H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə200/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   196   197   198   199   200   201   202   203   ...   225

ƏLAVƏLƏR

 

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT HİMNİ 

HAQQINDA ƏSASNAMƏ 

1.

 



Azərbaycan  Respublikasının  Dövlət  himni  Azərbaycan 

dövlətinin,  onun  müstəqilliyinin  və  birliyinin  rəmzidir.  Azərbaycan 

Respublikasının  Dövlət  himninə  dərin  ehtiram  bəsləmək  onun  hər  bir 

vətəndaşının müqəddəs borcudur. 

2.

 

Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda 



ifa olunur: 

a)

 



dövlət bayramlarına həsr olunmuş təntənəli yığınacaqların və 

iclasların açılışı və bağlanışı zamanı; 

b)

 

hər  gün  Azərbaycan  Respublikası  milli  televiziya  və  radio 



verlişlərinin əvvəlində və axrında; 

c)

 



Azərbaycan  xalqının  və  dövlətinin  həyatında  çox  mühüm 

tarixi  hadisələr  münasibətilə,  Azərbaycanın  görkəmli  siyasi, 

dövlət,  hərbi  xadimlərinin  ,  milli  qəhrəmanlarının,  elm, 

ədəbiyyat  və  incəsənət  xadimlərinin  şərəfinə  abidələrin  və 

lövhələrin açılışı zamanı; 

d)

 



dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar 

tərəfindən  keçirilən  mərasimlər  və  digər  təntənəli  tədbirlər 

zamanı Azərbaycan Respublikası dövlət bayrağı qaldırılarkən; 

e)

 



Azərbaycan  Respublikasına  rəsmi  görüşə  gələn  xarici 

ölkələrin  dövlət  və  hökümət  başçıları  qarşılanarkən  və  yola 

salınarkən  -  müvafiq  ölkənin  Dövlət  himni  ifa  olunduqdan 

sonra. 


f)

 

Azərbaycan  Respublikasının  qanunvericiliyində  Azərbaycan 



Respublikası  DöVlət  himni  hokmən  ifa  olunduğu  başqa 

hallarda nəzərdə tutula bilər. 



541 


3.

 

Azərbaycan  Respublikasının  Dövlət  himni  orkestr,  xor, 



orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və alətlər vasitəsilə ifa 

olunur. Bunun üçün səsyazma vasitələrindən də istifadə edilə bilər. 

Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa 

olunur. 


4.

 

Azərbaycan  Respublikasının  Dövlət  himni  “Azərbaycan 



Respublikasının  Dövlət  himni”  haqqında  Azərbaycan  Respublikasının 

1992-ci  il  27  may  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş  mətnə  və  musiqi 

redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır. 

5.

 



Azərbaycan  Respublikasının  Dövlət  himni  camaat  qarşısında 

ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdır. 

6.

 

Hərbi  hissələrdə,  hərbi  gəmilərdə,  daxili  işlər  və  milli 



təhlükəsizlik orqanlarında Azərbaycan Respublikası Dövlət himninin ifa 

olunması, habelə  himn  ifa edilərkən hərbi  qulluqçuların,  daxili  işlər  və 

milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri 

rəsm-təzim  etməsi  hərbi  nizamnamələrlə  və  Azərbaycan  Respublikası 

Müdafiə  Naziri,  Daxili  İşlər  Naziri  və  Milli  Təhlükəsizlik  Naziri 

tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir. 

7.

 

Azərbaycan  Respublikası  Dövlət  himninin  müsiqisi  və  mətni 



əlifba kitabının birinci səhifəsində dərc olunur. 

Ümumtəsil məktəblərində, texniki peşə, ixtisas məktəblərində, ali 

məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi 

Azərbaycan  Respublikasının  dövlət  himninin  öyrənilməsinə  və  ifasına 

həsr edilir. 

8.

 



Respublika  və  beynəlxalq  idman  yarışları  keçirərkən 

Azərbaycan  Respublikası  Dövlət  himninin  ifa  olunması  qaydası 

respublika və beynəlxalq idman təşkilatlarının mövcud praktikası nəzərə 

alınmaqla müəyyən edilir/ 

9.

 

Respublika idarələri və təşkilatlan xarici dövlətlərin ərazisində 



təntənəli tədbirlər keçirilərkən Azərbaycan Respublikasının Dövlət himni 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 



542 


müəyyən  etdiyi  qaydalara  müvafiq  sürətdə  onların  olduqları  ölkənin 

praktikası və yerli adətləri nəzərə alınmaqla ifa edilir. 

10.

 

Azərbaycan Respublikası Dövlət himninin daxili işlər və milli 



təhlükəsizlik orqanlarında tədris müəssisələrində idman yarışları zamanı, 

habelə  Azərbaycan  Respublikasının  idarələri  və  təşkilatları  tərəfindən 

xarici dövlətlərin ərazisində tədbirlər keçirilərkən ifa olunması qaydaları 

bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir. 

11.

 

Bu  Əsasnamənin  dəqiq  yerinə  yetirilməsinə  nəzarət  etmək 



dövlət  orqanlarının,  müəssisələrin,  idarələrin,  təşkilatların,  siyasi 

partiyaların, ictimai qurumların rəhbərlərinə həvalə olunur. 



Bakı şəhəri, 2 mart 1993-cü il. 

543 


AZƏRBAYCAN

 

RESPUBLİKASININ 

DÖVLƏT

 HIMNI

 

Musiqisi: Üzeyir Hacıbəyov Sözləri: 

Əhməd Cavad 

Azərbaycan! Azərbaycan! 

Ey qəhrəman övladın şanlı Vətəni! 

Səndən ötrü can tökməyə cümlə hazırız! 

Səndən ötrü qan tökməyə cümlə qadiriz! 

Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə 

can qurban oldu! 

Sinən hərbə meydan oldu! 

Hüququndan keçən əsgər Hərə bir 

qəhrəman oldu! 

Sən olasan gülüstan

Sənə hər an can qurban! 

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan! 

Namusunu hifz etməyə. 

Bayrağını yüksəltməyə. 

Cümlə gənclər müştaqdır! 

Şanlı Vətən! Şanlı Vətən! 

Azərbaycan! Azərbaycan! 

544 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə