H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə198/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   194   195   196   197   198   199   200   201   ...   225

əhəmiyyətli artım müşahidə olunmuşdur. 

Ümumilikdə, sənayedə 2005-ci ilə nisbətən 2006-cı ildə 36,6 faiz 

çox məhsul istehsal edilmişdir. O cümlədən kimya sənayesində 14,9 faiz, 

maşınqayırmada  18,7  faiz,  metallurgiyada  9,1  faiz,  elektroenergetikada 

6,9 faiz, sənayenin digər sahələrində 22,5 faiz artım təmin edilmişdir. 

Neft və qaz hasilatı müvafiq olaraq, 45,3 faiz çoxalmışdır. 

Kənd təsərrüfatı üzrə istehsal 0,9 faiz artmışdır. 

2006-cı  ildə  iqtisadiyyatın  inkişafına  bütün  maliyyə  mənbələri 

hesabına  6  milyard  manat  həcmində  investisiya  yönəlmişdir.  Bu  da 

2005-ci  ildəkindən  14,8  faiz  çoxdur.  Qeyd  etmək  lazımdır  ki,  daxili 

kapital  qoyuluşunun  payı  2003-cü  ildəki  24,8  faizdən  46  faiza 

yüksəlmişdir. 

Ölkənin müxtəlif bölgələrində 45 min şagird yerlik məktəblər, 295 

çarpaylıq xəstəxana, 1,2 milyon m yeni mənzil sahəsi, 28İmin nömrəlik 

avtomat  telefon  stansiyaları,  Bakıda  iki  yol  ötürücüsü,  Gəncədə 

beynəlxalq  hava  limanı,  Imişlidə  şəkər  zavodu,  Naxçıvanda,  Astarada, 

Şəkidə və Xaçmazda  modul tipli elektrik stansiyaları, Lənkaranda tikiş 

fabriki,  Lerik  və  Yardımlı  rayonlarında  qaz  kəməri  və  digər  çoxsaylı 

obyektlər  tikilib  istifadəyə  verilmişdir.  Bununla  yanaşı,  respublikanın 

bütün şəhər və rayonlarında böyük həcmdə abadlıq işləri görülmüşdür. 

Nəqliyyat sahəsində yük və sərnişin daşınması 2005-ci ilə nisbətən 

müvafiq surətdə 13 6,3 faiz çox olmuş, rabitə xidmətlərinin həcmi 24 faiz 

artmışdır. 

2006-cı ildə daxili ticarət dövriyyəsinin və əhaliyə göstərilən pullu 

xidmətlərin ümumi həcmi 18,4 faiz artmışdır ki, bu da əhalinin alıcılıq 

qabiliyyətinin durmadan yüksəldiyini göstərir. 

Ötən  il  xarici  ticarət  dövriyyəsi  37,4  faiz  artaraq  11,6  milyard 

dollara çatmışdır. Xarici ticarətdə müsbət saldo 1,1 milyard dollar təşkil 

etmişdir. 

Dövlət  başçısı  İlham  Əliyevin  antiinflyasiya  tədbirlərinin 

gücləndirilməsi ilə bağlı verdiyi Fərmanda qarşıya qoyulan 

534 



vəzifələrin  həyata  keçirilməsi  nəticəsində,  inflyasiyanın  təzyiqinə 

baxmayaraq, ötən il, nəzərdə tutulduğu kimi, onu birrəqəmli həddə, yəni 

8,3 faiz səviyyəsində saxlamaq mümkün olmuşdur. 

Əhalinin  nominal  pul  gəlirləri  2006-cı  ildə  23,4  faiz  artmış  və 

adambaşına  orta  hesabla  ayda  2005-ci  ildəki  81  manatdan  99  manata 

çatmışdır. Nəticədə pul gəlirlərinin artım sürəti inflyasiyanın səviyyəsini 

2,8 dəfə üstələmişdir. 

2006-cı  ilin  dekabr  ayında  orta  aylıq  əmək  haqqı  20  faiz  artaraq 

151 manat təşkil etmişdir. 

Əhalinin banklardakı əmanətləri 66 faiz, o cümlədən milli valyuta 

ilə  qoyulmuş  əmanətlər  4,4  faiz  artaraq  820  milyon  manata  çatmışdır. 

Yoxsulluğun  azaldılması  proqramı  uğurla  həyata  keçirilir.  2006-cı  ilin 

nəticələri göstərir ki, yoxsulluq həddinin 52 manatdan 58 manata qədər 

qaldırılmasına  baxmayaraq,  onun  səviyyəsi  ötən  ilin  sonuna  20,8  faizə 

düşmüşdür. 

2006-ci  ildə  174  min  yeni,  o  cümlədən  102  min  daimi  iş  yerləri 

açılmışdır. Bunların da 84 faizi regionların payına düşür. 

Həmişə  olduğu  kimi,  qaçqın  və  məcburi  köçgünlərin 

problemlərinin həlli ilə onların yaşayış şəraitinin və maddi vəziyyətinin 

yaxşılaşdırılmasına ümumilikdə 192 milyon manat vəsait sərf edilmişdir 

ki, bu da 2005-ci ilə 40 faiz çoxdur. Dövlət Neft Fondundan ayrılan 110 

milyon  manat  vəsait  hesabına  Ağdam  və  Ağcabədi  rayonlarında  13 

müasir tipli qəsəbə tikilib istifadəyə verilmişdir. 

