Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə48/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   44   45   46   47   48   49   50   51   ...   65

225 
 
Önümüzdə!.. Haqqın varsa, ey daş yürək, gəl unut!.. 
Yoq... Yoq... Sizin məzarınız qəlbimizin ən dərin
Bir yerində saqlanmışdır, sənin o pak ruhunçin. 
Bütün dünya alt-üst olsa, bən ki, səni unutmam, 
Ay qardaşlar (amin) deyin, Allah bunu əfv etsin. 
 
Cavad  əfəndidən sonra sözə başlayan Sisyanov məktəbinin türk lisanı müəllimi  Əli 
bəy  əfəndi oldu. Miri-mumileyhin sözlərini, nitqini ancaq iki-üç sətirdə ixtisar edib 
keçmək istiyorum. Çünki kəndisi müfəssəl surətdə ayrıca olaraq qəzetəyə yazacağını bana 
söylədi. 
Əli bəy: 
 
Külli nəfsin zaiqət əl-məvt 
 
(Əlbəttə, gedər gələn cihanə). 
 
– sözlərilə başlayaraq A.Sur mərhumu bir çırağa, işıqlı bir elm çırağına bənzətdi. 
Məktəb çocuqlarını da onun (o çırağın) ətrafında dönüb dolaşan pərvanəyə təşbih etdi. Və 
cavan ədib və müəllimimizin ruhunu şad və qədrini ə’la etmək yalnız tələbə əfəndilərin 
himmət və qeyrətinə bağlı olduğunu uzun-uzadıya izah etdi. Və Gəncə camaatının böylə 
qiymətli bir cavanın cənazəsinə etmiş olduqları e’tinasızlığı ima ilə anladıb təəssüflər etdi. 
Cənazəyi Tiflisdən Gəncəyə  gətirmək için gedən  əfəndilərin dediyinə görə, dost 
olmaq münasibətilə yalnız Mirzəcamalov Hüseyn bəy  əfəndinin, o aliqəlb və  həssas 
arqadaşımızın bu müddətdə  çəkdiyi zəhmətlər, mərhumun haqqında ibraz etdiyi 
insaniyyət və  nəcabətlər Gəncə camaatının ixtiyar, gənc, mühafizəkar təcəddüdpərəst 
(intelligent) həpsinin mərhum Mirzə Abdulla haqqında olan e’tina və ihtimamatına bin 
dəfə faiqdir. 
Artıq  Əli  əfəndidən sonra mədrəsə müdiri Pişnamazzadə  cənabları dua və fatihə 
oquduqdan sonra, hazırun həmdü surə oquyaraq yavaşyavaş  məzarıstanı, o baharıstani-
cavidi mütəfəlsəfanə bir vəziyyətlə vida və tərk etməyə başladılar. 
Bu sırada adam dağıldıqda nasıl olmuşsa Sisyanov məktəbinin balaca şagirdlərindən
yedi yaşında sevimli, mini-mini bir çocuq Cahangir Təqizadə fürsəti qaçıraraq oquyacağı 
mə’sumanə nitqini oquyamamış, bunu görüncə nitqinin surətini əlindən aldım. İştə buraya 
dərc ediyorum. 


226 
 
Atalarım! Qardaşlarım! Qabağımızda yüzü qibləyə həmişəlik rahət uyuyub ilələbəddə 
uyuyan məşhur, möhtərəm müəllimlərimizdən Abdulla əfəndidir. Böylə elm və mə’rifət 
atalarının vəfatı yüzlərcə qardaşlarımın bədbəxtliyinə dəlil deyilmi? Yaşın cavan olduğu 
halda bu hadisəyi-müəllimənin yüz verməsi biz çocuqlara nə qadar tə’sir etdiyini dil ilə 
söyləməyə hiç iqtidarım yoq. Ələlxüsus zavallı ruhani məktəbi qardaşlarımın bu gündə 
istədikləri müəllimlərinin əldən çıqması için olan qəmi-qüssələrinə nasıl şərik olmayalım 
ki, atalarımızdan artıq biz çocuqların tərbiyəsinə bunlar, bu ruhani atalar diqqət ediyorlar. 
Ancaq əlimizdən gələn bir şey varsa, o da qövm və qardaşına, validəsinə Allah-təaladan 
səbr və təsəlli tələb etməkdir. 
Möhtərəm müəllimlərimizlə  bərabər məktəb qardaşlarımın tərəfindən mütəvəffanın 
validəsinin kədərlərinə müştərək olduğumuzu bütün hissiyyatımızla söyləriz. O böyük 
Allah bu cavan mərhumun günahlarından keçib öz rəhmətini ondan diriğ etməsin, amin! 
 
*** 
 
Əvət, məzarıstandan dağıldıqdan sonra şəhərdə adət olduğu kibi, küçük şagirdlər 
müstəsna, mərhumun evlərinə gedərək hər kəs, qardaşlarına ibrazi-təsliyət elədi. Və meyli 
olan zat əksəriyyətlə oturub layiqli dərəcədə ehsan və mərhumun ruhuna fatihələr oqundu. 
 
İqbal” 17 may, 1912. 
 
*** 
 
Möhtərəm qarelərin  əfvini istirham edərək bir-iki sətir, səddin xaricinə  çıxmaq 
istiyorum. 
Məzarıstandan dönərkən bütün müəllim  əfəndiləri bir yə’s, bir fütur əhatə etmişdi. 
Hər kəsin simasında bir darğınlıq, bir küskünlük oqunuyordu. 
Mühitimizin müəllimlər haqqında, bilxassə böylə  gənc, nakam, qəyur və  həmiyyətli 
bir müəllim haqqında göstərdiyi himmət və nəzakət (!) həp gönülləri müğbər etmişdi. 
Həqiqətən bir kərə düşünəlim: 
Müəllim nədir?! 
 


227 
 
Japoniyanın qəyur və  qəhrəman milləti Mikadonun şərəfinə deyil, Japoniya 
müəllimlərinin şərəfinə idareyi-əqdah etdilər, həm də insanı sərsəm edən, əql və şüurunu 
məhv edən  şərab, rakı (vodka) içməyib, cənabi-Həqqin mən’ etmədiyi  ən təmiz, saf və 
gözəl su içdilər. 
Onlarca Japoniyanın tərəqqisi, oyanıqlığı, maarifpərvərliyi həp, həp müəllimlər 
sayəsində olmuşdur. 
Almaniyada da hakəza (prins Bismark) bütün alman ünsürünün tərəqqisini 
müəllimlərdə görüyor və onlardan bəkliyor. 
Xüləfayi-Abbasiyədən Harun ər-Rəşid bir müəllim için, əvət yalnız bir hikmət və 
riyaziyyat müəllimi  əldə etmək için Bizans (əski  İstanbul) hökumətilə boğaz-boğaza 
gəlmiş, böyük müharibə etmiş, qalib olduqdan sonra təzminati-hərbiyyə olaraq yenə 
məzkur müəllimi əldə etmişdir. 
Lakin bizlərdə, mühitimizdəki müəllimlərin qədri, heysiyyəti, halı, məişəti nəzəri-
diqqətə alınırsa insan ağlamaqdan kəndisini alamaz. Biçarə müəllim nə yapsın? Beş-on 
manat maaşla nə yapa bilir! Ucuz olsun deyə hifzüssihhəyə muğayir rütubətli odalarda 
yaşar.  Əski, bayat lokanta (restoran) yeməkləri yeyər. Getdikcə  əsəbiyyəti artaraq 
vücudunu bəsləyəməz. Ata-anası bir-iki çocuğun nazını  çəkə bilmədiyi halda – zavallı 
müəllim yüzlərcə millət balasının – müxtəlif ruhlarda yaradılmış, müxtəlif tərbiyələr 
görmüş, yaxud əsla tərbiyə görməmiş bir sürü çocuğun nazını  çəkib, zırıltı-gurultusuna 
təhəmmül ediyor. Bununla bərabər aldıqları mükafat nə? Bir çoq pis, mühlik xəstəliklər
cangüdaz vərəmlər (çaxotkalar) yığın-yığın səfalət və fəlakətlərdən başqa bir şey olmasa 
gərək... 
Şimdi böylə müdhiş, taqətfərsa uçurumlar qarşısında bulunan biçarələr kəndi 
millətindən bu fədakarlıqlarına görə bir də haqnaşünaslıq, heysiyyətsizlik görürsə daha 
hanki cəsarətlərlə, kimə güvənərək işə girişə bilir? 
Əfəndilər! Möhtərəm qarelər! 
Müəllimlərə hörmət ediniz, onları seviniz, onları  pək böyük görünüz, əvət, onlara 
pərəstiş ediniz, onları kəndinizə əfəndi biliniz! 
Mövlayi-müttəqiyan həzrəti-Əli (Kərəmullahu vəchuhu) müəllimlər haqqında nə 
tövsiyə buyursa ona əməl ediniz! (Mən  əlləmni hərfən qəd səyyərni  əbdən) kəlami-
həkimanəsini unutmayınız! 
Lakin, ey müəllimlər! Ey möhtərəm  əfəndilər! Sizlər, sizlər  əsla millətimizin, 
mühitimizin bu e’tinasızlığına e’tina etməyiniz. Daima çalı- 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə