Humanitar fənlər kafedrası



Yüklə 78,5 Kb.
Pdf görüntüsü
tarix21.10.2023
ölçüsü78,5 Kb.
#129917
az dili Elnur



Humanitar fənlər kafedrası
Fənnin adı 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
Dinləyicinin soyadı və adı 
Cahangirli Elnur 
Kursun və taqımın nömrəsi 
Sərbəst işin nömrəsi və mövzusu 
İşgüzar kommunikasiya etikası: 
Ümumi norma və prinsipləri. 
İstifadə olunan ədəbiyyat 
1.Azərbaycan Respublikasında dövlət 
dili haqqında Azərbaycan 
Respublikası
Prezidentinin“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 
fərmanı. Bakı, 2001. 2.N.Məmmədli Azərbaycan dilində işgüzar və 
akademik kommunikasiya. Dərslik. Bakı, Elm və təhsil, 2021. 
3.M.İsmayılova Azərbaycan dilində rəsmi-işgüzar və akademik 
kommunikasiyanın funksional səciyyəsi. Monoqrafiya. Bakı, ADPU, 
2021. 
Fənn müəlliminin soyadı və adı 
Vüsalə Rzazadə 
Sərbəst işin qəbulu haqqında müəllimin qeydi 
Müəllimin işi yoxladığı tarix 
Dinləyicinin aldığı bal 
Müəllimin imzası 
Qeyd
: Sərbəst iş ən azı 2 vərəq həcmində yazılmalıdır. Mövzu 
yazılarkən giriş hissə, işin məzmunu və nəticə qeyd olunmalıdır. 



İşgüzar kommunikasiya etikası:Ümumi norma və prinsipləri 
Çağdaş dünyamızda bir çox sahələrdə qloballaşma meylləri artıq mədəniyyət və 
məişətimizdə mental ənənələrimizə zənginlik gətirməkdədir. Əvvəlcə ailədən, ata-
ananın verdiyi tərbiyədən qaynaqlanan mədəni davranış vərdişləri sonralar uşaq 
bağçasında, məktəbdə və əmək kollektivlərində daha da cilalanır və yeni çalarlar əxz 
edir. 
Harada işləməsindən asılı olmayaraq insan davranış qaydalarına, etik normalara 
riayət edirsə, şəxsi nümunəsi ilə seçilirsə, ətraf aləmdə artıq özü haqqında müsbət fikir 
formalaşdırır. Əmək kollektivlərinə, istər istehsalat, yaxud biznes dünyasına yeni üzv 
olmuş hər bir şəxs əgər işində uğur qazanmaq istəyirsə, o, birinci növbədə işgüzar 
mədəni etiketlərin "qızıl" qaydalarını bilməlidir. Bu, birinci növbədə müraciət 
mədəniyyəti və özünü təqdimetmədən başlanır. Məsələn, bizdə insanın özü-özünə 
müəllim və ya xanım deməsi və yaxud iş tərəfdaşına "əzizim", "canım-gözüm" və ya 
"canını yeyim" kimi ailə leksikonuna aid ifadələr və müraciətlər ən böyük 
qüsurlardandır. Bu şəxsin mədəni səviyyəsinin geriliyindən xəbər verir. 
Qızıl qaydaların başlıca şərti işgüzar insanın dəqiq olmasıdır. Yəni, işə və ya işgüzar 
görüşə səbəbsiz gecikən şəxs birinci növbədə özünə olan etimadı itirir və ciddi tərəf-
müqabil sayılmır. İşgüzar mühitdə mədəni etiketlərdən biri də iş yoldaşı və ya tərəfdaşı 
ilə söhbətdə artıq söz danışmamaqdır. Hər bir əməkdaş təmsil etdiyi idarənin sirlərini 
qorumağı mütləq mənada bacarmalıdır. 
Dördüncü qızıl qayda isə işgüzar şəxsin təkcə özünü deyil, başqalarını da nəzərə 
almasıdır. Hər hansı bir işdə uğur qazanmaq üçün təkcə öz mənafelərini düşünüb, tərəf-
müqabilə zərər yetirilməsi mədəni etiketlərə ziddir. Əməkdaş iş yoldaşı ilə münasibətdə 
daxili xudbinliyini boğmalı, qarşısında səbrlə dinləməli, onun fikirlərinə hörmətlə 
yanaşmalı, sözünü kəsməməlidir. Opponentin fikrini sarkazmla və ironiya ilə kəsib onu 
alçaldan şəxs gec ya tez, özü də nə vaxtsa, eyni vəziyyətlə qarşılaşacaqdır. 
İşgüzar ünsiyyət etikasının əsas təşkiledicisi: normativ etika. İşgüzar etiketin 
mahiyyəti. İşgüzar aləmdə işgüzar etiket qaydalarını şərtləndirən amillər. Əsas işgüzar 
etiket qaydaları: requlyativ (tənzimləyici), aksioloji, qiymətləndirici, kommunikativ, 



