N.Y.Marra görə, “Bars dərisi”nin yazıldığı dil,
yəni qord dili Qafqaz dillərindən biri olmuşdur (Марр
1936. 39). Əslində isə qurd dili türk dillərindən biri
olmuş, sonradan Qafqaz dillərinin təsiri ilə öz leksik
və qrammatik quruluşunu xeyli dəyişmişdir. Çünki
qurdların Şirvanda qalıb, Gürcüstana köçməyən hissə-
si XX əsrin əvvəllərinə qədər türk dillərinin ayrıca bir
ləhcəsində danışırdı.
A.P.Fituni 1927-ci ildə Azərbaycanı öyrənmə
cəmiyyətinin xəbərlərində çap etdirdiyi məqaləsində
yazır: – Şirvanda və Qarabağda yaşayan qurdların
kəndləri Kurtşen adlanır. Onlar çox cəsur adamlardır.
Dilləri türk dilidir, ancaq Azərbaycan dilindən xeyli
fərqlənir (Фитуни 1927. 10).
A.P.Fituni onu da bildirir ki, Şirvandakı Qurdlar
kəndlərinin həyət qapılarında, saxsı əşyaların üzərində
qədim türk yazılarına bənzəyən yazılar var. Biz o əş-
yaları Azərbaycan tədqiqatçılarının əlinə keçməsin
deyə Tiflisə göndərdik (Фитуни 1927 1927. 10-12).
Gürcüstan muzeylərinin zirzəmilərində belə qiy-
mətli arxeoloji nümunələr çoxdur. Mən Tiflisdə olar-
kən çox çalışdımsa da, həmin eksponatlar saxlanan
otaqlara buraxılmadım.
İlya Çarçavadze yazır ki, ermənilər gürcülərin
qədim salnamələrini məhv ediblər (Вермишев 1904.
46). Əslində o salnamələr indiki gürcülərin deyildi.
Kür çayı boyunda gürcülərdən qabaq yaşayan iberlə-
rin, qurdların, albanların, buntürklərin ədəbi abidələri
idi.
Bu gün Gürcüstan Respublikasının baş naziri sə-
viyyəsində Azərbaycanın xristian abidələrinə iddialar
qaldırılması, ali və orta məktəb dərsliklərində soydaş-
larımızın Borçalı mahalına gəlmə xalq kimi təqdim
edilməsi bizi vadar edir ki, Kaxeti və Eretini Alba-
niyanın ucqarı kimi Azərbaycanın tarixi coğrafiyasına
daxil edək.
“Miriani”
poeması Əssar
Təbrizinin
“
Mehr
və Müştəri”
əsərinin
tərcüməsindən
başqa bir şey
deyildir (Mari
Brosse).
Ermənilər
gürcülərin (İlya
Çavçavadze),
gürcülər
albanların
(İ.Cəfərsoy) qədim
ədəbi abidələrini
məhv ediblər.
Ereti Albaniyanın
bir vilayəti, Kaxeti
Albaniyanın
ucqarıdır.
Azərbaycan türklərinin Kartli adlanan ölkənin
qədim sakinləri olduqlarını elmi dəlillərlə əsaslan-
dıraq. İber adı altında gizlənən xalqların etnik tarixini
və etnogenezini tədqiqatlarımızın obyektinə çevirək.
Eyni zamanda sübuta yetirək ki, Şota Rustaveli
Aran nəslindən çıxmış, onun davamçısı Çolakaşvili
mənşəcə türk olmuşdur. Yaqub Çortaveli türkmənlərin
Çor, İakov Saruqski Sarı nəslindən çıxmışdır.
Gürcü alimləri albanların dili
və ədəbiyyatı haqqında
Gürcüstan Elmlər Akademiyasının akademik
katibi Zaza Aleksidze – “böyük bir elmi kəşf eləyib”.
Ömrünün 20 ilinə qıyaraq Sinay monastırındakı alban
yazısını oxuyub. Üç dəfə ekspedisiyanın başçısı kimi
Qırmızı dənizin sahilinə yollanıb. Gəldiyi nəticə bu
olub ki, alban perqamentinin dili Dağıstan dillərinə
aiddir.
Zaza Aleksidzenin tədqiqatını Azərbaycana xid-
mət kimi anlayan gürcüstanlı soydaşımız Süleyman
əfəndi ona hörmətlə batono deyir. Bu məqamda ibrə-
tamiz bir hadisənin sözləri yada düşür: – Uşaq dum-
duru təmiz gözlərilə xəbisin üzünə baxıb gülümsə-
yirdi.
İndi təqaüddə olan akademik-katibin fikrincə,
Sinay yazısının dili uti dilinə yaxındır. Uti dilinin isə
türk dilləri ilə genetik bağları yoxdur (Alexidze 2003
1
,
44-52).
Batono Zaza Aleksidzenin son 20 ildə dediklə-
rini matono Fəridə Məmmədova 1986-cı ildə yazmışdı
(Мамедова 1986, 3-280). Ancaq bu qədər səs-küy
salıb, Avropanın virtual məkanını uydurma fikirlərlə
doldurmamışdı.
Zaza Aleksidze yazır: – Mənim tədqiqatım al-
banşünaslıqda son nöqtə deyil. Yəqin ki, yeni alban
yazıları tapılacaq, biz erməni və ləzgi dilçiləri ilə bir-
likdə həmin mətnlər üzərində işləyəcəyik.
Belə məqamda adam istər-istəməz soruşur: –
Qonşu, necə olur? İşığınız sönəndə, qazınız kəsiləndə
Azərbaycanı yada salırsınız. Alban dilindən söhbət dü-
şəndə sadvalçılarla dilbir olursunuz.
Heç bir ilkin mənbədə göstərilmir ki, utilərlə al-
banlar Dağıstan mənşəli xalqlardır. Əksinə, bildirilir
Son alban
yazılarından biri
Sinay dağının
ətəyindən tapıldı.
İlk alban yazısı
V əsrə aid
Mingəçevir
yazısıdır.
ki, onlar Cənubi Qafqaza indiki Türkiyə ərazisindən
köçüb gəlmişlər.
Əmir Teymurun zamanında Sultaniyə şəhərinin
arxiyepiskopu olan diplomat və tarixçi İohann de-Ka-
lonifontibus (XIV əsr) yazır ki, Albaniya Dağıstan və
Ləzgistandan fərqlənir (Kalonifontibus 1980, 11).
Zaza Aleksidze erməni sələfləri kimi iddia edir
ki, utilər və albanlar Cənubi Qafqazın yerli xalqlarıdır.
Türklər onlardan sonra bu torpaqlara gəlmişlər. Təd-
qiq etdiyimiz mənbələr göstərir ki, utilər, albanlar,
qarqarlar Qafqazın yerli xalqı deyillər. Onlar bu tor-
paqlara Ön və Kiçik Asiyadan köçüb gəlmişlər. Alba-
niya və İberiya Azərbaycan və Anadolunun davamıdır.
Bu da ilk öncə coğrafi şəraitlə bağlıdır.
Türk etnosları özlərinin ən qüdrətli çağlarında
Araz çayı sahillərindən Nil vadisinə qədər irəliləmiş,
zəifləyəndə Qafqaz dağlarının dərələrinə, mağaralı qa-
yalıqlara çəkilmişlər (Джафарсой 2010, 107-113).
B.B.Piotrovski, İ.İ.Meşşaninov yazırlar ki, Ön
Asiya xalqlarının Misirə axınları Şumer dövründən
öncə başlamış, şumerlərdən sonra da davam etmişdir
(Пиотровский 1930, 7; Мещанинов 1927, 34-43).
Nəticədə sivilizasiyalar bir-birinə qarşılıqlı təsir etmiş,
yeni dillər, mədəniyyətlər yaranmışdır.
Utilər də Xəzər dənizi sahillərindən Misirə köç-
müş, e. ö. IX əsrdə oradan Van gölü yaxınlığına qayıt-
mışlar. Albanlar bu zaman Orta Anadoluda yaşayırdı-
lar. Eradan öncə II minilliyin ortalarına aid Kül təpə
mixi yazılarında onlar haqqında məlumat verilir (Ян-
ковский 1968, 103, 164). Tarixçilər yanlış olaraq belə
hesab edirlər ki, albanların adı ilk dəfə e. ö. IV əsrin
sonlarında Qavqamel döyüşü ilə bağlı çəkilir.
Zaza Aleksidze yazır ki, uti dili son alban dili-
dir (Aleksidze 2003
2
, 29). Ancaq tarixi mənbələrin heç
birində utilərlə albanlar eyniləşdirilmir. İstər indiki
Türkiyə ərazisində, istərsə də Göyçə gölü və Kür çayı
Albaniya Dağıstan
və Ləzgistandan
fərqlənir.
Döyüş arabaları
Misirə Qafqazdan
aparılmışdır.
Bolnisi yazıları (V
əsr) alban və iber
əlifbasının
qatışığından
ibarətdir.
Dostları ilə paylaş: |