AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GERBİ
HAQQINDA ƏSASNAMƏ
Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanunu ilə
təsdiq edilmişdir.
1.
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan
dövlətinin müstəqillik rəmzidir.
2.
Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından
və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının
təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət
bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov
təsviri vardır. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində
ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir.
Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd
qozaları qızıldır.
3.
Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri
vurulur:
a)
Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna
və parlament xidməti kabinetinə;
b)
Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi
tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj
Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
c)
yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas
salonlarına;
ç) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş
hallarda dövlət orqanlarının binalarına;
d)
Azərbaycan
Respublikasının
diplomatik
və
ticamt
nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına;
4.
Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə
olunur.
a)
Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət
orqanlarının möhürlərində;
545
b)
Azərbaycan Respublikası qanunlarının, parlamentin
qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında;
c)
bu Əsasnamənin 3-cü maddəsində göstərilən dövlət
orqanlarının sənədlərinin blanklarında (binaların lövhələrində);
ç) Azərbaycan Respublikası Milli Bankının biletlərində və metal
pul vahidlərində, Azərbaycan Respublikasının qiymətli kağızlarında,
dövlət istiqraz vərəqlərində və lotareya biletlərində;
d)
Azərbaycan Respublikası vətəndaşının pasportunda;
Azərbaycan Respublikası vətəndaşına verilən diplomatik və başqa xarici
pasportda;
e)
Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində;
ə) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən
edilmiş hallarda Dövlət sərhəd nişanlarında.
5.
Bu Əsasnamədə göstərilən hallardan başqa Azərbaycan
Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ
Azərbaycan Respublikasının parlamenti tərəfindən verilə bilər.
6.
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan
möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması,
saxlanılması və məhv edilməsi qaydası Azərbaycan Respublikası Nazirlər
Kabineti tərəfindən müəyyən edilir.
7.
Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri
ölçüsündən asılı olmayaraq həmişə dəqiq surətdə bu Əsasnaməyə əlavə
edilən rəngli və ya ağ-qara təsvirə uyğun gəlməlidir.
546
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT BAYRAĞI
HAQQINDA ƏSASNAMƏ
1.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan
dövlətinin suverenlik rəmzidir.
2.
Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan
rəngli üç üfıqli zolaqdan ibarət dördbucaqlı parça şəklindədir; üst zolaq
mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşil rəngdədir.
Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və
səkkizguşəli üldüz vardır. Bayrağın eninin uzununa nisbəti l:2-dir.
Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti
3:4 olan düzbucaqlımn içərisində yerləşir: düzbucaqlının dioqonalı
bayrağın eninin '/2 -nə bərabərdir.
Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin
hissələri şəklindədir: böyük dairənin diametri xarici düzbucaqlının eninə,
kiçik dairənin diametri isə bayrağın eninin !/^-ə bərabərdir, kiçik dairənin
mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60
nə bərabər olan məsafədə yerləşir.
Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun
xarici dairəcinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri
isə 1/12-ni təşkil edir.
3.
Azərbaycan Respublikasının Dövlət bayrağı aşağıdakı yerlərdə
qaldırılır:
a)
Azərbaycan Respublikası Ali Sovetinin, Naxçıvan Muxtar
Respublikası Ali Sovetinin, Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq
Deputatları Sovetinin, Azərbaycan Respublikası rayon, şəhər, şəhərdə
rayon, qəsəbə və kənd xalq peputatları Sovetinin sessiyalarının keçirildiyi
binaların üzərində - bütün sessiya dövründə;
b)
Azərbaycan
Respublikası
Prezidentinin,
Azərbaycan
Respublikası Ali Sovetinin, Azərbaycan Respublikası Nazirlər
547
Dostları ilə paylaş: |