mədənitərbiyəvi, dissiplinar inzibati, inteqrativ, özünü təqdimat, qoruyucu. Xarici 
görünüş qaydaları. Dres-kod. Dres-kodun əsas qaydaları. Jest, hərəkət və mimika. 
Jestlərin işgüzar danışıqlara təsiri. İşgüzar görüşlərdə baza qaydaları: düzgün qamət, 
təlaşsız, vurnuxmasız, təmkinli hərəkətlər; gözə dikilən baxış; emosiyalara nəzarət edən 
təmkinli mimika; taktiki kontakt. Jest, hərəkət və mimikaları öyrənməyin əhəmiyyəti. 
Düzgün mimikaları əldə etmək yolları. İş masasının səliqəli olması. İşgüzar ünsiyyət 
qaydaları. İş adamlarının qızıl qaydası: vaxt. Dinləməyi və eşitməyi öyrənmək. Düzgün 
və savadlı danışmaq. Diksiya. İşgüzar yazışmalar. Telefonla danışıq etikası. Telefonla 
ünsiyyətin əsas qaydaları. Telefonla işgüzar danışıq qaydaları. İşgüzar yazışmaların 
etikası. İşgüzar məktub, yazışma (elektron və adi). İşgüzar məktubların növləri: 
məktubxahiş; məktub-məlumat; müşayiətedici məktub; məktub xatırlatma; məktub-
dəvət; məktub-təşəkkür. Nəzakət qaydaları. İşgüzar məktubların məzmunu: müraciət, 
peambula, əsas mətn, nəticə, postskriptum, qoşma. İşgüzar məktubun strukturu. 
Telefonla ünsiyyət zamanı nəzərə alınacaq amillər. İşgüzar münasibətlərdə kommersiya 
sirlərinin qorunması. Korporativ mədəniyyət, işgüzar protokol və etiket. İşgüzar etiketin 
əsas qaydaları. Etiketlərin növləri və praktik əhəmiyyəti. Etiketin əsasları. Etiketin 
praktik əhəmiyyəti. İşgüzar etiketin prinsipləri. İşgüzar etika kodeksi. 
İşgüzar kommunikasyanın formaları: yazılı (işgüzar yazışma və sənədləşmə); şifahi 
(işgüzar nitq). İşgüzar ünsiyyətin formaları: yazılı və şifahi. İşgüzar ünsiyyəti başqa 
ünsiyyət 
formalarından 
fərqləndirən 
səciyyəvi 
xüsusiyyətləri. 
İşgüzar 
kommunikasiyanın yarandığı şərait, müzakirə zamanı şifahi (işgüzar nitqin) təzahür 
formaları: işgüzar söhbət; kollektiv müzakirə; müşavirə; avtokratik; seqreqativ 
(ayrılıqda); informativ; diskusiyaedici; spontan; işgüzar publik çıxış; diskussiya, onu 
digər müzakirələrdən fərqləndirən mühüm cəhətləri; işgüzar danışıqlar; press-
konferensiya; prezentasiya (təqdimetmə). İşgüzar ünsiyyət prosesinin (işgüzar nitqin) 
səciyyəvi xüsusiyyətləri. İşgüzar ünsiyyət prosesində vertikal və horizontal 
münasibətlər. Rəsmi-işgüzar üslubun xidmət sferası. Dövlət aktları, müqavilə, qanun, 
təlimat, rəsmi məlumat (xəbər), sənədlərin (ərizə, arayış, çıxarış, hesabat, protokol) 
tərtibi. İşgüzar kommunikasiyanın səciyyəvi xüsusiyyətləri: standartlara ciddi əməl 



etmək, jarqonlardan istifadə etməmək, peşəkar dildən, ünsiyyət sahəsində istifadə 
olunan terminologiya. İşgüzar kommunikasiyanın vertikal dialoq və horizontal 
münasibətləri. İşgüzar ünsiyyətin tələb etdiyi xüsusiyyətlər: reqlament, qayda və vaxt 
məhdudiyyəti, protokol qaydaları. İşgüzar şəraitdə davranış qaydaları. İşgüzar 
ünsiyyətin formaları: işgüzar söhbət, danışıqlar, müşavirə, təqdimat, brifinq. İşgüzar 
ünsiyyətin mərhələləri: əlaqənin qurulması, şəraitin düzgün qiymətləndirilməsi
məsələlərin müzakirəsi, qərarların qəbulu, məqsədə çatma, əlaqədən çıxış və s. Dünya 
xalqlarının səciyyəvi ünsiyyət qurmaq ənənəsi. Rəsmi-işgüzar ünsiyyətin əsas aparıcı 
xüsusiyyətləri: göstəriş vermək səciyyəsi, əlavə şərhə, izaha ehtiyac olmayan dəqiqlik, 
hüquqi normalarla bağlı obyektivlik. Rəsmiişgüzar üslubun funksiyalarının nitqdə 
ifadəsini əks etdirən dil vasitələri. İşgüzar kommunikasiyanın şifahi nitqinə verilən 
tələblər: aydınlıq, dəqiqlik. Yığcamlıq, konkretlik, normativlik, düzgünlük, məntiqilik, 
əsaslandırma (güclü arqument), standart nitq formulları. İşgüzar ünsiyyətin növləri: 
təqdimat, brifinq, müsahibə, işgüzar müzakirə, söhbət, telefonla danışıq, pess-
konferensiya, işgüzar danışıqlar. İşgüzar ünsiyyətin sənəd formaları: rezyume, kontrakt 
(müqavilə) və s. İşgüzar natiqliyin yeni növləri: kontakt və distant formaları. 
İşgüzar ünsiyyət insan həyatının zəruri hissəsi kimi. İnsanın əlaqələndirici 
kommunikator – ünsiyyətin təşəbbüsçüsü kimi əsas rəhbərlik funksiyalarını yerinə 
yetirə bilməsi. İşgüzar ünsiyyətin zəruri, arzuolunan, neytral, və arzuolunmayan növləri. 
İşgüzar şəxslərin müxtəlif xidməti pillələrdə insanlarla ünsiyyəti: vertikal, horizontal. 
İşgüzar ünsiyyətin şifahi və yazılı formaları. Şifahi işgüzar ünsiyyətin səciyyəvi 
cəhətləri, üslubu. Yazılı işgüzar ünsiyyətin əsas spesifik cəhətləri. Başqa yazılı 
üslublardan 
fərqi, 
xidmət 
sferası: 
xarici 
münasibətlər, 
şəxsi 
əmlakın 
möhkəmləndirilməsi, ticarət. Rəsmi-işgüzar üslubun təminatı: ictimai münasibətlərin 
hüquqi qaydaya salınması. Rəsmi-işgüzar üslubun təyinatı: ictimai münasibətlərin 
hüquqi tənzimlənməsini təmin etmək; iştirakçıların qarşılıqlı hüquqi manasibətlərini 
tənzimləmək. Rəsmi-işgüzar üslubun istifadə olunduğu sahələr: qanunverici orqanlar, 
hüquq-mühafizə orqanları, inzibati-təsərrüfat sahələri, diplomatik. Rəsmi-işgüzar üsluba 
verilən ümumi tələblərin xüsusi şərtləri: rəsmi xarakter, ünvanlı olması, idarəetmə 



situasiyalarının təkrarlığı, tematik məhdudluq. Rəsmi-işgüzar üslubun səciyyəvi 
cəhətləri: imperativlik, dəqiqlik, obyektiv şərhetmə, standart şərhetmə. 
İşgüzar kommunikasiya fərdlərarası əlaqələrin qurulması və inkişafına xidmət etdiyi 
üçün sosial hadisədir. İnsanlar nə üçün işgüzar kommunikativ münasibətlər qururlar? 
Bu sualın cavabı birbaşa işgüzar kommunikasiyanın məqsədlərini müəyyən edir. 
Deməli, işgüzar kommunikasiya bizə aşağıdakı məqsədləri həyata keçirmək üçün 
lazımdır:
 

Subyekt və idarəedici obyektlər arasında informasiya mübadiləsi zamanı; 

İşçilər və işçi qruplar arasında məlumat mübadiləsi fəaliyyətlərinə nəzarət və 
koordinasiya üçün; 

İdarəetmənin səmərəliliyini artırmaq üçün informasiya axınlarının tənzimlənməsi və 
optimallaşdırılması proseslərində; 

İş prosesində fərdlərarası münasibətlərin qurulmasında. 
Fərdlərarası işgüzar kommunikasiyanın məzmunu da çoxtərəflidir: 

Maddi, yəni məhsul mübadiləsi; 

Koqnitiv, bilik mübadiləsi; 

Bacarıq və vərdişlərin mübadiləsi; 

Psixoloji və fizioloji vəziyyətlərin mübadiləsi (gülmək, əhval yüksəltmək, 
gülümsəyərək qəzəbləndirmək və s.); 

Həvəsləndirici mübadilə. 
Bütün hallarda isə kommunikasiyanın məzmununu bir insandan digərinə ötürülən 
informasiya təşkil edir. 
İşgüzar kommunikasiya müəyyən bir fəaliyyət növünün (peşəkar, istehsalat, elmi, 
ticari, siyasi və s.) təşkili və optimallaşdırılması üçün istifadə olunur. Və 
kommunikasiya məqsədyönlü fəaliyyət olduğundan onun hər bir formasının (müzakirə, 
söhbət, iclas və s) məzmunu kommunikativ niyyətdən və umulan nəticədən asılıdır. 
Əgər ünsiyyətin məqsədi nəyi isə aydınlaşdırmaqdırsa, bu informasiyanın məzmunu 
təlimat, izahat, məsləhət xarakterli olacaq. Yox, əgər məqsəd kimin isə mülahizələrini 
təkzib etməkdirsə, bu zaman məzmun dəlil, sübut və tənqidi fikirlərdən ibarət olmalıdır. 



“Funksiya” latın mənşəli termin olub mənası icra, vəzifə, fəaliyyət dairəsi, təyinat və 
s. deməkdir.
İşgüzar kommunikasiyanın aşağıdakı funksiyalarını göstərmək olar: 

İnstrumental, yəni zəruri fəaliyyətlərə təşəbbüskarlığı həyata keçirmək üçün 
idarəedici vasitə; 

interaktiv, yəni insanları, iş ortaqlarını bir araya gətirən vasitə; 

özünüifadə etmə, yəni şəxsi hədəf və maraqlarını nümayiş etdirmə vasitəsi; 

Yayım vasitəsi, yəni məlumatötürmə (əmr, təlimat, hesabat və s.); 

Sosial nəzarət, yəni işçilərin davranış və fəaliyyətlərini tənzimləyən vasitə kimi; 

