətlərlə və
beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edilməsi;
553
4.1.2.
Azərbaycan Respublikasının digər dövlətlərlə və
beynəlxalq təşkilatlarla iqtisadi, sosial, elmi - texniki, mədəni və başqa
sahələrdə əməkdaşlığının inkişafına köməklik göstərilməsi;
4.1.3.
Azərbaycan Respublikasının digər dövlətlərlə və
beynəlxalq təşkilatlarla danışıqlar aparılmasının və beynəlxalq
müqavilələrin imzalanmasının təşkili;
4.1.4.
Yüksək dövlət və hökümət səviyyələrində dövlətlər- arası
mübadilələrin protokol təminatı;
4.1.5.
Xaricdə yaşayan həmvətənlərlə əlaqələrin inkişafına
köməklik göstərilməsi;
4.1.6.
Diplomatik və konsul imtiyaz və immunitetlərinin yerinə
yetirilməsi üzərində nəzarətin həyata keçirilməsi;
4.1.7.
Azərbaycan Respublikası xarici və daxili siyasəti, ölkənin
iqtisadi və mədəni həyatı haqqındakı informasiyanın Azərbaycan
Respublikasının diplomatik nümayəndəlikləri vasitəsilə xaricdə
yayılmasının təmin edilməsi;
4.1.8.
Azərbaycan Respublikasının dövlət orqanlarının və
Azərbaycan Respublikasında mövcud olan kütləvi informasiya
vasitələrinin Azərbaycan Respublikasının beynəlxalq vəziyyəti və xarici
siyasəti haqqında məlumatlandırılması;
4.1.9.
Azərbaycan Respublikasım ərazisindəki diplomatik
nümayəndəliklərin konsulluqlarının fəaliyyətinə kömək göstərilməsi, öz
səlahiyyətləri çərçivəsində onlara xidmət göstərən təşkilatların
fəaliyyətinə nəzarət edilməsi;
4.1.10.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin qeydiyyatı, uçotu və saxlanması üzrə vahid dövlət
sisteminin fəaliyyətinin təmin edilməsi;
4.1.11.
Azərbaycan Respublikasının bağladığı beynəlxalq
müqavilələrin funksiyalarının həyata keçirilməsi;
4.1.12.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin icrası üzərində ümumi müşahidənin həyata keçirilməsi;
4.1.13.
Xarici siyasət və beynəlxalq münasibətlər sahəsində
Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləşdiril-
554