Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə42/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   38   39   40   41   42   43   44   45   ...   65

207 
 
(vəqf yeri) köhnə  məzarıstan kibi bir çoq qiymətli,  əhəmiyyətli yerləri  əldən çıqarıb 
mevhumata sapmalarını ərzi-ixtar etməkdir. Bu dürlü uyğunsuzluqlara deyil bir şəhərdə, 
Qafqasyanın hər  şəhərində  təsadüf etmək mümkündür. Bir az diqqət edilsə bir çoq 
“bulvar”ların,  şəhər bağçalarının, kilisələrin həp öylə “məzarlıq, vəqf yeri” dediyimiz 
yerlərdə inşa olunduğu nəzərə çarpar. Biz, vəqf yeridir, günahdır deyib qorqmuş, 
çəkilmişiz, bir arşın qədər hasar çəkməyi belə  əsirgəmişiz. Hökumət isə bu cəhalətdən 
istifadə edərək yağlı-yavan, yaqşı-yaman gözünə ilişəni kəndi mal etmişdir. 
Mevzui-bəhsi aşdıq, söz cığırından çıqdı. Artıq haşiyəyi kəsib də yenə sözümüzə, 
bəhsimizə gələlim. 
Əvət, mümkün dərəcədə məktəb binası günəş işığından məhrum olmamalıdır. Lakin 
işıq bir tərəfdən gəlməlidir. Zira iki yaxud bir qaç tərəfdən gələcək olsa, müxtəlif kölgələr 
bıraqır ki, o da göz için müzürdür. 
İşığın sol tərəfdən gəlməsi daha faydalıdır. Çünki, sağ  tərəfdən gələcək olsa, yazı 
yazarkən sağ  əl dəftər üzərində öz kölgəsilə  şagirdləri rahatsız edər. Sınıfın (klasın) 
pəncərələri də olduqca çoq və aydınlıq olmalıdır. Məktəbin dört-beş arşın (rus arşını) 
enində günəş bir dəhlizi (koridoru) və  tənəffüsxanəsi olmalıdır. Hər məktəbin mümkün 
dərəcədə  kəndinə  məxsus bir də gözəl bağçası bulunmalıdır ki, çocuqlar orada sərbəst 
gəzinə bilsin, saf, təmiz hava ala bilsin. 
Rəf’i-ehtiyac için qədəmxanələri olduqca uzaq bir guşədə bulundurmalı, qulluqçulur 
nəzafət haqqında pək ziyadə diqqətli olmalıdır. 
Sınıflarda nəzəri-diqqətə alınacaq  şeylərin  ən mühümmü sıra “skameyka”lardır. 
Sıraların ölçüsündə çoq diqqət lazımdır. Əldən gəldiyi qadar onları sıhhı, fənni bir ustaya 
ismarlamalıdır. Yoqsa şagirdlərin boyuna görə olmayıb da fəzləcə yuca ya alçaq olursa 
pək məzərrətlər iras etmiş olur. Bir də müəllimlər daima çocuqların sıra üzərində aldıqları 
vəziyyətə diqqət eyləməlidir. Fəna vəziyyətlər boyun, kürək, bel gəmiklərini  əyər, 
gəmiklər  əyildikdə  ə’zayi-daxili də böyük zərərlər görmüş olur. Bu zərərlər bədənin 
xarici, daxili ə’zasından başqa, fikir üzərində  də  tə’siribəxş olur. Fikrin müstərih və 
oyanıq olması için bəhər hal baş  şaquli (dik) bir vəziyyət almalıdır. Öylə olmazsa təbii 
qan dimağ (beyin)də  sərbəstcə  cəvəlan edəməz. Beyin qanın cərəyani-sərbəstanəsindən 
məhrum olunca fikirlər, duyğular da məhdud və əqim qalmış olur. Çünki dimağ qan ilə, 
əfkar və ehtisasat da dimağ ilə ərzi-fəaliyyət edər. 


208 
 
Bir də bir sırada iki çocuqdan ziyadə oturmamalıdır. Çünki bir sırada dört-beş tələbə 
oturacaq olsa ehtimal ki, biri müsri bir xəstəliyə tutulmuş olur da ondan digərlərinə  də 
sirayət edər. Amerikada, Avropanın bə’zi yerlərində  hər tələbəyə bir sıra təxsis edən 
məktəblər pək çoqdur. Sınıfda dərs müddəti pək uzun sürməməli və 45 ya 50 dəqiqəyi 
aşmamalıdır. Hər dərs arasında sınıfların havasını  dəyişdirməlidir. Çünki tələbənin 
tənəffüs etdiyi zaman havaya hamizi-qarbon dağılır, tər və yağ ifrazatı  təbəxxür edərək 
sınfın havasını olduqca zəhərlər, bərbad edər. 
Sınıf süpürüldüyü zaman quru süpürgə ilə süpürülməməlidir. Zira müzürr mikroblar 
ilə havaya qalqıb uçuşan tozlar bir azdan sonra sıraların taxtaları üzərinə enər, qonar, 
sonra tənəffüs edildiyi zaman məzkur tozlar ilə bir taqım mikroblar hiss edilməyəcək 
dərəcədə çocuqların nəfəsləri ilə ta cigərgahlarına qədər yol bulub bir çoq qorqulu 
xəstəliklərə səbəbiyyət vermiş olur. 
Bir çocuq təhlükəli bir mərəzə, keçici bir xəstəliyə düçar olmuş olursa məktəbə 
gəlməyə, dərsə dəvam etməyə məcbur edilməməlidir. 
Müvəqqət bir zəman için evlərinə göndərilməlidir. Tədavi edib sağlamlaşdıqdan sonra 
təkrar qəbul edilməlidir. Bə’zi çocuqların xəstəliyinə diqqət etməyib də ata-anası başından 
atmaq niyyətilə, müəllim də qeydsizlik və e’tinasızlıqla sınıfa qəbul etməkdən çəkinməz 
isə, şübhəsiz ki, bir çoq biçarə mə’sumların da fəlakətinə yol açılmış olur. 
Bir də  aşı, (çiçəyi döyülmək)  şəhadətnaməsi olmayan bir çocuq əsla məktəbə 
alınmamalıdır və  məktəbə alınan çocuqların yaşlarına da pək ziyadə  əhəmiyyət 
verməlidir. Yedi yaşdan aşağı olanları  pək də  qəbul etməməlidir. Çünki pək küçük 
çocuqlar, cır ağaclar kibi cılız, zəif bir vücud ilə  dərsə başlayınca sıqılır, zəhmət çəkər, 
həm vücudca, həm də fikircə  zəif qalır, iləriləyəməz, atidə  də  pək çoqları  təhlikəli bir 
surətdə zərərdidə olur. 
Çocuqların əlil, miskin bir şey olmaları arzu edilməzsə, dərs arasında, baxüsus böyük 
tənəffüslərdə (cimnastik) və bir taqım oyunlar oynamağa müsaidə etməlidir. Xayır, sadə 
müsaidə deyil, təşviq və tərğib eyləməlidir. 
Cimnastikdə  tələbəyi bir komanda altında müntəzəmən hərəkət etməyə alışdırmaq 
məktəblərin inzibatını tə’min edər. 
Bir çoq oyunlarda da müəllim çocuqları  sərbəst bıraqır kibi görünməlidir, lakin 
sezdirməksizin əl altından nəzarəti də unutmamalıdır. 


209 
 
Cimnastik və sairəyi layiqilə ifa etmək için ya o xüsusda mütəxəssis bir müəllimə, yaxud 
ona dair yazılmış əsərlərə müraciət etməlidir. 
Herbert Spenser diyor ki, “əgər istiqbalda hal-hazır mədəniyyətimizə vaqif olmayan 
bir asari-ətiqə  məraqlısı  məktəblərimizdə oqunan kitabları, proqramları, xüsusi imtahan 
kağızlarını bulacaq olursa, bunların sahiblərinin qətiyyən çocuq sahibi, yə’ni bir baba 
(ata) olması ehtimalının mevcud olmadığına qail olacağı kibi, his şübhəsiz ki, “bunlar 
monastra aid tərzi-tədris olsa gərək” deməkdən kəndini alamayacaqdır”. 
İştə bu sözün sahibi qoca bir ingilizdir. Bu mütaliəyi yalnız ingiliz mühitinə, 
məktəblərinə baqaraq yürütmüşdür. Lakin müşarileyh bizim bu məktəb, mədrəsə nami 
verdiyimiz səfalətxanələri, bu ətalət ocaqlarını görəcək olsaydı nə söylərdi əcəba! 
Yuxarıkı sözlərə diqqət edilsə, təbii, daha şiddətli, daha şayanitəkdir bir təşbih 
qullanacağı dərhal nəzərə çarpar. 
Məktəblərimizin proqramları eyicə düşünülsün; dərslərin  ən mühüm qismini təşkil 
edən və  ən çoq rol oynayan maddələr, bir taqım səfsətələrdən, ruhsuz gəvəzəliklərdən 
başqa bir şeymidir? 
İyirminci əsr mədəniyyəti bu uyğunsuzluqlara əsla təhəmmül etməz. 
Zira tə’lim və tərbiyə saf dimağları (beyinləri), ləkəsiz vicdanları ləkədar edəcək bir 
alət deyildir. 
O tərbiyə – bəşəriyyəti qaplayan çirkinlikləri, paslı beyinləri silib təmizləmək için 
mə’nəvi bir seyqəl kibi tələqqi edilməlidir. 
Mümkün olsa gələcək həsbi-halda şu məsələyi səthi surətdə təhlil edəriz. 
Qafqasyanın hal-hazırı ancaq həqiqətpərvər qəzetələr ilə, ciddi, mütəşəbbis 
müəllimlər ilə kəsbi-səlah edə bilir. 
Bunların hər ikisi həyati-ictimaiyyəmizi bizə  əks etdirən islahata təbdil edib çalışan 
bir ayineyi-təbiətnüma müşabihəsindədir. Müəllimlərin vücudə  gətirəcəyi təbdil isə 
digərinə nisbətlə daha əhəmiyyətlidir. 
Fəqət müəllim öyrənib, öyrətdiyi kitablara iktifa etməməlidir. Bir çoq tərbiyəyə, 
ictimaiyyatə, təbiiyyatə, əxlaqiyyətə aid kitablar da mütaliə eyləməlidir. Və mütaliəsindən 
bir nəticə, bir mühakimə çıqarmalıdır. Olduqca kəndi mə’nəviyyatını, kəndini, vicdanını 
təsfiyə və islaha çalışmalıdır, tainki söylədiyi sözlər, verdiyi nəsihətlər hüsni- 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə