I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə65/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   61   62   63   64   65   66   67   68   69

260
Nəfsə min donda bu dünya görünə, ləzzəti yox,
Zövq onun dərisini büsbütün soymaqla olur.
Hər gün zövq artırmayan zövq tərkinə vermiş qərar,
Tərki-zövqün nişanı bir yerdə saymaqla olur.
Öz  halını  qoyub  başqalarının  dünyəvi  hallarına  ağla-
yan ların göz yaşları sünidir. Belələri öz Axirətinə biganə, 
özgələrinin  isə  dünyasına  həssas  yanaşanlardır.  Əsl  ağla-
malı gün gələndə onların özlərindən qeyrisi üçün ağlama-
yacağı  yəqindir.  Quran  məhz  bu  gerçəkliyə  indidən  işıq 
tutan və həqiqi göz yaşlarının hədəfini bəyan edən Kitabdır.
İbrət_Bir_gecə_Həsən_Bəsri_həzrətləri_“Hər_bir_nəfs_ölümü_dadacaqdır”'>İbrət
Bir  gecə  Həsən  Bəsri  həzrətləri  “Hər  bir  nəfs  ölümü 
dadacaqdır” (Ali-İmran, 185) ayəsini təkrar-təkrar oxuyub, 
için-için  ağlarkən  qəfil  bir  səs  gəldi:  “Bu  ayəni  daha  nə 
qədər  təkrar  edəcəksən?  Onu  eşidən  cinlərdən  tam  dörd 
mininin səmaya baxmalarına macal buraxmadan ölümünə 
səbəb oldun”.
Könül kimi kitab evi,
Quran kimi Kitab hanı?
Qəbir kimi xətib evi,
Ölüm kimi xitab hanı?
Quş kəsərək yaşayan kim,
Daş kəsərək yaşayan kim,
Baş kəsərək yaşayan kim,
İnsan kimi qəssab hanı?
Çox isti bir gündə Həsən Bəsri həzrətlərinə bir bardaq 
sərin  su  gətirdilər.  Bardağı  götürdü,  suyun  soyuqluğunu 
hiss edən kimi fəryad qoparıb bayıldı. Özünə gələndə ətraf-
dakılar  bu  halının  səbəbini  sordular.  Buyurdu  ki:  “Suyu 
əlimə  alıb  soyuqluğunu  hiss  etdiyim  zaman  Cəhənnəm 


261
əhlinin Cənnət əhlinə xitabən bəyan etdiyi “Suyunuzdan 
bir az da bizə verin” (əl-Əraf, 50) ayəsini xatırladım, ağlım 
başımdan getdi.
Nədir həyat? Ancaq zəhmət,
Bir gün nemət, bir gün möhnət,
Sonda sərin sutək rəhmət.
Atəş kimi əzab hanı?!
“Ayələrə qarşı kar və kor davranmayanların” Quranın 
bircə ayəsindən təsirlənərək bayılması, yaxud ölməsi onun 
Allah kəlamı, yəni Haqq söz olmasındandır. Allahın sözü 
bəndənin sözündən fərqli olaraq, nəfsi, ağlı, huşu aşar və 
birbaş ruha işlər. Ruh bədənə üfürülməzdən çox-çox öncə 
yaradılan və Rəbbini təsdiq edən varlıqdır. Rəbbdən gələn 
sözün,  vədin  mütləq  baş  verəcəyini  kim  bilməsə  də,  ruh 
bilməkdədir. Yer üzünə, bu dünyaya Axirət aləmindən gəl-
diyi üçün o, aləmin həqiqətlərinə dair ayə oxunarkən onları 
təkrar görmüş, yaşamış kimi olur. Həmin həqiqətlər Cəhən-
nəm dəhşətləri barədə də ola bilir, Behişt mükafatları haq-
qında da.
İbrət
Zunnun Misri həzrətləri rəvayət edir: “Məscidə girdim, 
biri: “...rəbbi onlara tərtəmiz bir içəcək içirir” (İnsan, 21) 
ayəsini  oxuyurdu.  Bu  ayəni  təkrar  edir,  ovcu  ilə  də  nəsə 
içirmiş kimi hərəkətdə bulunurdu. Sordum: “Ehey, Quranmı 
oxuyursan, yoxsa bir şeymi içirsən?”
Dedi: “Bu ayəni oxumaqdan o qədər ləzzət alıram ki, 
oxuduğum zaman anladılan şərbəti içər kimi oluram”.
Quran Haqdı, ona sarıl!
Aparmasın hər sel səni.
Haqdan qeyri nə var, ayrıl!
Qoparmasın hər yel səni.


262
Tərs burular çarxın onsuz,
Tam sorular arxın onsuz.
Tez vurular arxan onsuz,
Yıxar hər incəbel səni.
Haqq dünyadan söhbət olar,
Hər söz dönər şərbət olar.
Nə lağ, nə bir qeybət olar,
İncitməsin hər dil səni.
Quran qəlblərdən qaranlıqları götürən bir nurdur. “Biz 
sizə  açıq­aydın  bir  nur  endirdik”  (ən-Nisa,  174).  Qəlblər 
zülmətlərdən sıyrılınca Haqqı batildən, Axirəti dünyadan, 
əbədini fanidən, mələkləri şeytanlardan ayırmağa, fərqlən-
dirməyə  başlar.  O  fərqi  sezmək,  seçmək  o  nur  olmadan 
mümkün deyildir.
“Allah öz rizasına uyanları o kitabla salamatlıq yol­
larına  yönəldər,  onları  izniylə  qaranlıqlardan  aydınlığa 
çıxarar və onları siratin müstəqimə (yeganə doğru yola) 
hidayət edər” (əl-Maidə, 16).
Nəfsə səni rəqib qılar,
Haqqa səni həbib qılar.
Xalqa səni qərib qılar,
Azdırmasın hər el səni.
Yaşayandı, yaşanandı,
Könüllərdə daşınandı.
Qurtarmaz o, başlanandı,
Qurtaracaq bu yol səni.
Quran fərqli qəlblərə fərqli təsir edər. Lakin bütün təsir-
ləri birləşdirən ümumi bir xətt var: bu, əbədi nemətləri mü-
vəqqəti  nemətlərə  fəda  etməmək,  Allah  yanında  olanları 
insan yanında olanlardan üstün tutmaqdır.


263
Şəqiq Bəlxi həzrətləri buyurdu ki: “İyirmi il Quran üzrə 
çalışdım. Dünyanı Axirətdən ancaq o cür ayırd edə bildim 
və daha çox bu iki cümlə üzərində durdum: “Sizə verilən 
hər hansı bir şey, sadəcə, dünya həyatının keçici matahı 
və zinətidir. Allah qatında olan isə daha xeyirli və ba qi­
dir” (əl-Qəsəs, 60).
Nə süzərsən bu dünyanı?
Bir baxışa dəymir dünya.
Nə bəzərsən bu dünyanı?
Bir naxışa dəymir dünya.
Doğulmadıq əşya üçün,
Çiy iş ya xam xülya üçün.
Doğulmadıq dünya üçün,
Bu doğuşa dəymir dünya.
Bir sevdalıq təhəri yox,
Bir sədalıq təpəri yox.
Bir dualıq dəyəri yox,
Bir qarğışa dəymir dünya.
İndi gəldik sonra üçün,
Gətirənə səna üçün.
Gəlmədik hər sona üçün,
Bir ağuşa dəymir dünya.
Quran Adəm oğlunun mənəvi qidasıdır. Bu qidanı qə-
bul etməyənlərə maddi qidalar halal olmur. İstər bu, istər 
o dünyda.
İbrət
Davud Tai həzrətlərinin yeməyi quru çörəkdən ibarət 
idi.  Bir  anını  belə  qəflətdə  keçirməmək  üçün  çörəyi  suya 
doğrayıb  şorba  kimi  yeyər  və  buyurardı  ki:  “Çeynəmək 
vaxtı  uzadır,  bir  loxmanı  çeynəmək  əlli  Ayəti-Kəriməni 
oxu mağıma mane olur, nəyə görə zamanımı zay eləyim?!”


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə