Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə44/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   40   41   42   43   44   45   46   47   ...   65

213 
 
olmaqla bərabər bir taqım çürük, təhlikəli mevhumata aşina deyillər ki, bu da pək böyük 
qazancdır. Onlarda olan fəzilətlər və qüsurlar ayrı-ayrı nəzəri-diqqətə alınmalıdır. 
Onların seminariyalarda və sair məktəblərdə görüb öyrəndikləri şeylər həp müntəzəm, 
mürəttəb (sistematik) bir tərzdə olmuşdur. Onların təhsilində çürük və faydasız  şeylərə 
pək az təsadüf edilir. Gördükləri fənn ilə, elm ilə bərabər fənni-tərbiyə “pedaqogika”yə də 
eyicə diqqət ediyorlar. Bir çoq dəfələr nümunə için müdirlər, nazirlər tərəfindən onlara 
dərslər verilib gözəlcə tənqid olunuyorlar. 
İştə on-on iki illik təhsil və  təcrübə sayəsində  hər nasıl olsa müəllimlik için bir 
istihqaq qazanmış olurlar. Onun için Qafqasyanın pək çoq yerlərində ən ciddi çalışanların 
qismi-küllisini onlar təşkil ediyorlar. Hətta bir çoq ufaq-təfək yeni təb’ olunmuş  əsərlər 
belə onların həmiyyətilə meydani-intişara atılıyor ki, bu da xalqı mütaliəyə alışdırmaq için 
böyük bir müvəffəqiyyətdir. Lakin, bə’zi  əfəndilər müstəsna olmaq şərtilə, bir çoqları 
azacıq sapıyorlar ki, o sapqınlıq da bir taqım yanlışlıqlar, uyğunsuzluqlar doğurmuş olur. 
Nümunə olmaq üzrə bir qaç sətir yazı bu yanlışlığı isbata kafidir. İştə rusca oqumuş, türk 
dilində müəllimlik edən arqadaşlardan birisinin məktubundan bir parça: “Əfəndim, mən 
istiyorum getmək iyunun on beşində mineralnı sulara, hansı ki, olar çoq mənfəətli məndə 
olan cüz’i naxoşluğa. 
...bəy də gedəcəkdir mənilə bərabər, ancaq qalmaq üçün orada iyirmi beş gün hərgah 
siz də istərsiniz gəlmək, olar mənim üçün çoq yaqşı və çoq xoşbəxtlik...” 
Bu da iki. (?) 
İlk nəzərdə insan, şu cümlələrin türk dilində olduğuna  əsla  şübhə etməz, çünki hər 
kəlməsinə diqqət etsə düzgüncə, türk sözləri olduğunu təsdiqdən kəndini alamaz. Lakin 
cümlələrdəki ahəngə, o qarışıq mübtəda, xəbərlərə bir musiqişünas sameəsilə qulaq versə
dərhal “xaxol” ruhilə düşünülmüş, türk kəlmələrilə vücuda gəlmiş bir əcubə olduğunu 
anlar. 
Bu hal, bu qarışıqlıq yalnız bə’zi müəllimlərə  məxsus deyildir. Şəhərlərdə iqamət 
edən, ruscaya azacıq aşina olan tüccar və kəsəbəyi dəxi ifsad etməkdədir. 
Elmsiz, saf bir köylüyü (kəndli) qonuşdurunuz, onunla həsbi-hal ediniz, eyicə diqqət 
edəcək olursanız, şəhərlilərə nisbətən onları türk ləhcəsinə, türk ruhuna daha yaqın, daha 
munis bulursunuz. 


214 
 
Şimdi yuqarıda yazılmış iki qısmı bir arada müxtəsərcə xülasə edəlim. 
Əvvəlinci qısımda göstərilən budalaların nə fikri, nə duyğusu, nə lisanı, nə də əxlaqı 
ki,  əxlaqsızlıqdan başqa bir şey deyildir, bizə  gəlməz, Qafqasya için lüzumsuz və 
bimə’nadır. 
Hələ lisanları, ədəbiyyati-atiyəmizi rəxnədar edəcək dərəcədə müzürr və təhlikəlidir, 
onun için də şayani-ehtirazdır. 
İkinci qısım isə fikircə, əxlaqcə, maarifcə şayani-istifadədirlər. 
Hələ türk lisan və ədəbiyyatını azacıq nəzəri-diqqətə alsalar, türk sərf və nəhvinə beş-
on ay qədər göz gəzdirsələr,  şübhəsiz ki, vətənə, millətə çoq, həm də  pək çoq xidmət 
etmiş olurlar. Fəqət əhəmiyyətsiz bir vəziyyət alacaq olsalar, təbiidir ki, lisanımızı bərbad 
etməkdə əvvəlinci qısımdan geri qalmayacaqdır. 
 
HƏSBİ-HAL 
 

 
Şimdi üçüncü qısma gələlim. 
Üçüncülər: “yeni üsulda tərbiyə görüb, yaxud görmək istəyib, müəllimliyə həvəskar 
olan gənclərdir” demişdik. 
Bunların – bu müəllimlərin bir payı ibtidai türkcə, rusca təhsil görüb bir fəaliyyəti-
cavanmərdanə ilə çalışanlardır ki, sayları pək az, xidmətləri isə pək çoqdur. 
Bir payı da vaqtilə yalnız mədrəsələrdə  uğraşıb yorulmuş  əfəndilərdir ki, şimdi işin 
mahiyyətini anlayıb candan, yürəkdən, gecəligündüzlü çalışıb iləriləmək istiyorlar. Bir 
tərəfdən türkcə tarixə, ədəbiyyata, lisanə diqqət edib, bir tərəfdən də xüsusi olaraq az-çoq 
ruscaya həvəs ediyorlar. Onların bu dürlü açıqgöz olmaları ciddən şayani-təqdirdir. 
Fəqət bunlardan bir taqım gənc xocacıqlar da var ki, yaşadığı  əsrin mədəniyyətini 
bilməyərək, yaxud bilmək istəməyərək, azacıq e’tinasız kibi görünüyorlar. 
Fəqət onlar da işin  əhəmiyyətini biləcəklər. Lakin az deyil, pək çoq peşimançılıq 
çəkəcəklərdir. 


215 
 
Maarifpərvər zatların borcudur ki, hər yerdə onları şirin dil ilə, məhəbbət ilə çalışıb 
iləriləməyə  təşviq etsinlər. Təşviq etsinlər də  həmonları, həm də  kəndilərini qayeyi-
məqsədə nail etsinlər, edə bilsinlər. Məhəbbət bəşəriyyətin  ən dərin,  ən ülvi bir 
təcəlligahıdır. 
Məhəbbət anlı-şanlı ordulardan, vulkanlı toplardan daha ziyadə  qələbə  və 
müvəffəqiyyət ehraz edə bilir. 
Qafqasyanın bə’zi yerlərində, daha doğrusu hər yerində az-çoq bir münazieyi-
şəxsiyyə  cərəyan etməkdədir. Bu münaziəyə yol açan da bir taqım xüsusi 
məhəbbətsizlikdən başqa bir şey deyildir. 
Bir mühafizəkar bir təcəddüdpərvəri, açıqgöz bir gənci uzaqdan görüncə, yaxud ona 
aid bir söz eşidincə dərhal sinirləri (ə’sabı) oynamağa başlar. Görməyə gözü olmaz, lakin 
haqqı da var... 
Yeniyetmə bir gənc, yaxud tərəfdari-təcəddüd bir əfəndi də mühafizəkara, əski fikirli 
bir xocacığa təsadüf edərsə,  əsla ona yaqınlaşmaq istəməz. Yaqınlaşsa da müstəhziyanə 
suallar ilə zavallıyı xırpalamaq, qızartmaq istər. 
Əvvəlki quşqulanmasında, yaqın durmamasında, nifrət və  məhəbbətsizlik etməsində 
ikinciyə nisbətən azacıq haqlıdır. Çünki həqiqətdən uzaqdır. Həqiqi elm, fəzilət nə 
olduğunu eyicə kəsdirəmiyor. Onun için də bu tərəfə məhəbbətsizlik göstəriyor. 
Fəqət ikincilər, yə’ni münəvvərəlfikr olanlar isə, bir çoq nöqteyinəzərdən yanlışdırlar. 
Və sataşmaq, təkdir etmək kibi bir taqım hərəkətlərindən məs’uldurlar. Zira aldıqları 
vəziyyət əksəriyyətlə onları islah edəməyib ədavətlə qarışıq bə’zi darğınlıqlara yol açır. 
Şimdi bu iki qüvvət uzaqdan bir-birinə yan baqarsa, biri havaya, biri suya çəkmək 
istərsə arabanın (məqsədin) olduğu yerdə qalacağına şübhə edilməməlidir. 
Yaxud bir araya gəlib də bir-birinə yaqlaşmaq istərsə  və yaqlaşıryaqlaşmaz bir 
şiddəti-mexanikiyyə ilə çarpışır isə – tə’sir-əks tə’sir qanununca hər ikisi zəhmət duyar. 
Hər ikisi zərərdidə olur. Hər ikisi şiddəti-müsadimə ilə geri fırlayıb ayrı, qeyri yaşamağa, 
küsgün bir vəziyyət almağa məcbur olur. Bu vəziyyət isə büsbütün 
tərəqiyyatimədəniyyətimizə mane olub daima ənvari-həqiqətə qarşı bir 
zülmətitəhəmmülgüdaz hazırlanmış olur. 
Bir də təfsilə nə hacət... Pisliyi qurcalamaq, qarışdırmaq, xasseyişaməyi incitməkdən 
başqa bir şeyə yaramaz ki! 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə