Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə34/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   30   31   32   33   34   35   36   37   ...   65

180 
 
qılıqlı bir işçi ilə bir balıqçıya verir) Bu da siz yaponların!.. (Lordu da ingiliz 
matroslarına verir) Bu da siz ingilizlərin!.. (Tuncərlə yoldaşlarına) İştə bunlara, bu qara 
yüzlü kabuslara biz deyil, ancaq öz vətəndaşları, öz əməkçiləri cəza verməlidir. Bütün 
dünya bilir ki, biz hər şeydən əvvəl sülh tərəfdarıyıq. Lakin bu maskalı xainlərlə əlbir olan 
faşizm generalları yeni bir yanğın, yeni bir müharibə hazırlarsa, əmək qəhrəmanlarımız bu 
həyasızlığa qarşı seyirci qalmayacaq. Yıldırım sür’ətilə mübarizə meydanına atılacaqdır. 
Həm də döyüş  səhnəsi inqilab yurdunda deyil, faşizm ölkələrində olacaqdır. (Tuncərlə 
yoldaşlarına) Əvət, sizlər!.. Sizinkilərlə bərabər bütün cihan əməkçiləri əmin olmalıdır ki, 
sülh düşmanlarının bulanıq, qanlı dalğaları bizim hüdudun pulat divarlarına çırpılıb 
qırılacaq, azğın orduları da er-gec sərab olmuş ümidlər kibi sarsılıb məhv olacaqdır. 
 
Pərdə 
 
SON 


181 
 
 
 


182 
 


183 
 
 
 
URMİYƏDƏN MƏKTUB 
 
Aparır külək hər gün gülüstandan bir gülü, 
Ürəyi dağlı, məhzun edir yazıq bülbülü. 
 
Rusiya dövlətində Qafqaz şö’bəsində mütəməddini-möhtərəm və  əşxasi-sahibi-
qələmdən məhsub olan maarifpərvər və  sədaqətgüstər vücudların birisini də  cənab 
mərhum və məğfur məşhədi Təqi Sidqi Ordubadidi ki, filhəqiqə o gunə ərbabi-kəmal və 
əshabi-məqal şəxslərə Qafqaz toprağı bu az zamanda çətin pərvəriş vermiş olur, belə ki, 
ələl-iqtisal müşarünilehyin pişrəft və rövnəqi-mədəniyyətdə  sə’y və ehtimamı kamil 
dərəcədə olub tə’lim və tərbiyə ilə əbnayi-vətənin yüzlərinə beş-altı sənə zərfində mə’rifət 
qapılarını açıb təhsili-maarifə  nə  dərəcədə  tərğib və  təşviq qıldı, amma o vücudi-ali və 
məs’udun  şəvval ayının  ğürrəsində dünyayi-fanidən aləmi-cavidani tərəfinə rehlət 
buyurmağı filvaqe ərbabi-təməddün və əshabi-maarifdən ötrü mayeyihüzn və məlal oldu. 
Xəllaqi-mütəal o mərhumun qəmi-firqətində rüfəqa və  aşinalarına səbri-cəmil  əta 
buyursun; həqiqət o cənabın vəfati-möhnət-ayatı məsmu’ olduqca nari-məhəbbət şö’ləvər 
olub bu neçə kəlmə əbyatın yazılmasına səbəb oldu: 
 
Dünyadan köçüb getdi hörmətli böyük Sidqi! 
Min təəssüf ki, bizdən belə şəxsiyyət getdi! 
Dağladı ürəkləri o, öz fərağı ilə, 
Könlümüz munisindən bizləri məhrum etdi. 
Səməndər kimi qeyrət oduna düşüb yandı, 
Rus dövlətində o, belə nöqtəyə çatdı. 
Yazaraq nəşr etdiyi maarif yayımilə 
Həyat verdi xalqına, qaranlıqdan çıxartdı. 
Xalq inkişafı üçün çox çalışdı, can atdı, 
Heç ağla sığmaz ki, o, bunca imkan yaratdı. 
Gözəl nəğmələr qoşan bülbül artıq oldu lal, 
Həyatdan məhrum olub, Fəna həbsində yatdı. 
Onun vəfatı ilə yenə cəhalət artdı, 
Ucaldı şum nəğmələr, şənlik, sevinclər ötdü. 


184 
 
 
Həsrət ilə hamının ürəyi doldu qana, 
Fəraqilə onların həyat ümidi itdi. 
Tövhid gülüstanının gülçini olmuşdur o, 
Müqəddəs yol yolçusu olub, o yola getdi
1

 
(“Şərqi-Rus” qəzeti, 23.01.1904, 
M.T.Sidqinin vəfatı münasibətilə) 
 
URMİYƏDƏN 
 
O kəs kim elmdən məhrum, cəhlilə “fanatik”dir, 
Demə insan o nadanə ki, bir heyvani-natiqdir. 
Rəsuli-Sadiqə min üç yüz il sabiq deyib Xaliq 
Ki, bielm olsa insan cinsi-heyvanata lahiqdir. 
Nə şər’ə aşina, nə ürfə danadır o nabina, 
Ona bir yaxşı palanilə bir əfsar layiqdir. 
Təkəllumdən səva bielm insanın nə tərcihi 
Ki, hər halətdə heyvanilə hər halı müvafiqdir. 
 
Kürreyi-ərzdə  bəni növi-bəşərin nisbəti heyvanata nə  dərəcədə olursa, əhli-elmin 
şərafəti  əvamünnasə  dəxi o mənzilədə  məhsub olur; necə Qur’ani-mübində Xudavəndi-
cahanafərin buyurur: “Avamlar heyvana oqşar, bəlkə ondan da azğın olar”. Bəlkə elmsiz 
kimsələrin heyvanatdan dəxi əskik və gümrah olmağına işarə olunur; pəs bu surətdə elmi-
şərif təvəssütilə insan yer yüzündə  cəmi’i-şərafət və  səadətə malik olub sair bielm 
qardaşlarından imtiyaz tapır. 
Elmdir ki, ətfali-xürdsali növnihal vəz’ilə gülşəni-kamalda cuybarizülali-maarif 
vasitəsilə sirab etdirib, abü həvayi-insaniyyətlə nəşvünüma verib, gunəgun ülum və fünun 
əsmarilə cilvələndirib, sayədar və pürbar ağaclar kibi dərəceyi-fəzl və  kəmalata yetirir. 
Elmdir ki, insanı zülməti-cəhalətdən kənar edib ənvari-hidayətlə  qəlbini rövşən qılıb 
ixtiraati-cədidə  və  tərəqqiyyati-mütəəddidə sahibi edir. Məzmuni – “Beşikdən qəbrədək 
elm tələb edin!”, bu barədə bir dəlili kafidir; əgərçi bu tə’kidat biz müsəlman qardaşlara 
yetişib, amma diqqət nəzərilə mülahizə buyurulanda bu hədisi-şərifə  məhz miləli-xaricə 
və düvəli-mütəməddinə amil olub günbəgün sə’y və ehtimam edib 
                                                            
1
 
Məqalədəki şeir parçalarının əsli farscadır.
 


185 
 
mütəəddid ülum və fünun təhsilinə rövnəq verib hər dəqiqə cəmi tərəqqiyyat və kəmalatə 
malik olmağa çalışıb bir an ğəflətdə bulunmayırlar. Belə uzaq şəhərlərdən iki-üç aylıq 
məsafəni teyy edib, qürbət ixtiyar qılıb təhsili-elm etmək həvasilə uçub “Elm Çində  də 
olsa, tapıb öyrənin!” məzmuni – dürər məşhuninə rövnəqəfza olub leylü və nahar 
səməndərvar nari-qeyrət və  mədəniyyətdə yanmaqdadırlar.  Əvvəla bu müəyyən və 
müsəlləm ki, həzrəti-Rəsuli-Əkrəm zamanında Mədinə ilə biladi Çin arasını üç-dörd ay 
zərfində teyy etmək məhal və mümtəne’ bir əmr imiş (coğrafiya elminə rücu edilsə 
mə’lum olur), pəs bu kəlamimübarəkdə olan israr və  tə’kiddən məqsud filhəqiqə  məhz 
tələbi-elmə təşviq və tərğib etməkdir. Və saniyən bu məzmuni-alidən hansı elmin təhsil 
olması, nə dildə  və  nə lisanla olmağına işarə olunub şərh və  bəst verilməyib ki, aya bu 
elmi ingilis lisanında öyrənmək və ya Fransa dilində əxz etmək lazımdır və yaxud ərəb 
lisanından  əlavə dildə olsa günah və qeyri-caizdir. Əstəğfürullah! Heç bu barədə
əlsineyimütəəddidə xüsusunda istisna olunub özgə bir irad varid olmayıbdır. 
Pəs  əsri-haliyyəmizdə olan müsəlman qardaşların  ğəflətindən və ülumi-mütənəvvi’ə 
füyuzatından bibəhrə olmaqlarından məqamiəfsusda bulunuram ki, nasıl bədbəxt və nadan 
olmuşuq! Belə ki, İranda gözəl şəhərlərdən məhsub olan və abü həva və seyrü səfadə sair 
biladdan imtiyaz tapan şəhərlərdən birisi də sükunət etdiyimiz “Urmiyə”  şəhridir; bir 
tərəfdə imperator canibindən rus şkolası, bir səmtdə ingilis məktəbxanəsi, bir mövqedə 
Fransa məktəbi güşad olunub ki, hər birində mütəəddid dillərdən  əlavə bir müsəlman 
müəllimi  ərəb, fars və türk dillərinin tə’limindən ötəri tə’yin olunub, hər üç məktəbdə 
məccanən tə’lim və tərbiyəyə talib və rağib olub tərəqqiyi-millət yolunda sə’y edir. 
 
“Əcəb deyil ki, ovçu qaçar ovunun dalınca, 
Məzəlidir ki, ov qaçar ovçunun dalınca”
1

 
Necə ki, məsdəri-vilayətdən yetişibdir: “Mən  əlləməni hərfən qədyəsyərəni  əbdən”, 
yə’ni “hər kəs mənə bir hərf tə’lim etsə məni özünə əbd etmiş kimidir!” Amma bu biçarə 
məktəbdarlar ahü dad çəkib bu cahil və bihimmət camaatla bu fərmayişin  əksinə  əməl 
edib deyirlər ki: hər kəs bizdən bir hərf öyrənsə həqiqət bizi özünə əbd 
                                                            
1
 
Əsli farscadır
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə