16
prinsipi qüvvədədir: üzv ölkə 500 səs və bundan əlavə abunə üzrə ödənilmiş hər
5000 dollara görə əlavə 1 səs alır. Assosiasiya kreditlər verilməsinin şərtlərini və
maliyyə normativlərini nəşr edir. Beynəlxalq İnkişaf Assosiasiyasının başlıca
maliyyə mənbəyi üzvlük haqlarından gəlir. Üzv ölkələr 2 qrupa bölünür:
a)
İqtisadi baxımdan daha inkişaf etmiş ölkələr, bunlar 26 ölkədən ibarət
olub Bankın maliyyə vəsaitlərinin başlıca hissələrini ödəyənlərdir;
b)
Az inkişaf etmiş dövlətlər, bunlar 134 ölkədən ibarətdir, Azərbaycan da bu
qrup ölkələr siyahısına
daxildir;
BİA-ya üzvlük BİA-nın müəyyən etdiyi şərtlər və zaman çərçivəsində
BYİB-nın üzvlərinə açıqdır. Quruluşu BYİB ilə eynidir. BİA ilə BYİB arasında
əsas fərq onların maliyyə mənbələrində və hansı şərtlərlə kredit vermələrindədir.
BYİB öz vəsaitlərini əsasən beynəlxalq maliyyə bazarlarında əldə edir və inkişaf
etməkdə olan ölkələrə kommersiya banklarından daha aşağı faizlə, daha uzun
müddətə kredit verir. BİA isə öz donor üzvlərinin hesabına ən kasıb ölkələrə
faizsiz, mənfəət güdməyən kreditlər verir.
Beynəlxalq İnkişaf Assosiasiyası
yalnız yoxsul ölkələrə kreditlər verir hansı ölkələr ki, BYİB-dən kredit ala
bilmirlər. Bu gün səksənə yaxın ölkə bu kateqoriyaya daxildir. Bu ölkələrdə 3,2
milyarda yaxın insan yaşayır. Onların təxminən 1,2 milyardının gündəlik gəliri,
1 dollardan azdır. BİA kreditləri 25-40 illik müddətə verir, ödənilməsinə isə 10
ildən sonra başlanılır. BİA-nın 159 üzvü var. Bunlardan cəmi 26-sı inkişaf etmiş
ölkədir. BİA kasıb ölkələrlə iqtisadi inkişaf uğrunda əməkdaşlıq edir, konkret
layihələrin maliyyələşdirilməsi üçün onlara maliyyə dəstəyi verir. Həmin
layihələrin məqsədəuyğunluğu BYİB-nın mütəxəssisləri tərəfindən yoxlanılır.
BİA aşağıdakı tələblərə cavab verən ölkələrə kredit verir:
1. Ölkənin adambaşına düşən illik gəliri 1305 dollardan aşağı olmalıdır.
2. Ölkədə kifayət qədər iqtisadi, maliyyə və siyasi sabitlik olmalıdır.Çünki
uzunmüddətli kreditlər iqtisadi inkişafa nail olmaq məqsədi güdür.
3. Ölkənin plateji balansla bağlı ciddi problemləri olmalıdır.
17
4. Ölkənin daxili siyasətində məqsəd iqtisadi inkişaf olmalıdır.
10
BİA-nın kreditlərinin 45-50% Afrika ölkələrinin (Saxara) payına düşür.
Digər faizlər Asiya ölkələri – Banqladeş, Hindistan, Pakistan və Nepal arasında
bölüşdürülür. Həmçinin bu qrupa Çin, Latın amerikası və Karib hövzəsi
dövlətləri, Yaxın Şərq, Avropa və Mərkəzi Asiya da daxildir. Müxtəlif donorlar
hər üç ildən bir BİA fonduna vəsait qoyurlar. Ən böyük donorlar ABŞ,
Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya və İtaliyadır. Türkiyə və Koreya
da donorlar sırasındadır.
Kreditlər verilərkən adambaşına düşən illik gəlir, ərazinin böyüklüyü,
iqtisadi siyasətin effektivliyi nəzərə alınır. BİA kreditlərin çoxunu illik gəliri
adambaşına 800 dollar düşən ölkələrə verir. Cənubi Saxara ölkələri dünyada ən
kasıb, ən çox borcu olan ölkələr olduğundan onlar üçün Xüsusi Yardım Proqramı
mövcuddur. Kreditin geri qaytarılmasına adətən 10 ildən sonra başlanır. 35-40,
bəzən də 50 il sonra borclar ödənilir. Kredit milli valyutada təqdim olunur.
BYİB-nın İdarəçilər Şurası, İcraçı Direktorlar, BYİB-nın Prezidenti, bankın
məsul şəxsləri və ştatdaxili işçiləri eyni zamanda BİA-da analoji fəaliyyətlə
məşğul olurlar. BİA-nın 3 əsas maliyyə mənbəyi var:
11
1.BYİB-nın gəlirləri BİA-a da köçürülür.
2.Üzvlük haqqı
3.BİA-nın daha varlı üzvlərinin(bura orta gəlirli ölkələr də daxildir)donor
kimi yardımı.
BMK 1956-da yaradılıb. Faktiki olaraq, BYİB-nın filialıdır (həmçinin
BMT-nin ixtisaslaşmış qurumudur.)
BMK-nın əsas hədəfləri aşağıdakılardır:
1.İqtisadiyyatın yüksək inkişaf sürətinin saxladılması;
10
Герчикова И. Н. « Международные економические организации:
регулирование
мирохозяйственных связей и предпрнимателской деятельности».
Изд-во
«Консалтбакир». Москва, 2002.Стр.: 108
11
Герчикова И. Н. « Международные економические организации: регулирование
мирохозяйственных связей и предпрнимателской деятельности». Изд-во
«Консалтбакир». Москва, 2002.