210
nəticə verə bilsin. “Söyləyənə baqma, söylədiyinə baq” dəsturunu əldə sərmayə ittixaz
edənlər bu xüsusda çoq yanlışdırlar.
Hər söz sahibinin sözü ilk öncə ruhilə və vicdanilə uzlaşmalı, müvafiqət etməli, sonra
müxatibə söylənməlidir.
Bir ərəb ədibi diyor ki, “Qəlbdən çıqan sözlər, daima qəlbə nüfuz edə bilir. Qəlbin
xəbəri olmayıb da ağızdan fırlayı verən sözlər, dinləyənin bu qulağından girib o birindən
çıxıb gedər”.
Demək ki, sözün tə’sirbəxş olması için, söz söyləyənin eyi bir qəlbə, parlaq bir
vicdana, gözəl bir əxlaqa, həqiqi bir mə’lumata malik olması icab ediyor.
Bir müəllim öz-özünü bir riyazəti-mə’nəviyyə ilə islah etdikdən sonra, şübhəsiz ki,
hər sözü, hər duruşu, hər halı bütün şagirdlər nəzərində böyük bir əhəmiyyətlə tələqqi
olunur. Kəmali-sür’ət və mətanətlə hər kəsin ruhuna nüfuz edə bilir.
Bir də müəllim yalnız məktəbdəki şagirdləri tərbiyə etməklə qalmayıb, mümkün
dərəcədə kəndi nüfuzunu – sözlərinin əhəmiyyətini tə’mim və tövsiə çalışmalıdır. Şimdi
bizim yalnız məktəblərimiz deyil, bütün həyati-ictimaiyyəmiz belə saf, parlaq bir
tərbiyəyə möhtacdır.
Müəllimlərimiz azacıq muşikafanə, durbinanə hərəkət edəcək olsalar, şübhəsiz ki,
bütün mühitimizi islah etmiş olurlar.
Sınıf (klas)da hər iki gündə bir, çocuqların əlbisəsinə, yüzünə, əllərinə baqıb kirli və
ya təmiz olduqlarına diqqət edilməlidir.
Müzürri-səhhət hallar, işləklər büsbütün mən’ olunub əsbabı yumşaq, tatlı bir dil ilə
tələbəyə anladılmalıdır və təkrar edilməməsini şiddətlə tənbih etməlidir.
Bir müəllimin, çocuğun anlayacağı tərzdə eylədiyi pədəranə tövsiyələr və tənbihlər,
əmin olmalı ki, pək gözəl nəticələr verir. Hər fənalığın, pisliyin, pintiliyin səbəbləri
tələbəyə anlatıldıqca, şübhəsiz ki, ata-anaları, qövm və əqrəbaları, hətta yaşadığı mühit
belə mütənnəbih olub kəndilərini islah etməyə çalışırlar.
Xalq şimdi məktəbi, ondakı tərbiyəyi azacıq hüsni-tələqqi etməyə başlamış. Müəllim
əgər uslu, namuslu, həlim, səlim bir əfəndi olursa, təbii, dört-beş sənə zərfində yalnız bir
ibtidai məktəbi deyil, məktəblə əlaqədar olan böyük bir köyü (kəndi), köy xalqını
tamamilə islaha müvəffəq olur.
İbtidai məktəb proqramı olduqca təmiz, qullanışlı, aydın, qolay və mənfəətli
olmalıdır. Xurafata, mevhumata aid süprüntüləri mümkün
211
mərtəbə sınıflara bıraqmamalıdır. Əvvəldən girmiş olsa da süpürüb təmizləməyə diqqət və
qeyrət etməlidir.
İbtidai məktəb için türk dilində müxtəsərcə qiraət, kitabət, elmiəşya, coğrafiya, hesab,
türk tarixi və islam tarixi kibi şeylər kifayət edər.
İkinci ildən e’tibarən rus dili də təbii ilavə edilməlidir. Çünki onsuz da iş aşmaz.
Fəqət müəllim, bunlar ilə iktifa etməyib bir çoq həqaiqi-fənniyəni, bir taqım hadisati-
tərbiyəni xülasə edərək ağızdan, açıq, müəssir bir üslubla tələbəyə təlqin etməlidir.
Həftədə bir-iki dərs yalnız bu işə münhəsir edib tələbənin gözünü açmalıdır.
Bir çoq təbii levhələr ilə məktəb otağı təzyin edilməlidir, çocuqlar zəhmət
duymayacaq dərəcədə bir taqım xoş mevzulardan bəhs edilməlidir.
Kor-koranə “sür dərəyə” qanununu əsla tələbəyə hiss etdirməməlidir, çünki təşəbbüsi-
şəxsidən bütün-bütün məhrum qalmış olur.
Qafqasyada müəllimlər
Qafqasyanın ibtidai məktəblərində türkcə dərs verən müəllimlər təqribən üç qismə
bölünür:
Birinci qısım; Aras aşırı qoşub gələn fanatizma dəllalları.
İkinci qısım, seminariyada (darülmüəllimin) ikmali-təhsil etmiş əfəndilər.
Üçüncü isə yeni üsulda tərbiyə görüb müəllimliyə həvəskar olan gənclərdir.
Birinci qısmı təşkil edənlər müəllimdən başqa hər şeydirlər. Həzarpeşə və pək qurnaz
hərifdirlər. Buqələmun kibi hər saətdə bin rəngə girməyə müstəiddirlər.
Aras kənarına varır-varmaz hərif bir kərə düşünür, hər şeydən əvvəl kəndisi için bir
sərmayə arar. Bir yerə baqar, bir göyə baqar, aradığı sərmayəyi iki arşın göy bezdə bulur.
Marağada darğa şagirdi ikən, Aras suyu içər-içməz anadan doğma seyid olur. Sonra ağa
mübarək qədəmləri ilə Qafqasyanın şu otlu, sulu toprağını müzəyyən buyurur. Beş-on gün
yüz suyu tökər, yalvarır-yaqarır, amma fırıldağı işləməz, fəryadı bir yana çatmaz, çünki
cəmaət həpsi e’tiqadsız, seyidə baqan yoq!..
212
Bir də baqarsın ki, hərifin ağlına bir şey gəldi. Belindən göyü açıb bir yana fırlatdı.
Özünü bir əttar dükanına verdi. Beş-altı şahılıq həbdən, tozlu-topraqlı otdan-filandan aldı,
şələsinə cibləşdirdi. Ya Əli, ya mədəd önünə gələn qəsəbələrdə köylərə yüz qoydu. Şimdi
köyün hər tərəfinə qulaq versən təbibbaşı (?) cənablarının seytişöhrətşüarı təninəndaz
olmaqdadır. Lakin iş, təbibliklə də bitməz. Bir ucdan öldürdüyü, tələf etdiyi zavallıları öz
əlilə kəfənlər, öz əlilə məzara qoyar. Sonra icab edərsə mərsiyəsini də özü oqur, hasili
para çıqacaq yer bulundumu? Yəhudi bəzzazı kibi sağına-soluna, eninəboyuna, hər
tərəfinə ölçər-biçər, yeri gəldikdə fala da baqar, dua da yazar, cin də tutar. Fəqət... Fəqət
xudanəkərdə bu işlərin həpsində bir rəvacsızlıq, bir e’tinasızlıq görürsə büsbütün
məsləkini dəyişdirir. Kitabçılarda “vətən dili” çoq, tuhafiyəçilərdə vorotnik, qalstuk bol...
“Vorotnik”, “qalstuk” boyuna keçirildikdən sonra məzadçılardan, genə mal
satanlardan bir dəst də gözəl kostyum alıb əyninə taqar. Bir məktəbə dəvam etməyə
başlar.
İştə sana yeni fabrikadan çıqmış qanlı-canlı “arpazovannı” bir müəllim!.. Yalnız bircə
diplomu (attestatı) əskik...
Lakin orası da qolay, zira çənəsi gevşək bir taqım cahil mühafizəkarlara qarşı beş-on
gün boyun büküb yaltaqlıq edərsə, hər saçmasına bəli, bəli deyərsə şübhəsiz ki, ən zəki,
ən təcrübəkar müəllimlər sırasına keçmiş olur. Fəqət ədəbsiz imiş, əxlaqsız imiş baş yoq,
keçərgedər, yalnız hacı əfəndinin, yaxud kərbəlayi kişinin boş damarını buldumu? Artıq
əsrin əflatunlarına şıllaq atmağa başlar. İşi yoluna qoyduqdan sonra həmiyyət, qeyrət qanı
coşub-daşaraq qızğın, dəhşətnak nitqlər söyləməyə başlar, iştə küçücük bir nümunə:
“Cəmahət, cəmahət! Vətən, məmləkət xərab oldi. Bahəme bunnan belə piş əzvəqtdən
irəli, əqsami-mütənəvviə məktəbxanələr açmaq lazimdir. Qazutlərin dilsuz və
yürəkyandıran həvadisati insanın qulağində guşzəd olanda dər həqiqətdə vətən dər
həqqində nə eyliyəcağını bilmiyüb, gözlərinin sirişki abi-nisanın suyu kimi axır”.
Bu bir. (?)
İkinci qısım də rusca təhsil edib türkcə dərs verən əfəndilərdir ki, dəröhdə etdikləri
dərslər əksəriyyətlə ibtidai məktəblərə münhəsir kibidir.
Muşikafanə bir nəzərlə baqılsa sair müəllimlərə nisbətən onlar pək eyidirlər, pək
faydalıdırlar. Hissiyyati-milliyyəyə azacıq biganə
Dostları ilə paylaş: |