I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə7/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   ...   98

13

Allah



71.Allah

Quran:

«Əgər onlardan «göyləri və yeri kim yaratmışdır?» deyə soruşsan,onlar mütləq «Allah!» deyə cavab verəcəklər.»1



Hədis:

280.İmam Əli (ə):«Allahın mənası yaradılmışların mat-məəttəl, heyran qaldıqları və pənah aparılan mə‘buddur. Allah gözlərin görə bilmədiyi, xəyal və təsəvvürlərdən uzaq olan varlıqdır.»2

281.İmam Əli (ə):«Allah adı, Allah-taalanın adlarının ən böyüyüdür. Elə bir ad ki, Allahdan başqasına layiq deyil və bu ad heç bir məxluqa verilməz.»3

282.İmam Baqir (ə):«Allah o mə‘buddur ki, yaradılmışlar Onun mahiyyətini başa düşməkdə, necəliyindən agah olmaqda mat-məəttəl və heyran qalıblar.»4

283.İmam Rza (ə):«Həqiqətən Allah-taalanın adını çəkmək Onun rübubiyyət və tovhidini bəyan etməkdir.»5

284.İmam Həsən Əskəri (ə):«Allah həmin o varlıqdır ki, bütün yaradılmışlar ehtiyac və çətinliklər zamanı, həmçinin Ondan başqa hər bir şeydən ümidini kəsən vaxt Ona pənah aparır.»6


ioooooop



14

Hökmdarlıq



72.Hökmdarlığın zəruriliyi.

285.İmam Əli (ə) «Həkəmiyyət»1 məsələsində buyurdu:«Bunlar deyirlər ki, hakimə ehtiyac yoxdur,2 halbuki hakimiyyəti sayəsində möminin öz işini görməsi və günahkarın öz payını alması üçün hakimin olması zəruridir.»3

286.İmam Əli (ə):«İnsanları yalnız hökmdar – istər yaxşı əməl sahibi olsun, istərsə də pis əməl sahibi – düzəldə bilər.»4

287.İmam Əli (ə):«Tezliklə Müaviyə sizə hakim olacaq. Dedilər: Bəs onda onunla nə üçün vuruşuruq? Buyurdu: Camaata bir hakim lazımdır, istər yaxşı əməl sahibi olsun, istərsə də pis!»5

288.İmam Əli (ə) «Hökm ancaq Allaha məxsusdur!» deyən Həruriyyənin6 cavabında buyurdu:«(Bəli, həqiqətən) hökm Allaha məxsusdur. Yerdə də hakimlər vardır. Amma onlar deyirlər:«Hökmdara ehtiyac yoxdur, halbuki insanların hökümətdən başqa bir çıxış yolu yoxdur ki, mömin onda öz işini görsün və günahkar və kafir öz payını alsın. Allah onun zamanında hər bir kəsi öz təyin edilmiş əcəlinə çatdırır.»7

289.İmam Əli (ə):«İnsanlara bir hökmdar gərəkdir istər yaxşı əməl sahibi olsun, istərsə də pis. Çünki onun hökuməti sayəsində imanlı şəxs öz işini (Allaha itaəti) görər və kafir öz payını alar. Allah hökumətin mövcudluğu ilə hər bir kəsi onun üçün təyin edilmiş əcəlinə çatdırar. Hökumətin vasitəsi ilə vergilər yığılar, düşmənlə müharibə aparılar, yollar əmin-amanlıq olar, zəifin haqqı güclüdən alınar, yaxşı əməl sahibi asayişdə olar və günahkardan amanda qalar.»8

290.İmam Əli (ə):«Yırtıcı şir zalım hökmdardan yaxşıdır, zalım hökmdar isə uzun müddətli fitnələrdən daha yaxşıdır.»9

291.Əbulbəxtəri: «Bir kişi məscidə daxil olub dedi:«Hökm ancaq Allaha məxsusdur.» Başqa biri isə dedi:«Allahdan başqasının hökm etmək haqqı yoxdur.»Bu zaman Əli (ə) belə buyurdu:« (Əlbəttə,) hökm ancaq Allaha məxsusdur «həqiqətən Allahın vədi doğrudur. Məbada yəqinliyə çatmamış kəslər səni yelbeyinləşdirsin.» Siz bunların nə dediklərini bilmirsiniz. Onlar deyirlər ki: Hökumət lazım deyil. Ay camaat! Sizi(n vəziyyətinizi) hökmdardan başqa bir şey düzəltməz, istər yaxşı əməl sahibi olsun istərsə də pis! Dedilər:«Yaxşı əməl sahibi olan hakim barəsində dediyin düzdür, amma pis əməl sahibi olan hakim necə? Buyurdu:«Mömin öz işi ilə məşğul olar və günahkar öz bəhrəsini götürər, Allah təyin edilmiş əcəlləri çatdırar, yollarınızda əmin-amanlıq olar, bazarlarınız rövnəqlənər, vergiləriniz yığılar, düşmənlərinizlə vuruşular və güclüdən zəifin haqqı geri alınar.»1


73.Pis əməl sahiblərinin hökmdarılığı

292.Allahın Peyğəmbəri(s):«Hökmdarlarınız yaxşılar və zənginləriniz səxavətlilər olanda və işləriniz məsləhət və məşvərət əsasında aparılan zaman yerin üstü sizin üçün onun altından yaxşıdır. Amma hakimləriniz pislər, zənginləriniz xəsislər olanda və işləriniz arvadlarınızın əllərinə düşən zaman yerin altı sizin üçün onun üstündən daha yaxşıdır.»2


74.Hökumətin dəyəri.

293.İmam Əli (ə) çarığının bir tayını tikmək və yamamaqla məşğul olan zaman İbn Abbas gəlib dedi:«Hacılar toplaşıblar ki, sizdən bir söz eşitsinlər. O Həzrət buyurdu:«And olsun Allaha bu (çarıqların) ikisini sizə hakimlikdən çox sevirəm, bu istisna ilə ki, bir ilahi hədd icra etmiş olam və ya bir batili uzaqlaşdıram.»3

294.İmam Əli (ə) İbn Abbasa dedi:«Bu çarığın bir tayının dəyəri nə qədərdir? (İbn Abbas nəql edir ki,) dedim:«Dəyəri yoxdur. Buyurdu:«Allaha and olsun ki, bunu sizə hökmdarlıq etməkdən daha çox sevirəm, bu istisna ilə ki, bir haqqı bərqərar edəm və ya batili aradan götürəm.»4

295.İmam Əli (ə) İbn Abbasa yazdığı məktubunda : . . . Sonra:« Məbada sənin hakimlikdən payın mal əldə etmək və ya qəzəbini yatırmaq ola. Sənin ondan payın batili öldürmək və haqqı diriltmək olmalıdır.»5


ioooooop

15

Arzu



75.Arzu

296.Allahın Peyğəmbəri(s):«Mənim ümmətim üçün arzu rəhmətdir. Əgər arzu olmasaydı heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi.»1

297.İmam Əli (ə):«Arzu həmdəm dostdur.»2

298.Tənbihul-xəvatir:«İsa (ə) oturmuşdu və bir qoca kişi bel ilə yeri şumlayırdı. İsa (ə) dedi:«İlahi, (ümid və) arzunu ondan al. Elə həmin an o qoca beli kənara atdı və uzandı. Bir saat keçəndən sonra İsa dedi:« İlahi, arzunu ona qaytar. Qoca dərhal ayağa qalxdı və işləməyə başladı.»3


76.Arzuların sonu yoxdur.

299.Allahın Peyğəmbəri(s):«Sabah sağ qalmasını arzulayan kəs, əbədi yaşamağı arzulayır.»4

300.İmam Əli (ə):«Arzunun sonu yoxdur.»5

301.İmam Əli (ə):«Arzular bitib-tükənməzdir.»6


77.Puç və batil arzulardan çəkindirmələr.

Qur’an:

«Qoy kafirlər hələ yeyib-içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın, tezliklə biləcəklər.»7



Hədis:

302.İmam Əli (ə):«Puç və batil arzudan çəkinin. Çünki, çoxları sabahın arzusunda olub, amma sabaha çıxa bilməyib və çoxlarına gecənin əvvəlində qibtə edir, lakin axırında onun halına ağlayırlar.»8

303.İmam Əli (ə):«Arzu ilğım kimidir, onu görəni aldadır və ümid bağlayanı məyus edir.»1

304.İmam Əli (ə):«Arzular bəsirətin gözlərini kor edir.»2

305.İmam Əli (ə):«Arzu şeytanın qafillərin qəlblərinə hakim olma amilidir.»3

306.İmam Əli (ə):«Arzunun nəticəsi işin puç olmasıdır.»4

307.İmam Əli (ə):«Arzı qəlbi unutqanlığa çəkir, yalan vəd verir, çoxlu qəflət və xəbərsizlik gətirir, əfsus və həsrətlə nəticələnir.»5

308.İmam Əli (ə):«Arzu ağlı aradan götürür, yalan vəd verir, qafilliyə həvəsləndirir, əfsus və həsrətlə nəticələnir. Odur ki, arzunu yalan hesab edin. Çünki o aldadandır və arzusu olan şəxs isə aldanmış və günahkar!»6

309.İmam Sadiq (ə):«Nə çox nemət ki, Allah onu bəndəyə arzulamadan verib. Nə çoxdur o kəslər ki, bir şeyin arzusunda olublar, amma onlar üçün başqa şey seçilib.»7
78.Arzu və əcəl.

310.Tənbihul-xəvatir:«Nəql edilib ki, Allahın Peyğəmbəri(s) üç dənə çubuq götürdü və onların birini öz qarşısında yerə batırdı, digərini öz kənarında, üçüncüsünü isə uzaqda basdırdı və sonra buyurdu:«Bilirsiniz bunlar nədir?» Dedilər:«Allah və Onun Peyğəmbəri daha yaxşı bilir.» Buyurdu:«Bu insandır, bu əcəl və o birisi isə arzudur. Adəm övladı onun arxasınca gedir, amma əcəl gəlib çatır və o, arzusuna çatmır.»8

311.İmam Əli (ə):«Əgər insan əcəli və onun insana tərəf tələsməsini görsə, arzuya nifrət edər.»9

312. İmam Əli (ə):«Arzu əcəli (insanın) yad(ın)dan çıxarar.»10

313. İmam Əli (ə):« (İnsana) ən yaxın şey əcəl və ölüm, ən uzaq şey isə arzudur.»11

314.İmam Əli (ə):«İnsanın əcəli çatmayınca onun nəfsi arzusuz olmaz.»12

315.İmam Əli (ə):«Bilin! Siz, arxasında əcəl olan arzunun mühasirəsindəsiniz. Buna görə də kim əcəli çatmamış arzu günündə iş görsə işi ona xeyir verər və əcəli ona ziyan vurmaz.»13

316. İmam Kazim (ə):«Əgər əcəllər (hər bir kəsin ömür müddəti) məlum olsa arzular rüsvay və bərbad olar.»2


79.Uzun arzunun nəticələri

317.əl-Kafi:«Allah Musaya xitab edərək buyurdu:«Ey Musa! Dünyada uzun arzular etmə ki, qəlbin bərkiyər və qəlbi bərk olan insan Məndən uzaqdır.»3

318.İmam Əli (ə):«Kimin arzusu uzun-uzadı olsa, əməli az və qısa olar.»4

319.İmam Əli (ə):«Uzun arzu axirəti insanın yadından çıxarır.»5


80.Qısa arzu.

320.Allahın Peyğəmbəri(s) İbn Məs’uda buyurdu:«Arzunu qısa et və səhər açılanda de:«Mən axşama çıxmayacağam və axşam düşəndə de:«Səhərə kimi sağ qalmayacağam. Dünyadan ayrılacağına ciddi hazırlaş və Allaha qovuşmağı sev.»6

321.İmam Əli (ə):«Dostlardan ayrılacağına, torpağın üstündə yatacağına, qarşısında hesab olacağına, özündən sonra yerdə qoyub getdiklərinin onun işinə yaramayacağına və qarşıya göndərdiklərinə möhtac olduğuna yəqin edən kəs arzunu qısa etməyə və əməl dairəsini uzun etməyə daha layiqdir.»7

322.İmam Baqir (ə):«Arzunu qısaltmaqla dünyadan ( axirət üçün) azuqə götür.»8


81.Allahdan başqasına ümid bağlamaq olmaz

323. «Allahın Peyğəmbəri(s):«Allah-taala: «Şübhəsiz Məndən başqasına ümid bağlamış hər bir möminin ümidini onu məyus etməklə qıraram.»9

324.İmam Əli (ə):«Kim insana ümid bağlasa ona tə’zim edib və onu böyük bilib.»10

ioooooop




Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə