adlandırır və şahsevənlərin arasında yaşayırdılar.
Sonra onlar Quba xanlığı ərazisində Uduq və Uduqlu
kəndlərini saldılar (Агаев 1984, 146).
Utilərin bir nəsli Albaniyaya köçməmiş, İranın
cənub-qərbində yurd salmışdır. 1920-ci ildə onların bir
qəbiləsi qaşqayların arasında müşahidə edilmişdi
(Şahin 1988, 39).
Fikrimizcə, Ud və Odər etnik adları günəşə
tapınma ilə bağlı olub, eyni kökdən törəmişdir. Ud
«od», Odər «oda sitayiş edən ər» deməkdir. İlk öncə
ona görə ki, Şumer, Xatti və Urartu yazılarında günəş
utu adlandırılır (Гиоргадзе 1985). Bu da “ütən”,
“yandıran” deməkdir.
Quba qəzasında 1922-ci ildə Udgün kəndinin
(Список 1922, 44) qeydə alınması göstərir ki, utilər
son əsrlərə qədər günəşə bəslədikləri ehtiramı unutma-
mışlar. Xristian utilər də son çağlara qədər günəşə və
aya sitayiş edirdilər (Qukasyan 1984, 16-17).
Urartu kitabələrində Ud etnoniminin Uter və
Uterux variantları var (Меликишвили 1960, 35, 135).
Bu da Odər deməkdir. Xald yazılarında cəmi 4 saitdən
istifadə olunur. Ona görə də təbii olaraq mixiyazılı
kitabələrdə odər etnonimi uter kimi yazıya alınmışdır.
Türklərin əcdadları monoteizmə qədər günəşə
tapınır və özlərini Od tiqin adlandırırdılar. Altay türk-
ləri inanırdılar ki, odu tanrının göydəki qızları əldə
etmiş və onun sirrini insanlara öyrətmişlər (Ögel 1971,
55, 596).
İqrar Əliyev yazır: – Zaza Aleksidze Sina
monastırındakı alban yazısını uti dilinin köməyi ilə
oxuyub. Uti dili türk dili deyil (Алиев 2002, 284).
Düzdür, indiki uti dili türk dili deyil. Ancaq o, Yafəs
dillərindən biridir. Məlumdur ki, Yafəs dillərinin, o
cümlədən uti dilinin yaranmasında bir çox türk dilləri
iştirak etmişdir (Шор 1931. 223-244). Fikrimizcə, uti
dilindəki türk sözlərinin çoxu alınma deyil, utilərin öz
Yəhudi və erməni
mənbələrində
Acar xalqının adı
Azar kimi yazıya
alınmışdır.
Odər etnik adının
kökündə od sözü
durur. Odər elə
Azərdir.
sözləridir. Həmin leksik vahidlər utilərin dilində e.ö.
II-I minilliklərdə mövcud idi.
Əslən Nic utilərindən olan Abkar Payzat keçən
əsrin 30-cu illərində belə bir fikir irəli sürdü ki, Urartu
yazıları uti dilində yazılmışdır (Qukasyan 1984, 16).
Urartu kitabələri uti dilində yox, utilərin dilinə yaxın
olan xald dilində yazılmışdır. Çünki utilər siyasi cə-
hətdən Urartuya qarşı dururdular. Onlar birlikdə kitabə
yazdıra bilməzdilər. Bununla yanaşı hər iki dildə qə-
dim türk leksikasının varlığı danılmazdır. Ona görə ki,
hər iki dil Yafəs dilləri qrupuna aiddir. Onların hər
ikisinin meydana gəlməsində türk dilləri iştirak etmiş-
dir.
XIX əsrin ortalarında feldmarşal Paskeviçin
qərargah zabiti İ.İ.Şopen müşahidə etmişdi ki, utilər
anaya nana, ataya baba, suya su, ocağa arux deyirlər
(Шопен 1866, 483). Həmin sözlər eyni mənada uti
dilində indi də işlənir (Mobili Robert 2010. 28, 34,
42).
İ.İ.Meşşaninov XX əsrin əvvəllərində yazırdı: –
Utilər müdrik adama bilici, ölkəyə ölki, çobana naxrçi
deyirlər (Мещанинов 1933, 76). N.Y.Marrın və
İ.İ.Meşşaninovun bütün yazdıqlarına bələd olan İqrar
Əliyev necə olur ki, bunları görmür? Çünki görmək
istəmir.
Zaza Aleksidze iddia edir ki, VI əsrdə utilərin
dili xeyli dərəcədə gürcüləşmişdi (Aleksidze 2003
a
,
28). VI əsrdə indiki gürcü milləti və gürcü dili möv-
cud deyildi. Gürcülərin əcdadları olan baqrationlar –
ilk dəfə XI əsrdə Kaxetinin siyasi həyatında göründü-
lər. Onlar VI əsrdə Bərdəyə gəlib, utilərin dilini necə
gürcüləşdirə bilərdilər? Əgər Z.Aleksidze gürcü de-
yəndə iberləri nəzərdə tutursa, iberlər gürcü deyildilər
(Марр 1903. XVII-XXIX).
İberlər VI əsrdə mərkəzləşmiş dövlət yox, tayfa
ittifaqı yarada bilmişdilər. Onlar nəinki utiləri, heç bu-
Uti dilində ul
“qurd” sözü var.
Ul Azərbaycan
dilindəki ulamaq
felinin köküdür
(Mobili Robert).
Zaza Aleksidze
Bərdə əhalisini
gürcüləşdirir.
rada daha əskidən yaşayan xəzərləri, sarıkinləri, bun-
türkləri iberləşdirə bilməzdilər. Ümumiyyətlə, XII əsrə
qədər Gürcüstanda hakim bir dil yox idi. Belə durum-
da utilərin dilinin gürcüləşməsindən söhbət gedə bil-
məz.
Zaza Aleksidze yazır ki, X yüzillikdə paytaxt
Bərdənin dili uti dili idi (Aleksidze 2003
a
, 29). Bunun
əksinə olaraq X əsr ərəb tarixçiləri uti dilindən yox,
Aran dilindən bəhs edirlər. İstəxri yazır: – Azərbaycan
və Aranın dili fars və ərəb dilləridir. Ancaq Bərdə
şəhərində və ətrafındakı kəndlərdə Aran dilində
danışırlar (Səid Nəfisi 1940, 38).
Utilər Aran nəslindəndirlər. Təbii ki, uti, alban
və aran dilləri bir-birinə yaxın olmuşdur. Ancaq Zaza
Aleksidzenin, Akaki Şanidzenin, İlya Abuladzenin
düşündükləri kimi, bu, o demək deyil ki, həmin dillər
Dağıstan dilləri qrupuna aiddir (Шанидзе 1938. 3-71).
Ərəb səyyahları əl-İstəxri, ibn-Hövqəl, əl-Müqəddəsi
yazırlar ki, Aran dilində vulkana atma, qoz ağacına
koz, tuta tut, əncirə incir, fındığa bunduk və s. deyilir
(Мамедов 1993, 110-112). Eradan öncə VIII əsrdə
yazılmış mixiyazılı abidələrdə göy, yer, su, atli sözləri
vardır. Həmin sözlər Aran sözləridir (Шопен 1866,
143, 384; Мещанинов 1927. 4, 7, 8).
Zaza Aleksidze uti dilini onа görə Dağıstan dil-
lərinə aid edir ki, bir çox Qafqaz dillərində olduğu ki-
mi, uti dilində də boğaz səsləri çoxdur. Ancaq tədqiqat
göstərir ki, qafqazdilli olmaq hələ qafqazlı olmaq de-
yil. Keçən əsrin 20-30-cu illərində Yafəs nəzəriyyə-
sinin yaradıcıları hindavropa dilçiləri ilə gərgin müba-
rizə şəraitində sübuta yetirdilər ki, Qafqaz dillərindəki
xırıltılı boğaz səsləri sami etnolinqvistik faktoru ilə
bağlıdır (Шор 1931, 32; Ютманов 1948, 395-399).
Yəhudi mənşəli etnoslar eradan öncə I minillik-
dən başlayaraq Qafqaz dağlarının dərələrinə sığınmış,
onların iştirakı ilə çoxlu dillər bir-birinə qarışmışdır.
Qafqaz dilləri
sami, ari və türk
dillərinin
qarışması
nəticəsində
yaranmışdır.
(R.İ.Şor).
Qafqazdilli
olmaq hələ
qafqazlı
olmaq deyil.
Qafqazdilli olmaq
hələ qafqazlı
olmaq deyil.
Dostları ilə paylaş: |