2006-ci  ildə  Azərbaycanda  beynəlxalq,  siyasi-iqtisadi  və 

humanitar münasibətlərin genişləndirilməsi prosesi davam etdirilmişdir. 

Belə  ki,  Bakıda  30-dan  çox  beynəlxalq  tədbir  keçirilmişdir.  Bunlardan 

İqtisadi  Əməkdaşlıq  Təşkilatının  9-cu  Zirvə  toplantısını  və  Nazirlər 

Şurasının  16-cı  iclasını,  İslam  Konfransı  Təşkilatına  üzv  olan  ölkələrin 

xarici  işlər  nazirlərinin  33-cü,  turizm  nazirlərinin  5-ci  Konfranslarını, 

BMT-nin  Mərkəzi  Asiya  ölkələrinin  iqtisadiyyatı  üçün  xüsusi 

proqramının  idarəetmə  Şurasının  iclasını  və  biznes  forumunu,  İslam 

İnkişaf  Bankının  beynəlxalq  investisiya  konfransını  və  sair  göstərmək 

olar. 

535 



Prezident  İ.  Əliyevin  şəxsi  təşəbbüsü  və  rəhbərliyi  ilə  9  mart 

2007-ci ildə Bakıda Dünya Azərbaycan və Türk diasporları rəhbərlərinin 

1  forumu  keçirilmişdir.  Bu  forumda  çıxış  edən  Azərbaycan  Prezidenti 

İlham  Əliyev  və  Türkiyənin  Baş  Naziri  Rəcəb  Tayyib  Ərdoğan  “Bir 

millət,  iki  dövlət”  (H.  Əliyev)  olan  Azərbaycan  və  Türk  diasporların 

dünya  təşkilatlarını  erməni  yalan  təbliğatına  və  iftira  ilə  dolu 

uydurmalarına qarşı birləşməyə çağırmışlar. 

536 



SON SÖZ

 

Dünyada  elə  şəxsiyyətlər  var  ki,  onların  adı  və  şöhrəti  doğma 

Vətəndən  çox-çox  uzaqlara  yayılmışdır.  Milyonlarla  insanlar  arasında 

hörmət və ehtiram kimi nüfuzları da sərhəd tanımır. 

Şəxsi keyfiyyətləri nə qədər üstündürsə, xüsusi təqdimata da bir o 

qədər  az  ehtiyac  duyulur,  çünki,  belə  adamların  təkcə  adını  çəkməklə 

söhbətin  dərhal  kimdən  getdiyini  anlamaq  olar.  Hər  şey  yaradanın 

iradəsindədir. Kim bilərdi ki, illər keçəcək, kiçik yaşlarında valideynlərini 

itirmiş,  uşaq  evində  boya-başa  çatmış  Maqsud  gələcəkdə  təkcə 

respublikamızda  deyil,  o  cümlədən  onun  sərhədlərindən  kənarda  da 

görkəmli  şərqşünas  alim,  diplomat,  jurnalist,  şair,  yazıçı-publisist, 

tərcüməçi-bir sözlə hərtərəfli bir şəxsiyyət kimi tanınacaqdır. 

M.Hacıyev  Azərbaycan,  rus,  fars,  dəri  (əfqan)  və  tat  dillərində 

40-dan  artıq  monoqrafiya,  kitab  və  kitabçaların,  200-ə  yaxın  elmi, 

250-dən  artıq  publisistik  məqalələrin  müəllifi,  20-yə  qədər  kitab  və 

monoqrafiyanın redaktoru, rəyçisi, məsləhətçisi, 20-yə qədər proqram və 

dərs  vəsaitinin  müəllifidir.  (Məlumat  üçün  kitabın  biblioqrafiya  və 

istifadə olunmuş ədəbiyyat hissəsinə bax). 

Tərcümə əsərləri də kitab halında dərc olunmuşdur. O, Beynəlxalq 

Şərqşünaslar  Assosiasiyanın,  Azərbaycan  Yazıçalar  və  Jurnalistlər 

Birliklərinin  üzvüdür.  Filalogiya  elmləri  namizədi,  MAA-nın  dosenti, 

Bakı  Avrasiya  Universitetinin  professoru,  Azərbaycan  Ziyalılar 

Cəmiyyətinin  fəxri  doktorudur.  Maqsud  müəllim  on  ilə  yaxındır  ki, 

Azərbaycan  Milli  Aviasiya  Akademiyasında  ped-  oqoji  fəaliyyətlə 

məşğuldur.  Bu  gün  Milli  Aviasiya  Akademiyasında  yüksək  ixtisaslı 

mütəxəssislərin hazırlanmasında Maqsud müəllimin böyük əməyi vardır. 

O, elm və təhsilin aparıcılarından biri kimi təkcə bizim Akademiyamızda 

yox, o cümlədən respublikada da çox tanınır. 

Maqsud  Hacıyev  bir  pedaqoq  alim  kimi  bu  missiyanı 

şəxsiyyətində  böyük  alim  xarakterinin  olması,  öz  həmkarlarına  həmişə 

arxa durması, onlara dostluq göstərən, düşünən ziyalı 

537 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə