I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə10/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   6   7   8   9   10   11   12   13   ...   98

19

İmamların anası – Fatimə



127.Həzrət Fatimənin adları

472.Allahın Peyğəmbəri(s):«Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.»1

473.İmam Sadiq (ə):«Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra.»2

474.Umarə:«İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün «Zəhra» (parlaq) adlandırıblar?» Buyurdu:«Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı.»3


128.Fatimə mənim bədənimin bir parçasıdır.

475.Allahın Peyğəmbəri(s):«Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.»4

476.Allahın Peyğəmbəri(s):«Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir.»5
129.Fatimə dünya xanımlarının xanımıdır

477.Allahın Peyğəmbəri(s):«Qızım Fatimə dünya xanımlarının xanımıdır.»6

478.Allahın Peyğəmbəri(s):«Fatimə Cənnət xanımlarının xanımıdır.»7

479.Allahın Peyğəmbəri(s):«Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün qadınlarının xanımıdır.»8



130.Fatimə qəzəblənəndə Allah da qəzəblənir.

480.Allahın Peyğəmbəri(s) Fatimə əleyhəs-səlama buyurub:«Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur.»1


131.Həzrət Fatimənin müsibəti.

481.İmam Əli (ə) Fatimə əleyhəs-səlamı torpağa tapşırarkən buyurmuşdur:«Salam olsun sənə ey Allahın Peyğəmbəri! Mənim tərəfimdən və kənarında uyuyan və sənə (başqalarından) daha tez çatan qızından! Ey Allahın Peyğəmbəri, qızının kədərləndirici ayrılığından səbrim tükəndi və güc və taqətimi əldən verdim. Amma sənin böyük kədər yaradan ayrılığın və səni itirmənin böyük müsibəti belə bir vaxtda mənim təsəlli amilimdir. Çünki başının mənim sinəmdə olduğu, mənim qucağımda can verdiyin və öz əlimlə başını qəbrinin daşı üzərinə qoyduğum anları heç vaxt unutmaram. Biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Budur (mənə tapşırdığın əmanət) geri qaytarıldı və girov alındı. Amma bundan sonra, Allah mənim üçün sənin olduğun diyarı seçincəyə qədər, mənim (sizin ayrılığınız üçün olan) qəm-kədərim daimi olacaq, gecələrim oyaqlıqla keçəcək. Tezliklə qızın səni ümmətinin və bir-birləri ilə əlbir olanların ona olan zülmlərindən və haqqını qəsb etmələrindən xəbərdar edəcək. Bütün baş verənləri ondan soruş və vəziyyət barəsindəki xəbərlərin hamısını ondan xəbər al. Bu zülmlər baş verərkən sənin getməyindən elə də çox zaman keçməmişdi və xatirələrin itməmişdi. Salam olsun sizə, bezikmək deyil vida salamı! Buna görə də əgər sizin yanınızdan getsəm, bu, bezikmək və məhəbbətin olmaması demək deyil.Əgər qalsam, bu, Allahın səbr edənlərə vəd etdikləri barəsində pis gümanda olmağımdan deyil.»2


ioooooop



20

İmam Həsən Müctəba



132.O Həzrətin imamətinin bəyanı

482.İmam Baqir (ə):«Əmirəl-möminin salavatullah əleyh, vəfatı yaxınlaşanda oğlu Həsənə (ə) buyurdu:«Yaxın gəl, Allahın Peyğəmbərinin(s) mənə dediyi sirri sənə deyim və mənə tapşırdığı əmanəti sənə tapşırım. O sonra həmin işi gördü.»1


133.Həsən məndəndir, mən ondan.

483.Allahın Peyğəmbəri(s):«Həsən məndəndir və mən ondanam. Hər kim onu sevsə Allah onu sevər. Həsənlə Hüseyn mənim nəvələrimdirlər.»2

484.Allahın Peyğəmbəri(s):«Allahım, mən onları sevirəm. Sən də həm onları, həm də onları sevənləri sev.»3
134.İmam Həsənin fəzilətləri.

485.İmam Səccad (ə):«Həsən ibn Əli ibn əbu Talib (ə) öz zəmanəsinin ən abid, zahid və fəzilətli insanı olub. Həccə gedəndə piyada və bəzən ayaqyalın gedərdi. Nə vaxt ölümdən söhbət düşərdisə ağlayardı. Nə vaxt qəbrdən söz düşərdisə ağlayardı. Nə vaxt Qiyamətdən söz düşərdisə ağlayardı. Siratdan keçməkdən danışılanda ağlayardı. Allahın ədalət məhkəməsində cavab verməkdən söz düşəndə elə ah-nalə edərdi ki, özündən gedərdi. Namaza başlayanda bədəni Rəbbinin qarşısında titrəyərdi. Cənnət və Cəhənnəmdən söhbət düşəndə ilan çalmış adam kimi qıvrılardı, Allahdan Cənnəti istəyərək oddan Ona pənah aparardı.»4

486.Əhməd ibn əl-Müəddəb «əl-Funun» kitabında və İbn Mehdi «Nuzhətul-əbsar»da deyir:«Bir gün Həsən ibn Əli (ə) yerdə oturub qarşılarında olan tikə çörəkləri götürüb yeyən bir neçə yoxsulun yanından keçirdi. Onlar o Həzrətə təklif edib dedilər: Ey Allah Peyğəmbərinin nəvəsi, buyurun bizimlə yemək yeyin.» Ravi deyir:«Həzrət miniyindən düşüb dedi:«Allah təkəbbür sahiblərini sevmir. Sonra onlarla yemək yeməyə başladı və sonda onların hamısı doydular və o Həzrətin bərəkətindən həmin çörəklərdən heç nə azalmadı. Həsən (ə) sonra həmin yoxsulları özü qonaq çağırdı və onlara yemək və geyim verdi.»1

487.Şam əhalisindən olan bir nəfər nəql edir ki:«Mədinə şəhərinə daxil oldum. Bir nəfərin gözəlliyi məni özünə cəlb etdi. Onun kim olmasını soruşdum. Dedilər ki, Həsən ibn Əlidir. Şamlı kişi deyir:«Mən Əliyə belə bir oğlu olduğu üçün həsəd apardım. Sonra onun yanına gedib dedim:«Sən əbu Talibin oğlusan?» Buyurdu:«Mən onun nəvəsiyəm.» Dedim:«Lənət olsun sənə və sənin atana, Lənət olsun sənə və atana!» Şamlı kişi deyir:«Amma o susdu, mənə cavab vermədi. O Həzrət sonra buyurdu: «Deyəsən qəribsən? Əgər minik istəsən verərik, bəxşiş istəsən əta edərik, kömək istəsən edərik.» Həmin şəxs deyir:«Mən ondan elə bir halda ayrıldım ki, o mənim yanımda yer üzünün ən sevimli adamı idi.»2


ioooooop




Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə