Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə41/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   37   38   39   40   41   42   43   44   ...   65

204 
 
Şimdi böylə  vəhşi, cahilanə bir həyatdan, ölçü-biçisi olmayan bir mühitdən, pozuq, 
uyğunsuz bir tərbiyədən nə fayda hasil ola bilir? Təbii hiç... 
Bir gavur çocuğu ana qucağında hənuz bir yaşında ikən yediyi qaletlərdən  əlifbayı 
öyrənməyə başlar, ev divarına baqsa hesab cədvəlləri görür, ə’mali-ərbəəyi üç-dört 
yaşında gülə-gülə, sevə-sevə öyrənir. Beş-altı yaşına varır-varmaz məktəb həvəsilə  əl-
ayaq vurmağa, çırpınmağa başlar, məktəbə girdiyi zaman əxlaqı, dərsi, zəkası, həvəsi 
yerində olub, fəal mütəşəbbis, qəyur bir insan olmağa çalışır, bir azdan sonra qarşınızda 
iyirmi yaşında universitetdən mə’zun fazil bir əfəndi bulursunuz, bir çoq heyrətamiz 
baqışlar ilə süzdükdən sonra, o bəyənmədiyiniz gavuru alqışlamağa məcbur olursunuz. 
Şimdi, o iste’dad, o fevqəladəlik ona nerədən gəldi? Göydən zənbil iləmi endi? Yaxud 
Allah-təala o zəka və iste’dadı onlaramı münhəsir etmişdir? Təbii, bunların hiç birisi 
deyil! Yalnız qələbə və müvəffəqiyyət çalışanlarındır və çalışmaq yolunu bilən ərlərindir. 
Lakin bu nöqtəyi eyicə  nəzərdə tutmalı ki, təbiət kimsəyə yüz görməz, kimsənin 
əlində baziçə olmaz. Cənabi-Həqq təbiətə öylə bir qüvveyi-qahirə, öylə bir qüdrəti-qalibə 
vermiş ki, daima qalib gəlir, məğlub olmaz. Kəndisinə qarşı durmaq istəyənləri pənceyi-
qəhrində  əzər, örsələr, məhv edər, yaşatmaz. Uzağa getmək lüzumsuz, yalnız on yıl 
bundan  əvvəlki halımızı düşünsək nə  dərəcə  dəyişdiyimizi, sevmədiyimiz, ürkdüyümüz 
halda, bir çoq nöqteyi-nəzərdən təbiətə nasıl boyun əydiyimizi apaçıq görüb anlarız. 
Bu gün azacıq təbiətə qarşı durub evladını tərbiyədən məhrum bıraqanlar, yarınki gün 
cigərguşələrinin zillət, fəlakət odunda yanıbqavrulduqlarını  ağlaya-ağlaya seyr 
edəcəklər... Çocuqlar mə’sumdurlar, onunçin yapdıqları  işlərin hiç birindən məs’ul 
deyildirlər, onların hal və  hərəkətlərindən məs’ul olacaq yalnız ata-analarıdır. Qızını, 
oğlunu tərbiyə etməkdə müsaməhə valideyn qanun və  əxlaq nəzərində  şiddətlə  məs’ul 
tutulmalıdır. Çünki cəmiyyəti-bəşəriyyə için müzürr bir adam hazırlamış olurlar. Xeyirsiz, 
xain, ədəbsiz evlad yetişdirib onları tərbiyə və islaha çalışmayan ata-analar, şübhəsiz ki, 
gələcəkdə namuslu, vicdanlı, heysiyyətli insanlara müsəllət olmaq için bir sürü əxlaqsız, 
bir yığın sərsəri yetişdirmiş olurlar. Böylə qeydsiz, tərbiyəsiz ata-ananın nə dərəcə məs’ul 
olacağı, nə müdhiş cinayət işlədiyi hər kəscə mə’lum, aydın bir həqiqətdir. 


205 
 
Bu il olmasa belə bir qaç il sonra təhsili-ibtidainin istər qız, istər oğlan için məcburi 
tutulacağı  şübhəsizdir. Lakin bizim istədiyimiz kibi deyil. Ümumrusiya türklərinin 
səmimi dostu (?) “Pruşkeviç”lərin istədiyi kibi olacaq, şimdi xanım qızlar milli 
məktəblərdə ana dilini oquyub öyrənməsələr, yaxud ata-anaları  tərəfindən məhrum 
edilsələr, bir-iki il sonra zor ilə, qəhr ilə oqumağa məcbur olacaqlar. Bir də cəbrə, təzyiqə 
nə hacət, artıq iyirmi ilə otuz hesab etmək için anaların təsbihlər ilə, qızların barmaqlarilə 
komediya çıqarmaları çəkilir bir dərd deyildir. Azacıq da utanıb qızarmalıyız. 
 
HƏSBİ-HAL 
 

 
Tə’lim və tərbiyə məsələsində ilk nəzəri-diqqətə alınacaq nöqtə məktəblərdir, məktəb 
otaqlarıdır. Məktəblər, səhhəti ixlal etməyəcək dərəcədə havadar, yuca yerlərdə 
yapılmalıdır. Pis, murdar, üfunətli yerlərdən uzaq olmalıdır. Xəstəxanə, həbsxanə, 
məzarıstan kibi yapı (bina)lara yaqlaşmamalıdır. Xırıltı, gurultu çoq olan mövqelərə 
yanaşmamalıdır. Məktəb binası mümkün dərəcədə günəş yerlərdə vaqe olmalı, rütubəti 
çoq olan yerlərdən həzər edilməlidir. Günəşə mane olacaq kölgələr ilə mühat 
bulunmamalıdır. Çünki pək çoq xəstəliklərin günəşsizlik və rütubət yüzündən vücudə 
gəldiyi aydın bir həqiqətdir. 
“Günəş girməyən yerə təbiblər girər” məsəli məşhuri-aləmdir. Buracıqda bir az haşiyə 
çıqmaq istərim. “Rütubət” sözilə “tərbiyə” kəlməsini düşündükdə Naxçıvandakı 
“Məktəbi-tərbiyə” ilə onu istila edən müzürri-sıhhat rütubəti xatırlamamaq bir dürlü əldən 
gəlmiyor. 
Naxçıvanın  şu milli məktəbi, – fəqət  şimdi deyil, ilk açıldığı zaman öylə idi. Nili-
mübarək üzərində, yə’ni, “Bazar çayı” üstündə vaqe bir məktəbdir. Məzkur məktəb 
məscidi-camein qoltuğuna sığınmış dar bir yerə təsadüf edər. 
Xaricdən şəhərə varid olmuş bir səyyahi-zavallı məktəbin divarlarına göz gəzdirəcək 
olsa (yarım arşın qədər) xəcalətdən tərləmiş olduğunu müşahidə edər. 
Fəqət məscidi-came? Naxçıvanın gözbəbəyi məsabəsində olan o böyük bina? On beş-
iyirmi bin manata mal olan o mə’bəd nə oldu? 


206 
 
İştə, o da məzkur çayın nəmli, vərəmli öpüşlərilə söndü, getdi, doğuş ilə ölüşü bir 
oldu. Bir qaç yerdən rəxnədar oldu, qübbəsi çatladı, qapısı bağlandı. 
Zatən məzkur məktəbin də orada vaqe olması məscidə mücavir olmaq için idi. Şimdi 
bu məktəbin günəşsizlik, darlıq, rütubətə  mə’ruz olmaqdan başqa digər qüsurları da var 
ki, onlar da qismən güzərgah olması, məzkur çayın şırıltısı, bazarın gurultusu kibi bir çoq 
müğairifənni-tərbiyə maneələrdən ibarətdir. Lakin bu məktəbin ilk tə’sisini və niçin orada 
yapılmasını eyicə anlamaq için bir az da təfsilata ehtiyac var. Bu məktəb on beş-on altı yıl 
əvvəl tə’sis olunmuş. Şəhər qlavası Cəfərqulu xan Naxçıvanski cənabları ilə şəhər hakimi 
Slavaçinski bu xüsusda pək fədakarlıqda bulunmuşlar. “Cidilli bağ” adlı geniş, havadar, 
gözəl bir yerdə  məktəb tə’sisini xalqa təklif etmişlər isə  də kimsə razı olmamışdır. 
Bazardan, məsciddən uzaq bulunduğu, həm də vəqf yer olduğu bəhanə tutulmuşdur. Şəhər 
hakimi, xan və bir qaç gözüaçıq  əfəndilər məktəbin orada yapılmasına nə  qədər təlaş 
etmişlər isə də bir çoq mühakiməsiz həriflərə məram anlatamamışlardır. Səkiz, doquz bin 
rübləyə  dəyən o gözəl yeri şəhər duması parasız, pulsuz məktəbə  hədiyyə etdiyi halda, 
kimsə təqdir etməmişdir. Lakin orayı bir qaç yıl sonra bir xristian pək ucuz, pək dəyərsiz 
bir qiymətə almış; o vəqf (?) yerdə geniş, gözəl, bağlı-bağçalı bir klub yapdırmışdır. 
Şimdi anlaşılır ki, vəqf olan bir yerdə məktəb deyil, klub yapmaq belə mümkün imiş!.. 
Lakin yeni yapılan zaman bağda vaqe qız məktəbi isbat ediyor ki, xalq işin 
əhəmiyyətini azacıq təqdir etməyə başlayor. 
Çünki burası da Məktəbi-tərbiyə için intixab edilmiş bir qadar gözəl və havalı bir 
yerdir. Zənn edərsəm burası da vəqf olmalı, lakin hər nədənsə bir kərə yapılıyor yer 
deyildir. Hər nədənsə əgər bugünkü duyğular, görklər, bilgilər on beş yıl əvvələ təsadüf 
etsəydi, təbii o dürlü çürük xülyalara, mevhumatlara yol açılmazdı, o vaxt işin həqiqəti 
düşünülməmişdi, şimdi artıq düşünülüyor, düşünülməyə başlıyor. 
Qomşu kirvələrimizdə məşhur bir məsəl var ki, o da “Musurmanın sonki ağlı bənim 
olaydı” cümləsidir. 
Həqiqətdə gözəl tədqiq edilsə  pək təcrübəli, pək mə’nadar bir söz olduğu dərhal 
anlaşılır. 
Bunca təfsilatdan məqsəd, Naxçıvan işlərini təsvir etmək deyil, bəlkə Qafqasyada 
sakin bütün türklərin hər şəhərdə, hər qəsəbədə 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə