sahilində onlar bir-birindən fərqli etnoslar kimi təqdim
edilirlər.
Q.A.Melikişvili Urartu kitabələrinə istinadən
yazır ki, utilər eradan qabaq IX yüzillikdə Çorox ça-
yının sahilində – indiki Türkiyə ərazisində yaşayırdı-
lar (Меликишвили 1960, 446).
Assur və Urartu kitabələrinin müqayisəli şəkildə
tədqiqi göstərir ki, utilər Assuriya ilə ittifaqda özləri
üçün daha təhlükəli hesab etdikləri Urartuya qarşı
vuruşmuşlar. Bu döyüşlər 3 yüz il – e.ö. IX əsrdən VI
əsrə qədər davam etmişdir.
Urartu hökmdarı Menua (e. ö. IX əsr) utilərlə
Ərzrum yaxınlığında vuruşmuşdu (Арутунян 1985,
213). Həmin döyüşlərdə Menuanın qoşunlarına üstün
gələ bilməyən utilər şimal-şərqə – Göyçə gölü yaxın-
lığına çəkildilər. Van qayasındakı yazılarda göstərilir
ki, Ut tayfası hökmdar Menuanın zamanında (e.ö.
820-810) Cənubi Qafqazın bir çox qəbilələrini öz ət-
rafında toplayıb, Urartu işğalıçılarına qarşı qanlı dö-
yüşlər aparırdı (Меликишвили 1960, 35, 135; Ни-
кольский 1896, 92).
Göyçə gölü yaxınlığındakı Atamxan və Alçalu
kəndlərindən tapılan mixi yazılardan görünür ki, artıq
e. ö. VIII əsrdə utilər və albanlar Göyçə bölgəsində
yaşayırdılar. İ.İ.Meşşaninov yazır ki, Urartu hökmdarı
Argisti Göyçə gölü və yuxarı Araz çayı sahilində
yaşayan qəbilələrin üzərinə dağıdıcı basqınlar edirdi
(Мещанинов 1933, 71).
Həmin döyüşləri təsvir edən yazılarda utilərlə
albanlar bir-birindən fərqləndirilir. Urartu hökmdarı
Sardurun Sevan gölü sahilindəki qayadan tapılan
kitabəsində deyilir: – Həmin il albanların (mətndə uru
kuh Albani) ölkəsini, Muna (Araz) çayı boyundakı 20
qalanı və 120 yaşayış məskənini tutdum (Меликиш-
вили 1960, 287; Арутюнян 1985, 114).
Utilər Urartunun
Albaniyaya
basqınlarının
qarşısını alan
gürcü tayfalardan
biri idilər.
Utilər Urartunun
Albaniyaya
basqınlarının
qarşısını alan
güclü tayfalardan
biri idilər.
Döyüş arabaları
Misirə Qafqazdan
aparılmışdır.
Misirin Osiris
kultu
Azərbaycanın
Azər kultundan
törəmişdir.
N.Y.Marr və İ.A.Orbeli alban etnik adını h’al-
pan kimi oxuyurlar. Belə hesab edirlər ki, utilər və
h’alpanlar Qarabağa köçməzdən qabaq Göyçə bölgə-
sində yaşamışlar (Доклады Марр и Орбели 1922,
52).
Assuriya hökmdarı II Sarqonun kitabəsində de-
yilir: – Utuxlu səfir Urartunun Kimer ordusu tərəfin-
dən tutulması xəbərini gətirdi (Solmaz Qaşqay 2006,
60). Buradan aydın görünür ki, Assuriya dövlətinin
Urartuya təyin etdiyi səfir Uti zadəganlarından biri
olmuşdur.
Utilərin Aran Qarabağına Göyçə mahalıngan
köçüb gəldiklərini Kerop Patkanyan təsdiq edir. Əfqan
mənşəli ermənişünas yazır ki, utilər Van gölü yaxın-
lığından Ararat vadisinə, oradan Göyçə mahalına, da-
ha sonra Albaniyaya gəlmişlər (Патканов 1883, 200).
Tarixi mənbələr göstərir ki, öncə albanlar, daha
sonra utilər Aran Qarabağına köçmüşlər. Özü də onlar
eyni yox, qohum etnoslar olmuşlar. Antik tarixçilər-
dən Böyük Plini və Klavdi Ptolomeyin yazdığına görə,
utilər albanların qonşularıdır (Qukasyan 1984, 17).
Utilərlə albanların antropoloji quruluşu da uy-
ğun gəlmirdi. Albanların əksəriyyəti sarışın saçlı və
ağüzlü utilərin çoxu qara bənizli idi. Bu da onların
uzun müddət Misirdə yaşaması ilə bağlıdır.
Musa Xorenli də utilərlə albanları eyniləşdirmir.
Yazır ki, utilərin ölkəsi Kür və Araz çayları arasında
yerləşir. Uti ölkəsi Albaniyaya tabedir (Хоренский
1809, 231).
387-ci ildə Armini yunanlarla sasanilər arasında
bölünəndə Uti mahalı Albaniya mərzbanlığına daxil
edildi (Aleksidze 2003
2
, 29). Buradan aydın görünür
ki, utilər bir etnos kimi albanlardan fərqlənmişlər.
Utilərlə albanların qohumluğunu təsdiq edən
əsas cəhət onların hər ikisinin Aran nəslindən çıxması-
dır. M.Xorenli və M.Kaqankatuklu bildirirlər ki, utilər
Utilər Kaxetiyə
Arandan köçüblər.
Utilər alban deyil,
albanların
qonşusudur.
Utilər Aran
nəslindəndilərlər.
Albaniya hökmdarı Aranın nəslindəndirlər (Хорен-
ский 1809, 231; История Агван 1861, 31; Albaniya
tarixi 1992, 19).
İqrar Əliyev utilərin türklüyünü qəbul etməsə
də, yazır ki, utilər qədim kutilərin qalıqlarıdır (Алиев
2002, 284). Fikrimizcə, utilər Misirə köçməzdən qa-
baq Kuti tayfa ittifaqına daxil olmuş, uzun zaman
kutilərlə birlikdə Urmiya gölü ətrafında yaşamışlar.
Eranın əvvəllərində utilərlə kutilərin bir qolu
Don çayı sahilində yaşayır, özlərini Utiqur və Kutiqur
adlandırırdı (Артамонов 1962, 86). Həmin utiqurlar
türk əsilli Don kazaklarının əcdadlarıdır (Мурад Ад-
жи 1997, 152-153). Deməli, utilərin hamısı Urmiya
gölü ətrafından Misirə köçməmiş, Kuti tayfa ittifaqı
dağılandan sonra Qafqaz dağlarının şimalına çəkilmiş
və burada uqorlarla yeni tayfa ittifaqı yaratmışdır.
Uti dilinin tədqiqatçıları yazırlar ki, utilər özləri
özlərini Od və Uti adlandırırlar. Erməni tarixçiləri on-
ların adını Utik şəklində yazıya almışlar (Доклады
Марр и Орбели 1922, 45, 59; Еремян 1958, 303-304;
Qukasyan 1993, 72). Udin həmin etnonimin rus dilinə
uyğunlaşdırılmış variantıdır.
A.A.Bakıxanov VIII-IX əsr ərəb tarixçilərinə
istinadən yazır ki, utilərin ilk adı Ud olmuşdur (Ba-
kıxanov 1951, 24). Doğrudan da, ərəblər ermənilərdən
fərqli olaraq utilərin Albaniyada saldıqları şəhəri Ud
və Od adlandırırlar.
Yaqut Həməvi yazır: – Salman ibn-Rabiə əl-
Baxili Aran vilayətindəki Ud şəhərini tutdu (Йакут
ал-Хамави 1983, 13, 33). Deməli, Ud şəhəri Qəbələ
yaxınlığında III əsrdən ərəb işğalına qədər mövcud
olmuşdur.
Utilərin xristianlıqdan dönməyən hissəsi ərəb-
lərin təzyiqi ilə Kaxetiyə cəkildi. İslam dininə iman
gətirənlər isə Azərbaycan xalqının mənşəyinə daxil
oldular. XVI-XVII əsrlərdə onlar özlərini Uduqlu
İberlərlə tiberlər
kimi utilərlə
kutilər
qohumdurlar.
Dostları ilə paylaş: |