Peyğəmbərimiz monastırın qorunması və ticarət imti-
yazlarının saxlanması üçün xüsusi sərəncam vermişdir
(Alexidze 2003
в
, 46-49).
Xilafət zəifləyəndə səlibçilər Sinay yarımadasını
tutdular. Avropanın xaçlı döyüşçüləri 1099-cu ildə
monastırı ələ keçirib. 1270-ci ilə qədər əllərində sax-
ladılar. 170 il ərzində bir neçə hücrəni at tövləsinə
çevirdilər. Əlyazmaların bir hissəsi onların zamanında
yanıb külə döndü (Aleksidze 2003
а
, 16).
Səlibçilər qovulandan sonra müsəlmanlar mo-
nastırın bircə daşına toxunmadılar. 1515-ci ildə mü-
qəddəs torpaqlar Osmanlı sultanlığının tərkibinə daxil
edildi. Monastırın bütün imtiyazları özünə qaytarıldı.
Həm Osmanlı sultanlarının, həm Məhəmməd peyğəm-
bərin imzaladıqları sənədlər yad dinlərə hörmətimizin
tarixi nümunələri kimi Sinay və Yerusəlim kilsələ-
rində saxlanmaqdadır.
Zaza Aleksidze bütün bunların qarşılığında tanrı-
mızın rəsuluna Məhəmməd deyir. Peyğəmbər sözünü
dilinə gətirmir. Əvəzində bütün Avropa kilsələrinin lə-
nətlədiyi Bonapart Napoleonun sərəncamını ağızdolu-
su tərifləyir.
Zaza Aleksidzenin ilk məqaləsi Gürcüstan Elm-
lər Akademiyasının “Xəbərlər”ində dərc olunanda İq-
rar Əliyev bayram sevinci ilə yazırdı: – Z.Aleksidze
Sinay perqamentini Uti dilinin köməyi ilə oxuyub. Uti
dili türk dili deyil (Алиев 2002. 284).
Söz yox ki, uti və alban dilləri təmiz türk dili
deyil, hibrid dillərdir. Sami və ari leksikası ilə birgə
onun lüğət fondunda yüzlərlə türk sözü var ki, İ.Əli-
yev, A.Şanidze, Z.Aleksidze onları görmək istəmirlər.
Onlardan fərqli olaraq Abkar Payzat (o özü mil-
liyyətcə utidir) keçən əsrin 30-cu illərində uti və Urar-
tu dilləri arasında bir çox uyğunluqlar görmüşdür. Er-
mənilər hələ kitab nəşriyyatda ikən – 1936-cı ildə utili
alimin əleyhinə təbliğata başladılar. Onu ittiham edir-
Xristian
səlibçilər
Müqəddəs
Katerina
monastırının bir
neçə hücrəsini
at tövləsinə
çevirdilər.
Uti dilindəki
arxaik türk
sözləri alınma
dilər ki, Abkar Payzat Urartu kitabələrində uti dilinin
və uti dilindəki türk sözlərinin paralellərini axtarır.
Erməni və gürcü alimlərinin iddia etdikləri kimi,
Utilərin və Urartu kitabələrinin dilindəki bir çox sözlər
və söz kökləri türk dillərindən alınma deyil. Əslən türk
olan utilərin öz sözləridir. Çünki mənşəcə türk olan Ər
quş (Argişti), Sarı tur (Sardur), Uruz (Rusa) Urartu
tayfa ittifaqına başçılıq etmiş, nəticədə türk leksikası
ilə zəngin olan Van, Göyçay, Alçalu, Atamxan kitabə-
ləri yaranmışdır.
Uti dilinə yaxın olan Sinay perqamentinin dili
türk, ari və sami mənşəli sözlərin qatışığından ibarət-
dir. Ancaq orada türk sözləri o qədər də çox deyil. Bu
da ondan irəli gəlir ki:
1. Sinay perqamenti dini mövzuda yazılmışdır.
Orada daha çox kilsə terminləri işlənmişdir.
2. Əlyazmanın mətni həcmcə kiçik moizə və
dualardan ibarətdir. Ona görə də orada dünyəvi leksi-
kanın azlığı təbiidir.
