201
edər. Çocuğun atası anasına nisbətlə pək az irasi-məzərrət etmiş olur. Çocuqlara sirayət
edən xəstəliklərdə ən dərin fəlakətlərə yol açan analardır. Çünki çocuq ana rəhminə
düşdüyü zamandan başlayaraq doqquz ay qadar qanından, təvəllüddən sonra da sütündən
bir çoq müzürr səhhəti-təcdiyat ilə illətlənir və mühlik mərəzlərə düçar olur. Biçarə
mə’sum böyüdükcə vücudundakı təhlükəli xəstəliklər də onunla bərabər böyüməyə başlar.
Bir çocuq ilə dünyaya gələn xəstəliklər ata-anasının irtikab etdiyi naqabili-əfv bir
günahdan başqa bir şey deyildir. İştə, Herbert Spenserin ata-analara xitabən söylədiyi şu
qısa cümlə şayani-təəmmüldür: “Qəvaidi-səhiyyəyə hər bir müxalifət, bir günahi-
maddidir”. Bir çoq çocuqlar da olur ki, ata-anasından hiç bir vəchlə məasir olmadığı halda
yeyəcəyi, içəcəyi, geyəcəyi yüzündən xəstələnir, tənəffüs etdiyi hava, hərəkətsizlik,
valideynin qeydsizliyi bütün-bütün səhhətini ixlal edər. Çocuqları təmiz, saf bir havada
yaşatmaq, sihhi bir surətdə bəsləmək, sıq-sıq yıqamaq, oynamaqdan, o yan-bu yana
qaçmaqdan mən’ etməmək, müzürri-səhhət libas geydirməmək, sərbəstliyinə mane
olmamaq... ata-ana için boyun borcu qadar mühüm birər vəzifədir. Hər şeydən əvvəl
çocuqların yeyib-içəcəkləri nəzəri-diqqətə alınmalıdır. Çoq yemək (xörək) müzürri-səhhət
olduğu kibi, az yemək də faydalı deyildir. Yeməklərdə ən çoq diqqət ediləcək nüqtə
bəsləyici (müqəddi) olmasıdır. Yemək, qarnı doldurmaq, yaxud ləzzət duymaq için də
deyildir. Bəlkə həyatı idarə etmək, vücudu bəsləmək içindir. Bir də ən çoq diqqət ediləcək
şey yeməklərin müqərrər, müntəzəm bir saətdə, bir zamanda olmasıdır. Yoqsa hər saətdə,
hər yarım saətdə ağızda (saqqız çeynər) kibi bir şey yuvarlamaq, bütün-bütün müzürri-
səhhətdir. Çünki bu hal həzmi, mə’dəyi xərab etməkdən başqa bir şeyə yaramaz.
Fəqət bu qaydayı gözətəcək, nəzəri-diqqətə alacaq kimlərimiz var!? Qafqasiyada
çocuq tərbiyəsindən anlayan qaç anaya təsadüf edə biliriz? Çocuq tərbiyəsinə diqqət
etmək için tərbiyə görmüş analar lazım deyilmi? Hanı ana yetişdirəcək məktəblərimiz?
Hər hanki qəzetəyə baqsan millət böylə? Vətən şöylə? olmalı kibi bir çoq məqalələr,
xülyalar görünür. Lakin xülya ilə, boş xəyal ilə iş aşarmı? Vətəni, vətənin qiymət və
əhəmiyyətini, tərəqqi və səadətini kimdən bəkləyə biliriz? Beli bükülmüş, ətəh və ətalətə
uğramış ixtiyarlardanmı? Bir taqım biqeyd, laübali gənclərdənmi? Yaxud saf, təmiz,
mə’sum, ləkəsiz nevzadlardanmı? Şübhəsiz ki, vətənə, millətə, millətin gələ-
202
cəyinə ağlayacaq, tərəqqisinə çalışacaq olsa-olsa, ancaq ana qucaqlarında, məktəb
sıralarında çırpınan mə’sumlar ola bilir. Fəqət bu nevzadların yeyib-içməsinə, geyinib
gəzməsinə, tə’lim və tərbiyəsinə diqqət edəcək analar nerdə? Erkək qisminin maddi
surətdə doğub böyüməsinə qadınlar səbəb olduğu kibi, mə’nəviyyatca da münəvvərəlfikr,
tərəqqipərvər olmalarına yenə yeganə vasitə qadınlardır, demək ki, tərəqqinin ilk vasitəsi
qadın və qız məktəbləridir.
HƏSBİ-HAL
3
Ayşə Sədiqə xanım “Tə’lim və tərbiyə” adlı kitabında diyor ki: “Çocuqlara hər kim
olsa dərs verir, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən eyi validə verir. Çocuğun birinci
mürəbbiyəsi validədir. Validəsi olmayanlara yenə bir qadın mə’mur edilir. Çünki
zəmanisəbavətdə çocuqlara xidmət edə biləcək qadınlardır. Demək oluyor ki, bir qövmün
səadəti və tərbiyəsində qadınların böyük tə’siri vardır. Bunun için hər şeydən ziyadə
qadınların tərbiyəsinə e’tina edilməlidir. Tərbiyəli validələr yetişdirməyə qeyrət
edilməlidir”. Qadınların cəmiyyəti-bəşəriyyədəki qiymət və əhəmiyyətləri yalnız bir
cümleyi-həkimanə ilə gözəlcə isbat edilə bilir ki, o da şudur: “Cənnət anaların ayaqları
altındadır” – buyurulmuşdur.
Qafqasiya türklərindən şu kəlami-müqəddəsi bir qaç kərə eşidib duymamış bir nəfər
təsəvvür olunmaz zənn edərim. Müsəlmanlıq bir avropalının dediyi kimi quru bir lafdan
ibarət isə... Hiç! O əmriqüdsiyyəyə itaət isə... Hanya! O nerədə? Japoniyalılar islamiyyəti
qəbul etmək fikrində imiş! Diyorlar islamiyyətin erkək-qadın haqqındakı təhsili-elm,
hörməti-mütəqabilə, müsavat kibi bir çoq şeyləri o kitabdan, bu kitabdan oquyub
duysalar, ehtimal ki, təbdili-məzhəbə həvəslənərlər, lakin bir qaç müdəqqiq, müfəttiş
göndərib də göz-gözə tədqiq etsələr, müsəlmanların əf’al və hərəkatına göz qoysalar şaşıb
qalmazlarmı?
Əcəba?! Qızlar, oğlanlara nisbətən maddiyyatda ikidə bir həqqivərasətə malikdirlər.
Rəsuli-əkrəm
1
tə’lim və tərbiyədə hiç fərq
1
Məhəmməd peyğəmbər
203
qoymadığı halda təhsili-elmi kişiyə, övrətə müsavi bir surətdə fərz buyurduğu təqdirdə,
nasıl olur da ki, böylə bir əmri-müqəddəsi hiç məsabəsində tuturuz. Əcəba, səkiz-doquz
yaşında bir qız yalnız ibtidai, yaxud rüşdi təhsil görürsə, şəriətə müxalifmi zənn olunur?
Bir çoq mübarək ağızlar, qadınların tərbiyə görür-görməz itaətsiz olacaqlarını
söyləməkdən çəkinmıyorlar, əcəba məktəb, tə’lim və tərbiyə insana itaətsizlikmi öyrətir?
Yaxud insaniyyət, şəfqət, mərhəmət, nəzafət – evlada məhəbbət, böyüklərə itaət nə
olduğunumu tə’lim edər?
Sadədillik xoş bir şey olsa da, bu qadarı, bu dərəcəsi sevilir bir şey deyildir. Bugünkü
gün ehtimal ki, bir taqım səfsətəamiz quruntular ilə, boş xəyallar ilə kəndimizi mütəsəlli
edəlim... Fəqət yarın? Yarın hər işimizdə olduğu kibi, qız tərbiyəsi haqqında da başımıza,
gözümüzə vuracayız, kor-peşiman olacayız, lakin nəticə bir yana çıqmayacaq. On yıl
əvvəl oğullarını məktəbə verməyən, tərbiyəyi sapqınlıq ədd edənlər şimdi nerdə? Hər
tərəfə baqarsın eyi, fəna, istər-istəməz hər kəsdə evladını tərbiyə etmək məraqı
qabarmaqda, coşmaqda!.. Hər şəhərdə, hər qəsəbədə oğlanlara məxsus iki-üç ibtidai
məktəb açılmaqdadır. Lakin üç-dört illik yarım-yanlış məktəblər səkiz-doquz sənəlik ev
tərbiyəsini təbdil və islah edə biləcəkmi zənn olunur? Heyhat!..
Biçarə çocuq iki-üç yaşından başlayaraq məktəb otağına girincəyə qadar xurafat
uçurumlarında yuvarlanır gedər. Bir otaqdan digər otağa girəcək olsa “damdabaca”lar ilə
qorqutulur. Başı açıq dışarı çıqacaq olsa göydən başına adamcıl qurt dərisi düşər. Qaranlıq
bir yerə getsə cinlər, divlər ilə təhdid edilir. Hasili ənvai-mevhumat ilə zavallının
mə’nəviyyatı alt-üst olur. Otuz yaşına gəlsə belə o qorqunc kölgələr bir dürlü başından
çıqamaz olur. Ev tərbiyəsinin doğurduğu ən gözəl tərbiyə, ən xoş əxlaq, yalançılıq,
kindarlıq, bədnəfslik, arsızlıq, itaətsizlik, qorqaqlıq kibi bir taqım rəzil, murdar
əxlaqsızlıqlardan ibarətdir. Binəva çocuq sabahdan aqşama qadar küçədə, bacada,
toztopraq içində yaşar, qoşar, nihayət bir yeri səqətlənir, yaxud ordanburdan dürlü-dürlü
müsri xəstəliklərə hədəf olur gedər. Bir ana oğluna “Yavrum! Quzum! Get qardaşını çağır
da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə, “Partdamış! Gəbərmiş! Get o qan qusmuş
cönənbəri çağır da gəlsin, zəhrimarını zoqqumlansın” – diyor.
Dostları ilə paylaş: |