I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə23/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   19   20   21   22   23   24   25   26   ...   98

Böhtan



272.Böhtan

Qur’an:

«Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər.»1



Həmçinin müraciət et: İsra 36; Nur 12-15; Hucurat 12

Hədis:

921.Allahın Peyğəmbəri (s):«Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir od təpənin üstündə saxlayar.»2

922.İmam Əli (ə):«Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur.»3

923. İmam Əli (ə):«Günahsız adama böhtan atmaq səmadan da böyükdür.»4

924.İmam Səccad (ə):«Kim camaatda olan eyb barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər.»5

925.İmam Sadiq (ə) müdriklərin birindən nəql edərək buyurmuşdur:«Günahsız adama böhtan atmaq möhkəm dağlardan da ağırdır.»6





53

Mübahilə1



273.Mübahilə

Qur’an:

«Sənə göndərilən bilikdən sonra kim onun barəsində (İsa (ə) haqqında) səninlə mübahisə etsə, de: Gəlin biz də oğlanlarımızı siz də oğlanlarınızı, biz də qadınlarımızı siz də qadınlarınızı, biz də özümüzü siz, də özünüzü çağıraq. Sonra (Allaha) yalvarıb yalançılara Allahın Lənət etməsini diləyək.»2



Hədis:

926.İmam Sadiq (ə) Əbulabbasa mübahilə barəsində belə buyurmuşdur: «Ovcunu onun ovcuna qoyub deyirsən:«Allahım! Əgər filankəs haqqı inkar, yaxud batili iqrar edirsə onu səma bəlasına və ya öz tərəfindən olan bir əzaba düçar et. Ona yetmiş dəfə nifrin və qarğış et.»3

927.İmam Sadiq (ə):«Nəcran xaçpərəstləri öz başçı, canişin və….. ilə Peyğəmbərin (s) yanına gəlib dedilər:«Bizi nəyə də‘vət edirsən?» Peyğəmbər buyurdu:«Allahdan başqa bir tanrının olmamasına, mənim Allahın elçisi olmağıma və İsanın Allahın yeyib-içən və ifrazat xaric olan…. yaradılmış bir bəndəsi olmasına şəhadət verməyə…….Buna görə də mənimlə mübahilə edin! Əgər mən doğru danışanamsa Lənət və nifrin sizi tutacaq və əgər yalançı olsam Lənət və nifrin məni tutacaq.» Dedilər:«Ədalətli qərardır. Sonra mübahilə üçün vaxt təyin etdilər.»

Onlar evlərinə qayıdandan sonra böyükləri dedi:«Əgər o, mübahiləyə öz qövmü ilə gəlsə onunla mübahilə edərik. Çünki əgər belə olsa, o, peyğəmbər deyil. Amma mübahiləyə yalnız ailəsi ilə gəlsə onunla mübahilə etmərik. Çünki əgər ailəsini təhlükəyə atırsa deməli doğrudan da düz deyir. Səhər açılandan sonra Peyğəmbərin (s) yanına gəldilər. Gördülər ki, Əmirəl-möminin, Fatimə, Həsən və Hüseyn onun yanındadırlar. Onlar qorxdular və Peyğəmbərə (s) dedilər:«Səninlə razılaşırıq, bizi mübahilə etməkdə üzürlü bil.» Beləliklə, Allahın Peyğəmbəri (s) cizyə əsasında onlarla razılaşdı və onlar dağılışıb getdilər.»4


ioooooop

54


Bey‘ət


274.Bey’ət

Qur’an:

«Sənə bey‘ət edənlər şübhəsiz ki, Allaha bey‘ət edirlər. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (bey’əti) pozsa, ancaq öz əleyhinə pozmuşdur. Kim Allah ilə bağladığı bey’ətə vəfalı olsa, tezliklə Allah ona böyük bir mükafat verər.»1

«Allahla əhd bağladığınız zaman ona vəfalı olun və andlarınızı möhkəmləndirdikdən sonra onları pozmayın.»2

Hədis:

928.Əli ibn İbrahim:«Həqiqətən Allah möminlərdən razı oldu»3 ayəsi «rizvan» (razılıq) bey’əti barəsində nazil oldu və bey’ət edənlərlə şərt kəsdi ki, Peyğəmbərin işlərinə irad tutmasın və onun əmrlərindən boyun qaçırmasınlar. Allah-taala «rizvan» (bey’əti) ayəsi nazil olduqdan sonra buyurdu:«Səninlə bey‘ət edənlər…..»4

929.Sələmə ibn əl-Əkvə «Hüdeybiyyə günü Peyğəmbərlə hansı işə görə bey’ət etdiniz?» sualının cavabında deyib:«Ölümə görə!»5
275.Qadınların bey’əti

Qur’an:

«Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı, bəyənilən işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə bey’ət etmək üçün yanına gəldikləri zaman onların bey’ətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən Allah bağışlayan və rəhm edəndir.»6



Hədis:

930.İmam Cavad (ə):«Allahın Peyğəmbərinin qadınlarla bey’əti belə idi ki, o Həzrət əlini içində su olan bir qabın içinə qoyub sonra çıxarardı və qadınlar Allaha olan imanlarını (dildə) iqrar və aşkar etməklə, Onun peyğəmbərini təsdiqləməklə əllərini həmin qabın içinə salardılar.»1



276.Bey’əti pozmaq

931.Allahın Peyğəmbəri (s):«Allah üç nəfərlə danışmayacaq …. (Onlardan biri də) öz imam və rəhbəri ilə dünyəvi məqsədlər üçün bey’ət edən şəxs. Əgər (imamı onun) istəyini yerinə yetirsə əhdinə vəfa edir, yerinə yetirməsə isə əl çəkir.»2

932.İmam Əli (ə):«Həqiqətən Bərzəx aləmində Həsinə adında bir şəhər var. Məndən həmin şəhərdə nə olmasını soruşmaq istəmirsiniz?» Dedilər:«Ey Əmirəl-möminin, o şəhərdə nə var?» Buyurdu:«Bey’ətlərini pozanların əlləri!»3

933.İmam Rza (ə):«Bey’ətini pozan şəxs pis hadisədən amanda deyil.»4


277.Müsəlmanların imam Əli ilə bey’əti

934.İmam Əli (ə):«Camaat! Siz məndən əvvəlkilərlə bey’ət olunduğu kimi mənimlə də bey’ət etdiniz. İnsanlar bey’ət edəndən qabaq azad və ixtiyar sahibidirlər. (Amma bey’ət etdikdən sonra mənə tabe olmaq məcburiyyətindədirlər.)»5

935.İmam Əli (ə) «Təlhə və Zübeyr ilə nə üçün vuruşurdun?» sualının cavabında buyurmuşdur:«Çünki mənimlə olan bey’əti pozdular və mənə tabe olan möminləri öldürdülər.»6

936.İmam Əli (ə):«Mənə bey’ət etmək üçün gölməçənin ətrafına toplaşan susuz dəvələr kimi şövqlə ətrafıma toplaşdınız.»7



55



Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə