I fəsil. Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti


II sinifdə tədris olunan “Payızda” mətninə



Yüklə 50,88 Kb.
səhifə10/14
tarix22.12.2022
ölçüsü50,88 Kb.
#97722
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   14
ADTM

II sinifdə tədris olunan “Payızda” mətninə nəzər salaq. Dərsin məqsədi: Payız haqqında şagirdlərin biliyinin zənginləşdirilməsi və dəqiqləşdirilməsi. Payızda təbiətin qorunması üzrə üzrə vərdişlərin verilməsi. Müəllim onlara Azərbaycanın payızına həsr olunmuş tablo və şeirlərlə tanış etməlidir. Daha sonra uşaqlarla payız fəsli haqqında bilikləri sorğulanır. Şairlərə göstərilən şəkillərdən payızın mühüm əlamətlərini( havaların soyuduğunu, ağacların yarpaqlarını saraldığını, ağacların yarpaqlarını tökdüyünü, otların və çiçəklərin solğunlaşdığını, köçəri quşlarının köçüb getdiyini, yağışların yağdığını, yolların, cığırların palçıq olduğunu) müəyyənləşdirirlər.
1.4.Tarixə aid mətnlər


Tarixi materiallar vətənimizin keçmişi, xalq qəhrəmanları, şəhidlər və onların qəddar, ikiüzlü işğalçılara qarşı mübarizəsi haqqında bilik verir. Belə mətnlər ilk cümlədən başlayaraq hissə-hissə oxunub izah olunur. Onlar Cavanşir, Babək, Koroğlu, Qaçaq Nəbi və s. kimi qəhrəmanlara həmçinin Qarabağ müharibələrində igidlikləri ilə tanınan şəhid və qazilərimiz haqqında məlumatlar öyrənir onlara qarşı məhəbbət hissi oyanır.

Vətənpərvərlik təsvirinə aid olan lirik əsərlər oxu dərsliklərində əsas yerlərdən birini tutur. Bu baxımdan vətənpərvərliyə aid olan mövzuları aşağıdakı kimi qruplaşdırmaq olar.


➤ vətənin təbii gözəlliyini, sərvətini və fəsillərini təsvir edən mövzular.
➤ insanların həyat mübarizəsi, uşaqların xoşbəxt həyatını təsvir edən mövzular,
➤ vətənin oğul və qızlarının qəhrəmanlığını təsvir edən mövzular;
➤ vətən uğrunda canlarını qurban verən və xain düşmənlərdən vətəni qoruyan igidlərə aid mövzular və s.
Tarixlə əlaqədar hər bir mətnin oxunmasından əvvəl o dövrü şagirdlərin təsəvvüründə canlandırmaq, onları bir növ həmin aləmə daxil etmək çox vacibdir. “Cavad xan”, “Cəsarətli xan” mətnləri oxunmazdan əvvəl şagirdlərə xanlıqlar dövründə Azərbaycanın vəziyyəti, daxili və xarici düşmənlərin milli azadlıq hərəkatına necə əngəl törətmələri və s. açılmalıdır. Daha sonra onlara yaşadıqları ərazinin hansı xanlığa aid olduğunu. Azərbaycanda olan xanlıqlar haqqında məlumatlar verir.
Son zamanlarda torpaqlarımızın mübarizəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş igidlərimiz haqqında videoçarxlar izlədilməli, onların qarşılaşdığı çətinliklərdən igidcəsinə xilas olub zəfərə addımlamaları göstərilməlidir. Son dövrlərdə onlar haqqında müxtəlif filmlər, əsərlər yazılıb onlarla uşaqları tanış etmək, onların qəhramanlıqlarından bəhs etmək lazımdır. Şagirdlərdə bu sayədə vətənpərvərlik hissi aşılanacaq. Onlar xalqımızın qəhraman övladları ilə tanış olacaqlar, öz-özlərində “məndə Mübariz kimi, Fərid kimi, Polad kimi və digərləri kimi olacam” deyəcəklər. Bu mövzularda rollu oyunlar keçirilməli, tamaşalar qurulmalıdır, onların daha yaxşı qavraması, gözlərinin önündə canlandırılmalıdır.
Onlara müxtəlif tarixi mətnlər, şeirlər oxudulmalıdır. Bu zaman müxtəlif üsullardan: rollar üzrə və ya qrup şəklində hissəli oxudan istifadə etmək məqsədə uyğundur.
III sinifdə tədris edilən “Cavad xan” mətni Azərbaycanın xanlıqlar dövrü, xanların bir çoxunun vətənpərvər, milli azadlıq uğrunda mübariz, xalqın müstəqilliyi qayğısına qalan olmaları haqqında məlumat verir və şagirdlərin vətənpərvərlik hissini gücləndirir. Müəllim dərsin gedişatında şagirdlərin xanlıqlar haqqında nə bildiyini soruşur. Daha sonra onların dediklərini birlikdə ümumiləşdirib xanlıqlar haqqında məlumat verir. Daha sonra onlara xəritədə xanlıqların yerləşdiyi, əhatə etdiyi rayonları göstərir, şagirdlərin kino-filmlərdən, ekskursiyalardan bu haqda aldıqları təsuratları onların nəzərində canlandırır.



Yüklə 50,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə