20
cavabdehlik daşıyır. Direktorların sədri BYİB-nın prezidentidir. İcraedici vitse-
prezident Direktorat tərəfindən təyin olunur və öz funksiyalarını onun nəzarəti
altında həyata keçirir. O, Agentliyin işinin təşkilinə, personalın işə qəbulu və
işdən azad cavabdehdir. BYİB-nın məsul şəxsləri və ştatdaxili işçiləri eyni
zamanda Agentliyin işçiləridir. Maliyyə mənbəyi üzvlərin ödədiyi vəsaitlərdir.
Agentlik əsasən 4 tipli qarantiyalar verir:
1.Valyutanın dönərli olmaması – yerli valyutanın xarici valyutaya dönərli
olmamasından doğan itkilərdən qoruyur.
2.Ekspropriasiya
–
dövlətin
mülkiyyət
hüququnun
ləğvi,
məhdudlaşdırılması, həmçinin investisiya sığorta hüququyla bağlı hərəkətlərindən
doğan itkilərdən sığortalayır.
3.Müharibə və vətəndaş narahatlığı – kompaniyaların fəaliyyətini
məhdudlaşdıran və ya kompaniyaların maddi obyektlərinə ziyan yetirən, yaxud
onu məhv edən müharibə və s. kimi hadisələrdən doğan zərərlərdən müdafiə
etməyə çalışır.
4.Müqavilənin pozulması – investorlar müqavilələri pozan, yaxud ləğv
edən ölkəyə qarşı məhkəmə qərarına yaxud məhkəmə qərarının icrasına nail ola
bilmədiyi halda yaranan zərərlərdən müdafiə edir.
13
BVF-nun fəaliyyətinə dünya təsərrüfatının strukturunun təkamülü təsir
göstərir. Təşkilatın yaranmasından bugünə qədər dünya iqtisadiyyatında
keyfiyyət
dəyişiklikləri baş vermişdir. Onların ən mühümləri aşağıdakılardır:
1. Uzun müddət ABŞ dünya iqtisadiyyatında lider idi. Lakin 80-ci illərin
sonunda o, bu mövqeyi itirdi. Nəticədə BVF-da nisbətən qüvvələr balansı
yarandı.
2. Eyni zamanda dünya iqtisadiyyatında Qərbi Avropa ölkələrinin və
Yaponiyanın payı artdı.
3. 60-70-ci illərdə müstəmləkə sistemi tamamilə dağıldı, yeni müstəqil
dövlətlər yarandı. Onlar BVF-nun tamhüquqlu üzvlərinə çevrildilər.
13
Х. А. Шреплер « Международные економические организации» Изд-во
«Международные отношения». Москва, 1999. Стр.: 90
21
4. Nəhayət 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində dünya Şərqi Avropa
və keçmiş Sovet İttifaqı ölkələrində gedən dərin siyasi və sosial-iqtisadi
dəyişikliklərin şahidi oldu.
Bütün bu dəyişikliklər Fondun fəaliyyət mexanizminin formalaşması və
transformasiyasında öz əksini tapır, fəaliyyətinin əsaslarının – təşkilati struktur,
üzv dövlətlərin kvota sistemi,onların iqtisadi siyasətinin müşahidəsi, kredit
fəaliyyəti,
beynəlxalq
maliyyə
münasibətlərinin
nizamlanması və s.
dəyişdirilməsində orientir rolunu oynayır.
Bretton-Vuds razılaşmasına görə valyutaları dəyişmək üçün qızıl və dollara
nisbətən vahid rəqəmlər müəyyən edildi. Bir dollar müəyyən bir miqdar qızıla
bərabər idi. Banka gedib pulu qızıla çevirmək olardı. Amerika dövləti bunun
daima belə qalacağına təminat verirdi, lakin dolların qızıla dönərliliyi 1971-ci ildə
başa çatdı. Arxasında bəzən hətta ÜDM dayanmayan dollardan istifadə olunmağa
başlanıldı. Əvvəllər mövcud olan mübadilə sistemi dağıldı.
Üzv olmaq üçün hər bir ölkə kvota ilə müəyyən olunan məbləğ təqdim
etməlidir. Kvotalar təyin edilərkən ölkənin iqtisadi inkişaf səviyyəsi əsas
götürülür. Hər 5 ildən bir kvotalara yenidən baxılır. BVF-nun ehtiyacları və üzv
ölkənin iqtisadi şəraiti nəzərə alınmaqla, kvotalar artırıla və azaldıla bilər.
14
Əsas məqsədi aşağıdakılardır:
15
1.Valyuta sferasında beynəlxalq əməkdaşlığı yaratmaq.
2.Üzv dövlətlərin valyuta siyasətinin koordinasiyası.Valyuta kursunun və
dönərliyin nizamlanması.
3.Valyuta məsələlərində üzvlər arasında uyğunsuzluqların aradan
qaldırılması.
4.Üzvlərə valyuta məsələlərində konsultativ yardım edilməsi.
5.Beynəlxalq ticarətin tarazlı inkişafı və genişlənməsi üçün əlverişli
mühitin yaradılması.
14
Х. А. Шреплер « Международные економические организации» Изд-во
«Международные отношения». Москва, 1999. Стр.: 95
15
Akat, Ömer; Uluslararası Pazarlama Karması
ve Yönetim, Ekin Yayınları (2. Baskı), Bursa
1998. s. 175