Sovetinin, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin və Nazirlər
Sovetinin, Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin və
Azərbaycan Respublikası yerli xalq deputatları Sovetləri icraiyyə
komitələrinin binaları üzərində daim;
c)
dövlət orqanlarının və ictimai orqanların, müəssisələrin,
idarələrin və təşkilatların binaları, habelə yaşayış evləri üzərində -
yanvarın 1-də, martın 8-də, martın 21-də, mayın 9-da, mayın 28-də,
iyunun 26-da, oktyabrın 18-də, noyabrın
12-də, noyabrın 17-do və
dekabrın 31 -də.
Yuxarda göstərilən binalar üzərində Azərbaycan Respublikasının
Dövlət bayrağının başqa bayram və xatirə günlərində də qaldırmağa icazə
verilir;
ç) rəsmi şəxs sifəti ilə Azərbaycan Respublikası Prezidentinin,
Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin və ya digər rəsmi (vəkil
edimliş) şəxslərin mindikləri hava gəmilərində (Dövlət bayrağının gəmidə
təsvirləri), dəniz gəmilərində, daxili su yollarında üzən gəmilərdə və
başqa nəqliyyat vasitələrində göstərilən şəxslərin razılığı ilə;
d)
Azərbaycan
Respublikası
Prezidentinin,
Azərbaycan
Respublikası Ali Soveti sədrinin və Azərbaycan Respublikası Nazirlər
Soveti sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət bayrağı
dövlət orqanlarının, ictimai və dini orqanların, müəssisələrin, idarələrin və
təşkilatların keçirdikləri mərasimlər zamanı.
4.
Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı Azərbaycan
Respublikasının Dövlət bayrağı ilə bir vaxtda qaldırılarkən Naxçıvan
Muxtar Respublikasının bayrağının ölşüsü Azərbaycan Respublikasının
bayrağından böyük ola bilməz.
5.
Azərbaycan Respublikasının dövlət bayrağı və onun təsvir,
ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən rəngi və
sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
548
6.
Azərbaycan Respublikasının gerbi və himni kimi, Azərbaycan
dövlətinin suverenliyi rəmzi olan Azərbaycan Respublikasının Dövlət
bayrağı da müqəddəs rəmzdir və onun hər cür təhqir edilməsi qanuna
əsasən cəzalandırılır.
7.
Bu
Əsasnamənin
tətbiqi
qaydalarım
Azərbaycan
Respublikasının Nazirlər Soveti qəbul edir.
Azərbaycan Respublikası Milli Məclisin
1993-
cü il 2 mart tarixli qərarı ilə təsdiq
edilmişdir.
549
“DİPLOMATİK ƏLAQƏLƏR HAQQINDA”
VYANA KONVENSİYASİNA QOŞULMAQ BARƏSİNDƏ
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
QƏRARI
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqinda”
Konstitusiya Aktina əsaslanaraq, diplomatik əlaqələrin Azərbaycan
dövlətinin BMT Nizamnaməsində nəzərdə tutulmuş suveren hüquqlarının
həyata keçirilməsinə və qorunmasına xidmət edəcəyini nəzərə alaraq
Konvensiyanın təsdiqlənməsinin Azərbaycan Respublikası ilə digər
dövlətlər arasinda dostluq əlaqələrinin möhkəmlənməsinə imkan
yaradacağına əmir olaraq Azərbaycan Respublikası Milli Məclisi qərara
alır:
1.
“Azərbaycan Respublikası “Diplomatik əlaqələr haqqında”
1961-ci il aprelin 18-də Vyanada Birləşmiş Millətlər Təşkilatının
konfransında qəbul edilmiş Vyana Konvensiyasına qoşulsun.
2.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasınin Konvensiyadan
irəli gələn hüquqlarının həyata keçilməsi üçün müvafq tədbirlər görsünlər.
3.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə tapşırılsın ki,
Azərbaycan Respublikasınin göstərilən Konvensiyaya qoşulması
haqqında təsdiqnaməni Birləşmiş Millətlər Təşkilatının Baş katibinə
göndərsin.
Bakı şəhəri, 21 iyul 1992-ci il
551