Sosiallaşma, yəni bir komanda daxilində işgüzar ünsiyyət mədəniyyəti bacarıqlarını 
inkişaf etdirmə vasitəsi kimi. 
Fərdlərarası kommunikasiyanın əsas tipləri bunlardır: imperativ, manipulyasiya və 
dialoq. İmperativ kommunikasiya tərəfdaşın davranış və hərəkətlərinə nəzarət edərək 
onu müəyyən qərarlar qəbul etməyə məcbur buraxacaq avtoritar ünsiyyət formasıdır. 
Burada partnyor passiv roldadır. Təsir vasitəsi kimi tələb, sifariş, təlimatdan istifadə 
edilir. 
Manipulyasiya isə müəyyən bir gizli niyyəti həyata keçirmək naminə tərəfdaşa təsir 
etmək üsuludur. Bu nominasiya tipində də tərəfdaşın rolu passivdir. İmperativ tipdən 
fərqi isə burada həqiqi ünsiyyət hədəfləri barədə tərəfdaşın məlumatlandırılmamasıdır. 
Həm imperativ, həm də manipulyasiya monoloji ünsiyyət tipidir. Burada fərd 
tərəfdaşını təsir obyekti kimi seçərək onun mənafeyini heçə sayır, yalnız öz xeyirini 
güdür. 
Dialoq ikitərəfli ünsiyyətdir. Dialoji ünsiyyətin şərtləri aşağıdakılardır: 

Həmin andakı hiss, motiv və davranışları nəzərə alan “burada və indi” prinsipinə 
uyğun ünsiyyət formasıdır. 

Bu ünsiyyət formasında tərəfdaşlarınızı şəxsi fikrə sahib bərabərhüquqlu fərd kimi 
qəbul etməyi nəzərdə tutur; 

Dialoq zamanı ünsiyyəti fərdiləşdirərək öz fikir və düşüncələrinizi təqdim edə də 
bilərsiniz; 




Dialoq zamanı sualları düzgün qoymaq və sual vermək taktikasından səmərəli 
istifadə etmək də çox vacibdir.

Cəmiyyətdəki etiket qaydaları bir insanın ola biləcəyi bütün vəziyyətlərdə davranmaq 


qabiliyyətidir. Bu normalara əməl olunmadan, siyasi, iqtisadi, mədəni və ailə 
münasibətləri mümkün deyildir, çünki insanlar bir-birlərinə fikir vermədən, özlərinə 
müəyyən məhdudiyyətlər qoymadan mövcud ola bilməzlər. Etiket qaydaları ictimai 
həyatın bütün sahələrində - işdə, gündəlik həyatda, şəxsi, ailə və beynəlxalq 
münasibətlərdə insan davranışlarını tənzimləyir. Son zamanlarda işgüzar münasibətlərin 
etikası getdikcə daha çox diqqət çəkir. İşəgötürənlər, kadr seçimi və işə qəbul zamanı, 
habelə birbaşa peşə rolunu yerinə yetirən işçilərin iş və şəxsi münasibətlərinin etikasına 
daha çox diqqət yetirirlər. Etiket ünsiyyəti düzgün istiqamətə yönəldir, idarəçilərin və 
tabeliyindəki şəxslərin peşə fəaliyyətini müvafiq standartlar, qaydalar, normalarla təmin 
edir 
İş etiketi xüsusi əhəmiyyət daşıyır. Etiket çoxdan işgüzar ünsiyyətin ayrılmaz hissəsi 
olmağa başladı. İş etikası etikanın tərkib hissələrindən biridir. İşgüzar ünsiyyət etiketinə 
və mədəniyyətinə riayət etmək nə üçün vacibdir? 
İş etiketi hər həftə işləmək məcburiyyətində qalanlar üçün açıq və açıq olmayan 
qaydalar toplusudur. İş etiketi işgüzar kommunikasiya və işgüzar əlaqələr sahəsində 
müəyyən bir qaydadır. Ünsiyyət qurma imkanı olmadan işgüzar əlaqələr qurmaq 
mümkün deyil. Nəzakət qaydalarına hörmət etmək və söhbəti düzgün apara bilmək iş 
əlaqəsi yaratmaq üçün vacibdir. Bir sözlə, iş etiketinə riayət etmədən seçilmiş fəaliyyət 
sahəsində uğur əldə etmək mümkün deyil. 
İşgüzar ünsiyyətin bir hissəsi kimi nitq etiketi tərəfdaşlara və ya işçilərə daha effektiv 
qarşılıqlı əlaqədə olmağa kömək edir. İş etikasına riayət etmək uğurlu komandanın 
təməlidir. Peşəkar etika və qarşılıqlı hörmət qaydaları üzərində qurulan münasibətlər 
rahat iş mühiti və komandada motivasiya yaradır. Buna riayət etmək bütün kollektivin 
və bütövlükdə hər bir işçinin işini xeyli asanlaşdırır, çünki ümumi qəbul edilmiş 



nümunələrə uyğun hərəkət etmək daha asan və daha sürətli olur. Bununla işçilər bir-
birlərindən nə gözləyəcəklərini biləcəklər. 
İş etiketinin əsas funksiyası insanlar arasında qarşılıqlı anlaşmanı təşviq edən 
qaydaların formalaşdırılmasıdır. İkinci ən vacib məqam rahatlıq, yəni məqsədəuyğunluq 
və praktiklikdir. Kiçiklərdən başlayaraq ən ümumi qaydalara qədər iş etiketi gündəlik 
həyata yaxın bir sistemdir. Axı, etiketin ən vacib prinsipi budur: etiket qaydasında 
hərəkət etmək adət olduğu üçün deyil, daha uyğun, rahat, başqalarına və özünə hörmətli 
olduğu üçün lazımdır. 
İş etikasına riayət etmək təşkilatın imiçinə və işgüzar fəaliyyətinə nə kimi təsir 
göstərir? 
İş etikası şirkət imicini yaratmaq üçün əsas "vasitələrdən" biridir. Müasir biznesdə 
şirkətin siması mühüm rol oynayır. İş etiketinə hörmət edilməyən təşkilatlar çox şey 
itirirlər. İş etiketinin normaya çevrildiyi yerdə daha yüksək məhsuldarlıq, daha yaxşı 
nəticələr əldə edilir. Dünyadakı bütün sahibkarlar işin əsas şərtlərini bilirlər: yaxşı 
davranış sərfəlidir. İş etiketinin müşahidə olunduğu şirkətlə işləmək daha xoşdur. 
Sivil bir bazar inkişaf etdirərək, müasir sahibkarlar bilməlidirlər ki, bazar dünyasında 
özlərini qurmaq istəyənlərin yalnız 10-15% -i məqsədlərinə çatır. İş yalnız iqtisadi 
əsaslarla deyil, həm də etik əsaslarla aparılır. Və yalnız iş etiket qaydalarına əməl 
etmək, işdə uğur qazanmağın açarıdır. Başqa sözlə, iş etiket qaydalarına riayət etmək 
peşəkarlığınızın zəruri elementlərindən biridir 
Bundan əlavə, iş etikasının işlənməsinin mənəvi tərəfi məhsuldarlığa da təsir göstərir: 
iş yerində özünü rahat hiss edən bir işçi daha çox şirkətə sadiq olacaq və daha yaxşısını 
etməyə çalışacaqdır. Etik işgüzar ünsiyyətə riayət etməklə yaradılan xoş ab-hava işçiləri 
işlərində mükəmməl olmağa çalışdırır. Buna görə, rəhbər vəzifələrdə olan insanların ilk 
növbədə işgüzar ünsiyyət etik qaydalarına riayət etmələri vacibdir. Bütün şirkətin 
səmərəli işi liderin özünütərbiyəsindən başlayır. Yalnız özünüzü idarə etməyi 
öyrənməklə digər insanları idarə edə bilərsiniz. 



Peşəkar bir mühitdə bütün ünsiyyət qaydalarına və normalarına riayət etmək 
həmkarları arasında hörmət və nüfuzu təmin edir. Bir sözün, jestin, duruşun və digər 
etik işarənin düzgün seçilməsi, məqsədəuyğunluğu və vaxtında olması insanın işgüzar 
və şəxsi keyfiyyətlərini ən yaxşı tərəfdən ortaya qoyur. Ofisdə, dövlət qurumunda iş 
etiket qaydaları hər zaman işə gəlməyinizi, bütün tapşırıqları vaxtında yerinə 
yetirməyinizi tələb edir. Etiketin əsas qaydalarını bilməmək bir çox problemlər yaradır 
və bəzən karyeranın korlanmasına səbəb olur. 
İş həyatından bir nümunəyə diqqət yetirək. Dəqiqlik və məsuliyyət mədəniyyətin əsas 
prinsiplərindən və iş etikasının əsas tələblərindən biridir. Vaxtını necə idarə etməyi 
bilməyən, işə, iclaslara və konfranslara gec qalan insanlar son dərəcə mənfi təəssürat 
buraxırlar. Müasir insanların günü sanki dəqiqələrlə təyin olunur: vaxt təkcə sizin üçün 
deyil, həm də iş yoldaşları, həmkarları və tabeliyində olanlar üçün dəyərlidir. 5 
dəqiqədən çox gecikmə iş etikasının kobud şəkildə pozulması kimi qiymətləndirilir. 
Hətta ən səmimi üzrlər də düzəliş edə bilməz. 
İş etiket qaydalarına, şəraitdən asılı olmayaraq, bütün həyat vəziyyətlərində riayət 
edilməsi zəruridir. İş etiketi tətbiq olunur: 

-iş yerində; 

-telefon danışıqlarında və işgüzar yazışmalarda; 

-işgüzar söhbət,görüş və danışıqlarda; 

-rəsmi qəbullarda və ya işgüzar yeməklərdə; 

-səyahətdə və s. 
Peşə fəaliyyətinin həyata keçirilməsi baxımından da müəyyən qrup insanlar arasında 
mənəvi münasibətləri tənzim edən xüsusi etik davranış kodeksi - peşə 
etikası mövcuddur: "Yəni hamı üçün ümumi əxlaqi tələblərdən başqa peşə fəaliyyətinin 
icrası zamanı insanların davranışını tənzimləyən xüsusi normalar da var. Peşə etikası - 
cəmiyyətin mənəvi-mədəni inkişaf ənənələrini qoruyub saxlamaq, davam etdirmək 
baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, dövran və mühit dəyişəndə, ictimai 
proseslər yeniləşəndə peşə etikası insanların həyatını stabil, dayanıqlı və 


10 
sınanılmış qaydalarla təmin edir, xaosun qarşısı alınır. Bu və ya digər peşə 
nümayəndəsinin şərəf, ləyaqət, maraq ölçüləri həm də o adamın hamılıqla qəbul 
olunmuş prinsip və normalara nə dərəcədə riayət etməsi ilə müəyyənləşir. 
Həkimlər arasında peşə etikası - neçə əsrlərdir stabil olaraq çox etibarlı Hippokrat 
andı ilə tənzimlənir. 
Hüquqşünaslarda - qanunçuluğa riayət etmək, prinsipiallıq göstərmək, hüquqi 
dövlətin əsaslarını qorumaq və s. peşə etikasına dəlalət edir. 
İdarəçilik və inzibatçılıq peşəsində əsas şərt - hər bir vətəndaşın hüququna, 
şəxsiyyətinə hörmətlə yanaşmaqdan ibarətdir. 
Xidmət sahələrində işləyənlər üçün peşə etikası - dəqiq, nəzakətli, gülərüz, təmizkar 
olmaqdır. 
Siyasətçilər arasında - rəqibin fikirlərinə qarşı dözümlü olmaq, emosiyalara 
uymamaq, fikir və rəy plüralizminə hörmət etmək, nitqində korrektli olmaq və sairdir. 
Yazıçı, jurnalist, alim üçün - peşə etikası həqiqəti doğru-düzgün və obyektiv 
yazmaqdan, cəmiyyətin mədəni tərəqqisinə və maariflənməsinə xidmət etməkdən 
ibarətdir. 
Əsas mənəvi və əxlaqi standartlara riayət etmək hər vəziyyətdə zəruridir. Davranış 
qaydaları və normalarının formalaşması təkcə iş mühitində deyil, insan həyatının bütün 
sahələrində zəruridir. 
 

Yüklə 78,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə