Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə45/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   41   42   43   44   45   46   47   48   ...   65

216 
 
Mədəniyyətdən məqsəd rifahiyyət və  səadətə nail olmaq isə, təbii, onu hər kəs 
alqışlar, hər kəs sevər, hər kəs istər. 
Bir mədrəsənişin tələbə, bir gənc xoca ki, yeni-yeni xocalığa hazırlanıyor, şübhəsiz ki, 
məs’ud yaşamaq için sairlərdən daha ziyadə daireyi-mədəniyyətə girmək istər. Xar və 
zəbun qalmaq istəməz. 
Daha açıq tə’bir ilə – onlar Molla Nəsrəddinin “tavlamıxda bağlanıb qalmış buzovuna 
bənzər”, mıxdan açılınca dört əlli, dört ayaqlı qaçmaq istərlər. Onları həyati-mədəniyyəyə 
alışdırmaq için beş-altı aylıq rəhbərlik kifayət edər. Lakin şu rəhbərlikdə mülayimət və 
məhəbbətdən  əsla uzaq bulunmamalıdır. Onları inadla, məzəmmət ilə deyil, qardaş kibi 
sevə-sevə daireyi-ittihada çağırmalıdır. 
Mümkün dərəcədə hər şəhərdə, hər qəsəbədə bir qaç ə’zadan mürəkkəb bir cəmiyyət 
təşkil edilməlidir. Bə’zi  şəhərlərimizdə olan nəşri-maarif cəmiyyətləri kibi vaqt qaib 
etmədən qəflət, cəhalət uçurumlarında yuvarlanan o biçarələri müəllimliyə təşviq etməli, 
çalışdırmalı, bə’zi ufaq-təfək məsarifi dəröhdə etməlidir. Müxtəsərcə qiraət, hesab, türk 
tarixi, islam tarixi, coğrafiya, qəvaidi-lisan kibi bir taqım mühüm, fəqət qolay şeyləri az 
bir zamanda öyrədib pərvaz eyləməlidir. 
Keçən həftələrdə Ə.T. əfəndilərinin bu məsələyə dair yürütdükləri mütaliəyi hər kəs 
oquyub, görmüşdür. Onun için pək də təfsilə hacət yoq zənn edərim. 
Fəqət burasını bilməli ki, bu hal inqilabi bir haldır. Bu üsul dəvam etsə-etsə ancaq iki-
üç sənə dəvam edə bilir. Pək ziyadə uzanması arzu ediləcək dərəcədə fayda verməz, çünki 
bu qısım müəllimlərin beş-on aylıq təhsili ibtidai məktəbləri yarım-yamalaq idarə edə 
bilir, çocuğu az-çoq qiraət, kitabət, tarix, lisan... və sairə kibi şeylər ilə müstəfid edərsə də
fəqət bir çoq nöqteyi-nəzərdən nəticə qüsurlu çıqa bilir. 
Beş aylıq təcəddüd, iyirmi beş illik mevhumat ilə paslanmış dimağları (beyinləri) hiç 
də silib təmizləyəməz. Bəhərhal  əski küp yenə az-çoq sızmağa başlar.  İcab edən fəzali-
əxlaqiyyəyi, hissiyyatimilliyyəyi tələbəyə  təlqin edəməyib, xoş bir qayəyə varamazlar. 
Çünki o kibi fəzilətlər tədrici təkamül bir təhsilə möhtacdır. 
Sür’ətlə alovlanan hər şey, hər əməl, hər duyğu səbat göstərməzsə pək çabuq sönər, 
yaşayamaz, sür’ətlə münqəriz olur, yarım-yırtıq, qırıq-tökük işlər daima nəticəsiz qalır. 


217 
 
Təcrübəkar müəllimlərə, həqiqətaşina xocalara malik olmaq için er-gec iki böyük 
müəssisəyə ehtiyacımız var ki, biri milli bir darülmüəllimin, digər də ruhani bir 
darülelmdən ibarətdir. 
Bu xüsusda fəzilətpərvər  şeyxülislam həzrətlərinin keçənlərdə “Həqiqət”də bir 
məqalələri də var idi. 
O məqalə, Qafqasyada ciddi və  həqiqi bir darülelm tə’sisini tövsiyə ediyordu. Və 
orada tə’qib ediləcək proqramı da ayrıca göstəriyordu. Məzkur proqramı bəyənənlər pək 
çoq oldu. Fəqət öylə bir mütaliəyi-haq bəyanına tə’qib edilmədi. Cavabsız qaldı,  əqim 
qaldı, nəticəsiz qaldı... 
Bəli, bin dürlü hava və həvəsə qarşı pərəstiş edən milyonlar, bir çoq rəzilanə, səfilanə 
işlərdə kül olub gedən altınlar, öylə bir nidayihəqiqətə qarşı susdu, qaldı. Səs vermədi, lal 
oldu. 
İllərcə  ərz olunduğu kibi hər  şey öz yerində, öz vaqtında yapılacaq. Qış keçib 
gedəcək, yüzü qaralıq kömürə qalacaqdır. 
Lakin anlaşıldığına görə bu iki darülelm, şimdilik ayrı-ayrı açılamıyacaq. Camaatda 
az-çoq həvəs varsa da para (?) cənabları  pək də aldırmıyor, müsaidə etmiyor, daha 
doğrusu, məsləhət görmüyor. 
Zatən  Ərdəbil dəlləkləri baş ucunda hazır; kəndini zəhmətə, məşəqqətə, məsrəfə 
soqmaq fəzlə deyilmi ya? 
Bununla bərabər hər halda bizim için alim və müəllim yetişdirəcək müntəzəm və 
mürəttəb bir müəssisə lazımdır. 
Azacıq himmət, qeyrət edilərsə bu iki arzunu bir nöqtədə birləşdirərik. İki bostanı bir 
ırmaqdan sirab edə bilərik. Müntəzəm bir darülmüəllimin tə’sis edilsə müəllim qıtlığı 
çəkməkdən qurtularıq. 
Sınıflar tə’qib edildikcə edilir. Səkiz-doquz sənə  dərsə  dəvam olunur. Müəllimliyə 
istihqaq qazanıldığı  təqdirdə  tə’lim və  tədrisə  həvəskar olanlar müəllimliyinə gedər. 
Axund (alim) olmaq arzusunda olanlar isə iki-üç sənə  dəxi ayrıca darülmüəllimin 
proqramına ilavə olunmuş, ilahiyyat şö’bəsinə  dəvam edər. Dünya və axirət elmlərini 
mükəmməlcə təhsil etmiş olur. Və həqiqi, mühakiməli, doğru bir mə’lumata malik olunur. 
İştə o zaman haqqilə alim adına layiq alimlər görərik. Və müəllim qıtlığı çəkməkdən də 
azad olarıq. 
 
Hüseyn Cavid 
 


218 
 
NAKAMLIQ 
 
Böyük bir ziya’i-əbədi 
 
Bu gün qara topraq əcəlin pənceyi-qəhri Qafqasiyanın Rusiya türklərinin, daha 
doğrusu, bütün türk ünsüri-nəcibinin yorulmayan, qəhrəman və çalışqan bir evladını 
ağuşi-əbədisinə alıyor. 
Mirzə Abdulla Məhəmmədzadə, A.Sur, Abdulla Tofiq imzalarını qəzetə sütunlarında 
görüb bilməyən pək az qare bulunur zənn edərim. 
İştə o fəal gənc getdi. Nakam olaraq tərki-həyat etdi! 
Gəncədə məbadiyi-ülumu təhsil etdikdən sonra üç sənədən ziyadə İstanbulda ikmali-
təhsil ilə  məşğul olub tarix və  ədəbiyyatda böyük bir ləyaqət göstərmiş olan bu dəyərli 
cavan  əfsus! binlərcə  əfsus ki, dünyadan kam almayaraq, arzularına yetişməyərək 
millətinə, vətəninə lazım olan ən qiymətli bir zamanında millətini, vətənini tərk etdi, 
yalnız və yalnız ailə və arqadaşlarının, əhibba və vətəndaşlarının yürəyinə unudulmaz bir 
həsrət qoyub getdi. 
Mərhum müşarileyh yaşasaydı  ədəbiyyatımıza pək böyük mənfəətlər, pək qiymətli 
əsərlər bəxş edəcəkdi. Zatən göstərdiyi nümunələr istiqbalının nə  dərəcədə parlaq 
olduğunu müdəqqiq qarelərə təslim etdirmişdir zənn edərim. 
Fazili-hünərvər,  ədibi-siyasətpərvər  İbrahimov Sənətullabəy  əfəndinin mərhum 
(A.Sur) haqqında yazmış olduğu mütaliatı  hər kəs oquyub düşünmüşdür zənn edərim. 
Onun türk dilinə, türk ədəbiyyatına olan xidmətləri pək parlaq olacaqdı, əfsus ki, kəndisi 
söndü, getdi... 
Əvət, şu bir sənə zərfində Qafqas, ulu Qafqas, sevgili evladlarından üç qiymətli vücud 
qayb etdi. 
Birincisi möhtərəm  şair mərhum Sabir həzrətləri idi. Mirimumileyhi Tiflisdən 
Şamaxıya, yə’ni məzari-ədəmə doğru yollandığı  sırada görmüşdüm. O lətif və düşgün 
sima hala gözümün önündə təcəssüm edib duruyor. Qafqas öylə nadir vücudə bir də pək 
çətinliklə malik ola bilir. 
İkincisi vətənpərvər üləmamızdan hacı molla Ruhulla həzrətləri idi ki, ziyayi-
təhəmmülgüdazı islam ruhilə bəslənmiş hər bir vətəndaşını məhzun və dilxun etdi. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə