11
edir. Dünya Bankının yoxsulluğun azaldılması strategiyasının 2 mühüm prinsipi
aşağıdakılardır:
- Əlverişli investisiya mühitinin yaradılmasına dəstək;
- Kasıb əhaliyə səlahiyyətlərin verilməsi.
Ötən illərdə Dünya Bankının kredit verərkən qoyduğu yüksək faiz və
verilən kreditin azlığı inkişaf etməkdə olan ölkələr tərəfindən narazılığa səbəb
olmuşdur. Bu narazılığı ortadan qaldırmaq üçün Dünya Bankı öz siyasətində bəzi
dəyişikliklər etmişdir. Bu dəyişikliklər aşağıdakılardır:
- Dünya Bankı dövlət qurumlarına və sahibkarlara kreditlər verir, amma özəl
sektora kredit verərkən aid olduğu dövlətin, Mərkəzi Bankın, ya da başqa
səlahiyyətli orqanın zaminliyini tələb edir. 1970-ci ildən sonra Dünya Bankının
kredit siyasətində mühüm inkişaflar oldu. Bunlardan biri proqram kreditlərinin
verilməyə başlanmasıdır.
- 1982-ci ildə Dünya Bankı “struktur krediti” proqramını həyata keçirməyə
başladı. Orta və uzun illər ərzində iqtisadi inkişaf və xarici investorlarla
ayaqlaşma siyasətini izləyir. Kənd təsərrüfatı, enerji, sənaye kimi sektorlar və
sub-sektorlar investisiyalarla təmin olunur.
BYİB 1944-cü ildə BMT-nin maliyyə məsələləri ilə bağlı Bretton-Vudsda
keçirilən konfransında yaradılıb. 1945-ci ildə 28 ölkə “BYİB haqqında razılıq
statut”u imzaladı. 1947-ci ildə Baş Məclis bu razılığı təsdiqlədi. Orada deyilirdi
ki, BYİB xarakterinə görə müstəqil beynəlxalq təşkilatdır və belə də fəaliyyət
göstərməlidir. BYİB ixtisaslaşmış qurum kimi BMT-nin tərkibinə daxildir.
Bankın BMT qarşısında vəzifəsi konsultasiyalarda iştirak etmək və qeyri-
konfidensial informasiyanı təqdim etməkdir.
6
Qərargahı Vaşinqtonda, Avropa
bürosu Parisdə, Asiya bürosu isə Tokiodadır.
BYİB-nin əsas məqsədləri:
6
Герчикова И. Н. « Международные економические организации:
регулирование
мирохозяйственных связей и предпрнимателской деятельности».
Изд-во
«Консалтбакир». Москва, 2002.Стр.: 104
12
1.İstehsal məqsədli kapital qoyuluşunu genişləndirməklə inkişaf və
rekonstruksiya sahəsində əməkdaşlıq etmək;
2. Özəl xarici investisiya qoyuluşunun artırılması;
İnvestisiyaların kreditləşdirilməsi məsələsinə BYİB-in yanaşması “layihə
tsikli” adlanan xüsusi prosedurda təzahür edir. Bu tsikl beş mərhələdən ibarətdir:
- layihənin seçilməsi, hazırlanması və qiymətləndirilməsi;
-danışıqlar aparılması;
-layihənin icraçı direktorlar şurasına təqdim edilməsi;
-layihənin həyata keçirilməsi və onun gedişinə
cari nəzarət;
-layihənin reallaşdırılmasının nəticələrinin qiymətləndirilməsi.
Kreditin təqdim edilməsi şərtləri bank ilə borcalan ölkə arasında sazişə
əsasən müəyyən edilir. Kreditlərin əksəriyyəti, bir qayda olaraq 15-20 il
müddətinə verilir. Bu müddətin 3-5 ili güzəştli dövrdür. Həmin müddətdə borc
alan yalnız borcun cari məbləği üzrə faizlər ödəyir, əsas borcun məbləğini isə bu
dövrdə ödəmək tələb olunmur. Borcun ödənilməsinin standart şərtləri ölkələrin
kateqoriyalarına, o cümlədən borcalan ölkənin tədiyyə qabiliyyətinə və onun
əhalisinin adambaşı gəlirlərinə əsaslanır. BYİB-na üzvlük ancaq BVF-nun
üzvlərinə, DB-nın müəyyən etdiyi şərtlərlə açıqdır. Hər yeni üzv olan dövlət
Banka kapital qoymalıdır. Qoyulacaq kapitalın miqdarı bank tərəfindən müəyyən
olunur.
BYİB-in maliyyə vasitələri üzvlük haqları, investisiyalar və dünya
kapital bazarı (fond əməliyyatlarının 90%) hesabına yaradılır. Yarandığı dövrdən
indiyədək BYİB-in Afrika, Asiya, Avropa və Latın Amerikasında regional
missiyaları fəaliyyət göstərir. Bankın 70 regional və ölkə büroları və
nümayəndəlikləri mövcuddur. Hər bir ölkənin payı, həmin ölkənin
iqtisadiyyatının, dünya iqtisadiyyatına nisbəti ilə müəyyənləşir. Sənayecə
İnkişaf Etmiş Ölkələrin payına (Böyük Yeddilik –Group 7) 45% düşür. Bu
onların beynəlxalq iqtisadi əlaqələrdə tutduğu əhəmiyyətli yerlə izah olunur.
Amerika Birləşmiş Ştatlarının payı 17 % təşkil edir.