Bizim üçün maraqlıdır ki, Sinay perqamentində
yazıya alınmış xeyli sözün həm türk, həm Yafəs (al-
ban, iber, uti, kür və s.) dillərində paralelləri vardır.
Onlar yığcam şəkildə aşağıdakılardan ibarətdir:
– kalak “şəhər”. Z.Aleksizdenin fik-
rincə, kalak türk sözü ola bilməz. Çünki uti dilində
olduğu kimi, gürcü dilində şəhər anlamında kalak sözü
vardır (Aleksidze 2003
b
, 125).
Gürcü dilində kalak sözünün varlığı yetərli deyil
ki, onun qeyri-türk mənşəyi haqqında fikir yürüdəsən.
İndiki gürcülərin əcdadları Tiflisi tutmazdan qabaq
burada yaşayan iberlərin, erlərin, qaxların dilində ka-
lak sözü vardı (Marr 1927. 132). Gürcüstanın gürcü-
lərə qədərki salnamələrində ölkənin böyük şəhərləri
Tiflis, Ucarma, Bazar, Safar və b. kalak adlanır (Бак-
радзе, Берзенов 1870. 11, 27).
Uti dilindəki
arxaik türk
sözləri alınma
deyil, utilərin öz
sözləridir.
Utilərin dilinə yaxın olan Urartu kitabələrində
kalak sözü “qala” mənasında işlənmişdir (Меликиш-
вили 1956, 175, 329). Bu da təbiidir. Çünki həm Urar-
tu, həm Alban tayfa ittifaqına çox zaman türk nəsilləri
başçılıq etmişdir.
Alban, uti dilləri Yafəs dilləri qrupuna daxildir.
Məlumdur ki, Yafəs xalqlarının formalaşmasında türk
etnosları iştirak etmişdir (Шор 1931. 223-244). Ona
görə də, onların dilində türk sözlərinin varlığı təbiidir.
Bəziləri belə hesab edirlər ki, kalak assur, yəni
sami sözüdür. Düzdür, Assuriya mixiyazılı mənbələ-
rində qala, istehkam mənasında kalak sözü tez-tez iş-
lənir (Шопен 1852,27; Шопен 1866. 201; Solmaz
Qaşqay 2006. 129). Ancaq bu, onu bildirmir ki, kalak
türk yox, sami mənşəli sözdür.
Assurlar Turan mənşəli qeyri-sami etnos idilər.
Onlar yüz illərlə cənub-qərbdən ölkələrinə basqın
edən aramey tayfalarının təsiri altında öz köklərindən
uzaqlaşdılar. Artıq e. ö. XI əsrdə Assuriya əhalisinin
xeyli hissəsini akkadlar semitləşdirmişdilər.
E. ö. IX-VIII əsrlərdə Assuriyanın bir tayfası
özünü Kalak adlandırırdı (Шопен 1852. 571; Шопен
1866, 201). Onların şəhəri Assuriyanın iki inzibati
mərkəzindən biri sayılırdı (Solmaz Qaşqay 2006,
129). Bu da onu göstərir ki, Kalak Assurdan sonra
ölkənin ən güclü nəsli olmuşdur.
Belə hesab edirik ki, həmin kalaklar sonralar şi-
mala köçmüş, Türkiyə ilə Gürcüstan arasında Axal
Kalak tarixi mahalını yaratmışlar. Fikrimizi Cənubi
Qafqazda çoxsaylı Kalak kəndlərinin varlığı təsdiq
edir. XIX yüzillikdə İrəvan quberniyasının Sürməli
(Шопен 1852, 495, 521) və Tiflis quberniyasının Sıq-
nax (Пагирев 1913. 110) qəzalarında Kalaklı kəndləri
vardı. XX əsrin əvvəllərində Gəncə qəzasında Kələk
kəndi qeydə alınmışdı (Список 1922. 14).
Tiflis hələ kənd
olanda onun
yaxınlığında
Kala şəhəri var
idi.
İberiyanın
ətrafına qala
çəkilmiş
şəhərləri kalak
adlanırdı.
Sinay yazıları
Mingəçevir
yazılarına
bənzəyir.
Dostları ilə paylaş: |