H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə203/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   199   200   201   202   203   204   205   206   ...   225

DİPLOMATİK XİDMƏT HAQQINDA 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Bu  qanun  Azərbaycan  Respublikası  dövlət  qulluğunun 

bir  növü  olan  diplomatik  xidmətdəki  dövlət 

qulluqçularının hüquqi vəziyyətini müəyyən edir. 

Fəsil 1. Ümumi müddəalar 

Maddə 1. Diplomatik xidmət anlayışı. 

1.1.


 

Diplomatik  xidmət  -  Azərbaycan  Respublikasının  xarici 

siyasətini  həyata  keçirən  müvafiq  dövlət  orqanlarında  vətəndaşların 

peşəkar fəaliyyətidir. 

1.2.

 

Konsul 



xidməti-Azərbaycan 

Respublikasının  Konsul 

Nizamnaməsi əsasında həyata keçirilən diplomatik xidmətin bir növüdür. 

Maddə 2. Diplomatik xidmət orqanlarının sistemi. 

2.1.

 

Diplomatik  xidmət  orqanlarının  vahid  sistemi  Azərbaycan 



Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı,  Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  fəaliyyətini  təmin 

etmək  üçün  yaradılan  yardımçı  təşklatlar,  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələri təşkil edir. 

2.2.

 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 



Azərbaycan  Respublikasının  diplomatik  xidmət  orqanlarının  vahid 

sisteminə rəhbərlik edir. 

Maddə 3. Diplomatik xidmət orqanlarının vəzifələri 

3.1.


 

Diplomatik 

xidmət 

orqanlarının 



əsas 

vəzifələri 

aşağıdakılardır: 

552 



3.1.1.

 

Azərbaycan Respublikasının xarici siyasət konsepsiyası və 



əsas  istiqamətləri  üzrə  təkliflərin  hazırlanması  və  Azərbaycan 

Respublikası müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi; 

3.1.2.

 

Azərbaycan  Respublikasnını  xarici  siyasətinin  həyata 



keçirilməsinin təmin edilməsi

3.1.3.


 

Azərbaycan Respublikası digər dövlətlərlə və beynəlxalq 

təşkilatlarla münasibətlərində vahid siyasət xəttinin həyata keçirilməsinin 

təmin  edilməsi  məqsədilə  digər  müvafiq  icra  hakimiyyəti  orqanlarının 

fəaliyyətinin əlaqələndirilməsi; 

3.1.4.


 

Azərbaycan 

Respublikasının 

suverenliyinin, 

təhlükəsizliyinin, 

ərazi 


bütövlüyünün 

və 


sərhədlərinin 

toxunulmazlığının,  onun  siyasi,  iqtisadi  və  digər  sosial  maraqlarının 

diplomatik üsul və vasitələrlə təmin olunması; 

3.1.5.


 

Beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunmasına 

diplomatik üsul və vasitələrlə kömək göstərilməsi

3.1.6.


 

Azərbaycan  Respublikasının,  onun  vətəndaşlarının  və 

hüquqi şəxslərinin xaricdə hüquq və maraqlarının müdafiə olunması; 

3.1.7.


 

Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  və 

beynəlxalq  təşkilatlarla  diplomatik  və  konsul  əlaqələrinin  həyata 

keçirilməsi

3.1.8.

 

Azərbaycan  Respublikasının  dövlət  protokolunun  təmin 



edilməsi; 

3.1.9.


 

Diplomatik  xidmət  orqanları  Azərbaycan  Respublikası 

Konstitusiyasına və qanunlarına uyğun olaraq digər vəzifələri də həyata 

keçirə bilər; 



Maddə 4. Diplomatik xidmət orqanlarının funksiyaları. 

4.1.


 

Diplomatik  xidmət  orqanları  aşağıdakı  əsas  funksiyaları 

həyata keçirir: 

4.1.1.


 

Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  və 

beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edilməsi; 

553 



4.1.2.

 

Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  və 



beynəlxalq təşkilatlarla iqtisadi, sosial, elmi  - texniki, mədəni və başqa 

sahələrdə əməkdaşlığının inkişafına köməklik göstərilməsi; 

4.1.3.

 

Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  və 



beynəlxalq  təşkilatlarla  danışıqlar  aparılmasının  və  beynəlxalq 

müqavilələrin imzalanmasının təşkili; 

4.1.4.

 

Yüksək  dövlət  və  hökümət  səviyyələrində  dövlətlər-  arası 



mübadilələrin protokol təminatı; 

4.1.5.


 

Xaricdə  yaşayan  həmvətənlərlə  əlaqələrin  inkişafına 

köməklik göstərilməsi; 

4.1.6.


 

Diplomatik  və  konsul  imtiyaz  və  immunitetlərinin  yerinə 

yetirilməsi üzərində nəzarətin həyata keçirilməsi

4.1.7.


 

Azərbaycan Respublikası xarici və daxili siyasəti, ölkənin 

iqtisadi  və  mədəni  həyatı  haqqındakı  informasiyanın  Azərbaycan 

Respublikasının  diplomatik  nümayəndəlikləri  vasitəsilə  xaricdə 

yayılmasının təmin edilməsi; 

4.1.8.


 

Azərbaycan  Respublikasının  dövlət  orqanlarının  və 

Azərbaycan  Respublikasında  mövcud  olan  kütləvi  informasiya 

vasitələrinin Azərbaycan Respublikasının beynəlxalq vəziyyəti və xarici 

siyasəti haqqında məlumatlandırılması; 

4.1.9.


 

Azərbaycan  Respublikasım  ərazisindəki  diplomatik 

nümayəndəliklərin konsulluqlarının fəaliyyətinə kömək göstərilməsi, öz 

səlahiyyətləri  çərçivəsində  onlara  xidmət  göstərən  təşkilatların 

fəaliyyətinə nəzarət edilməsi; 

4.1.10.


 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrin  qeydiyyatı,  uçotu  və  saxlanması  üzrə  vahid  dövlət 

sisteminin fəaliyyətinin təmin edilməsi; 

4.1.11.

 

Azərbaycan  Respublikasının  bağladığı  beynəlxalq 



müqavilələrin funksiyalarının həyata keçirilməsi; 

4.1.12.


 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrin icrası üzərində ümumi müşahidənin həyata keçirilməsi; 

4.1.13.


 

Xarici  siyasət  və  beynəlxalq  münasibətlər  sahəsində 

Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləşdiril- 

554 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə