Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə46/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   42   43   44   45   46   47   48   49   ...   65

219 
 
Üçüncüsü isə  şu iki mərhumun hiç birilə qabili-qiyas olamaz. Çünki onlar kamilən 
olmasa belə yenə az-çoq yaşayıb və istədikləri qədər millət və  vətənlərinə ifayi-xidmət 
edə bilmişlərdir. 
Bu isə (A.Sur), hənuz yeni-yeni qol-qanat açıb, təşəbbüsatda bulunub vətən yavruları 
için, onların tərəqqiyatı için çalışıb-çabalamaqda ikən, ölüm, o acı  həqiqət, o müdhiş 
qüvvət fürsət vermədi. Biçarəyi aldı götürdü, şu mütəşəbbis, gənc  ədibimizin səbəbi-
irtihalına gəlincə Tiflisdə iki ay zərfində  xəstəxanədə bir qaç dəfə  əməliyyaticərrahiyyə 
(operatsiya) icra edildikdən sonra qurtulmayaraq nihayət,  əcəlin ağuşi-dəhşətnakına 
qovuşmuşdur. Cənabi-Həqq validəsinə, qardaşlarına və arqadaşlarına, dostlarına və 
vətəndaşlarına səbri-cəmil əta eləyə... 
Hüseyn Cavid 
 
İdarə: 
Bu xəbər dünkü qəzetimizin təb’ makinasına verildiyindən sonar əlimizə düşdüyünə 
görə bir gün tə’xirə düçar olmuş isə də, cənnətməkan Abdulla Tofiq haqqında bə’zi xatirat 
və təfsilatı havi olduğuna görə, dərci əlzəm bilinmişdir. 
 

İqbal”, 14 may, 1912, № 59 
 
 
 
MİRZƏ ABDULLA MƏHƏMMƏDZADƏ 
YAXUD (A.SUR) – ABDULLA TOFİQ 
 
Mərhumun təşyini-cənazəsi mərasimi 
 
May ayının on birinci günü gündüzün saat on birdə Gəncə vağzalının önündə bir qutu 
(tabut) nəzərə çarpıyordu ki, içində (A.Sur), o nakam cavan, o qəyur  ədibimiz xabi-
əbədisinə varmışdı. On dörd gecəlik ayı ihatə edən yıldızlar kibi mədrəseyi-ruhaniyyə 
tələbə və müəllimləri cənazənin ətrafını sarmışdı. Hər kəs qayb olmuş bir fəzilətin, əldən 
çıqmış bir ne’mətin yadi-həsrətilə mütəəssir olduğunu göstəriyordu. Hazırun, böylə  fəal 
və mütəşəbbüs bir cavanın, böylə natiqəpərdaz bir qəhrəmanın sükuti-həzinini 
düşündükcə heyrət və təfəkkürdən kəndini alamıyordu. 


220 
 
*** 
 
Mədrəseyi-ruhaniyyə müdiri Axund Hüseyn Pişnamazzadə  cənabları  tərəfindən 
mərhumun ruhu üçün dua oqunub fatihə söyləndikdən sonra hər kəs birər həmdü surə 
oquyub, sonra namurad ədib və müəllimimizin tabuti-müəllası müəllimlərin və  tələbə 
əfəndilərin yardımilə bir faytona qoyuldu. Mərhumun beş-üç qövm əqrəbasilə  bərabər 
doctor Həsənbəy Ağayev, Bağbanlar məktəbinin naziri Həsənbəy,  şəhər məktəbinin 
türkcə müəllimi Ismayılzadə Mirzə Hüseyn cənabları da bu hey’ətə daxil idi. Tabut 
faytona qoyulduqdan sonra hazırun kimi faytona, kimi tramvaya binib bir qədər yola 
dəvam etdilər. Şəhərə hənuz çoq məsafə var ikən, cənazəyi istiqbal edənlər həp tramvay 
(qonka) və faytonlardan enib cənazəyi ta mərhumun evlərinə qədər çiyinlərində gətirdilər. 
Söz yoq, şəhərə daxil olduqda ötədən-bəridən toplanmış adamlar da nəzərə çarpıyordu. 
Cənazəyə yardım etmək istiyorlardisə  də, müəllimlər və  tələbələrin yardımı onların 
zəhmətinə hacət bıraqmadı. Cənazə evlərinə daxil olur-olmaz şurüi-şivən sədası qulaqları 
çınlatmağa başladı. “Cavan oğul vay”, “namurad qardaş vay” səsləri, “qəyur yoldaş vay”, 
“nakam arqadaş” iniltiləri hər kəsi sızlatdı, hər kəsi ağlatdı. Bu sırada mədrəseyi-
ruhaniyyənin mə’sum balaları qapının önündə məş’umlu bayatılardan oquyurlardı: 
 
Cavan öldün, dünyadan kam almadın, 
Çoq çalışdın, zəhmətdən hiç doymadın, 
Əfsus ki, fikrinə qail olmadın, 
Ağla, qardaş! Ağlamalı günündür! 
 
Çıqarmıyaq yaddan biz tiz onları, 
Həp vətənə qurban olmuş canları, 
Tanrı qəbul etsin bu qurbanları, 
Ağla, qardaş! Ağlamalı günündür! 
 
İlaxir... 
Bu sırada Sisyanov, Voronsov, bir də Tofiq məktəbinin nazirləri, müəllimləri, 
tələbələri dəstə-dəstə qapının ətrafında kamali-nizam ilə səf bağlayıb durdular. Ətrafdan 
başqa adamlar da tək-tük bu cəmiyyətin içində görünürdü. Bir çoq saət qədər ağlaşma
qüsl, təkfin ilə iştiğal edilib sonra zavallı cavanı anasından, bacı-qardaşından ayır- 


221 
 
mağa başladılar. Tabutun üzəri tirmələr,  şallar, ipəklərlə  bəzənmişdi. Məktəb tələbəsi 
tərəfindən ilk baharın yeni açmış gül-qönçələrilə süslənmişdi. Cənazənin üzərində 
mərhumun adilə bərabər Namiq Kamal mərhumun bu beyti də yazılmışdı: 
 
Yüksəl ki, yerin bu yer deyildir, 
Dünyayə gəliş hünər deyildir. 
 
Cənazə evdən məscidə qadar, yenə qaralar daşıyan tələbə  və müəllim  əfəndilərin 
omuzunda gəldi çıqdı. 
Məscid həyətində (havlısında) mədrəsə müdiri Pişnamazzadə  və sair həzərat 
tərəfindən namaz qılınıb məzarıstana doğru hərəkət edilməyə başladı. Pək qarışıqlıq, 
nizamsızlıq olmasın deyə  Əliəkbər bəy Rəfibəyovun və müəllim  əfəndilərin təsvibi ilə 
Sisyanov  şagirdləri  əl-ələ verib cənazə  ətrafında gedən müəllim və  tələbələri ortaya 
aldılar. Tainki xaricdən cənazəyi təşyi edən, ya təşyi etmək həvəsində olan Gəncə 
cəmaati-islamiyyəsilə çocuqlar qarışmayaraq ayrı  və müntəzəm bir surətdə yola dəvam 
etsinlər və çocuqlar da sıqıntı çəkməsinlər. 
Mə’lum ya! Bu gün cümə günüdür. Bütün müsəlman dükanları qapalıdır. Ehtimal ki, 
cənazəyi təşyi için qoşub gələn vətənpərəst dindaşların kəsrət və izdihamından sıqıntı 
çəkilir. Iştə bu səbəbdən ya nə, böylə bir qərar verilmişdi. 
Lakin  əfsus! Binlərcə  əfsus ki, məsciddən məzarlığa qadar gördüyümüz əşxas yenə 
müəllimlər, yenə onların dört-beş yüzü mütəcaviz şagirdləri idi. 
Mədrəseyi-ruhaniyyə şagirdanı yuqarıda yazılmış: 
 
Cavan öldün dünyadan kam almadın 
 
– mənzuməsini ta Səbzikar məzarıstanına qadar oquya-oquya getdilər. Səbzikar 
məzarıstanlara başqa məzarıstanı görə qayət təmiz və gözəldir. 
İştə orada mərhum A.Suru dəfn etdilər. Yuqarıda məzkur məktəblərin nazir, müəllim 
və tələbəsindən maəda Gəncə şəhəri-əzimindən orada gözə çarpan zat yalnız Əliəkbər bəy 
Rəfibəyov, məxdumları doktor Xudadat bəy Rəfibəyov, doktor Həsən bəy Ağayev, doctor 
Fərrux bəy, məşhədi Əli ağa Rəfiyev, məşhədi Qasım ağa, Cavad bəy Cavarlinski, bir də 
beş-üç nəfər mərhumun qövm və  əqrəbası idi. Məzkur Cavad bəy, Həsən bəy və Mirzə 
Hüseyn cənabları isə hey’ətimüəlliminə daxil deməkdir. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə