Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,56 Mb.
səhifə13/41
tarix02.06.2018
ölçüsü1,56 Mb.
#47212
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

35


müraciət etmək olar. bələdçi yükləndikdə ekranda əks olunan pəncərə iki bölmədən ibarətdir. Sol tərəfdə ağac budaqlarına bənzər bir görünüş vardır. qovluqların çoxunun qabağında “+ “ işarəsi vardər. Bu o deməkdir ki, həmin qovluq daxilində fayllardan başqa digər qovluqlar yerləşmişdir. + işarəsinin üstündə Mousenin sol düyməsini iki dəfə sıxmaqla qovluğun tərkibindəki qovluqlar əks olunacaq, görünən qovluqlar bir başa sağ tərəfdə yerləşəcəkdir və “+” işarəsi “–“ işarəsilə əvəz olunacaqdır.

Windows XP Accessories (Təchizatlat) adlanan proqram qrupu ilə bərabər qurulur. Bu proqramlardan istifadə etmək üçün start menyusundan Proqrams –dan açılacaq alt menyudan isə Accessories seçin. Bu proqramlar aşağıdakılardır:


  • WordPad: kiçik qeydlər və sənədlər yazmaq üçün nəzərdə tutulmuş proqramdır. Sənəsin uzunluğuna məhdudiyyət yoxdur, ancaq təkmilləşdirilmiş yazı proqramlarında olan bəzi xüsusiyyətlərə malik deyil. Sənədləri redaktə etmək, yazı tiplərini dəyişmək, səhifə formatını təyin etmək, paraqraf xüsusiyyətlərini qurmaq kimi xüsusiyyətlərə malikdir;

  • Calculyator: Təkmilləşdirilmiş bir model olan hesab maşınıdır. hesab, statistik və rəqəm çevirmə funksiyaları da vardır.;

  • Paint: Windows XP paint proqramı ilə rəngli illüstrasiya və qrafiklər hazırlamaq, hazırlanmış bir rəsmi başqa sənədin içərisinə əlavə etmək olar;

  • CD-Player: CD-Playerdən istifadə etməklə CD- lərinizdəki musiqiləri ardıcıllıqla dinləyə bilər, hətta istədiyiniz musiqilərisiyahıdan çıxara bilərsiniz;

  • Sound Recorder (səs yazan): səs yazmaq və səsləri dinləmək üçün bir proqramdır. Bu proqram vasitəsiə səs məlumatlarını yaza bilər və bunları sənədlərinizə yerləşdirə bilərsiniz, e-mail ( elektron poçt) ilə istifadəçilərə də göndərə bilərsiniz;

- System Tools ( sistem alətləri): sabit diskinizi optimallaşdırmaq ( defraq), disk xətalarına nəzarət etmək(Scandisk), disklərinizi sıxlaşdırmaq( arxivləşdirmə) kimi proqranları saxlayır.

Kompüterin istismarı zamanı müxtəlif səbəblərdən diskdə informasiya itkisi baş verə bilər. Buna görə də faylların surətini disketlərdə saxlamaq lazım gəlir.


36


Ancaq bildiyimiz kimi vinçestrdə olan faylların az bir hissəsini disklərə köçürmək üçün yüzlərlə disket gərəkdir. Arxivləşdirmə faylların tərkibindəki artıq informasuyanı xüsusi alqoritm əsasında sıxlaşdırılması prinsipinə əsaslandırılmışdır. Beləliklə, fayl arxivləşdirilərkən o sıxılır və həcmi 4-5 və bəzən də 10 dəfə azalır ki, onları saxlamaq üçün az yer tələb olunur. hal hazırda faylların arxivləşdirilməsi üçün ARJ, PKZİP, RAR, WINRAR proqramlardan istifadə olunur.



37


MÜHAZİRƏ VI: ALQORİTSMLƏŞDİRMƏ VƏ PROQRAMLAŞDIRMA. ALQORİTMİK DİLLƏR. TURBO PASKAL DİLİNİN ƏLİFBASI, SABİTLƏR VƏ DƏYİŞƏNLƏRİN TİPLƏRİ.

Plan:


    1. Məsələnin kompüterdə həllə hazırlığı

    2. Alqoritm, onun xassələri. Tipik alqoritmik strukturlar

    3. Proqramlaşdırmanın mahiyyəti. Proqramlaşdırma dillərinin təsnifatı

    4. Turbo Pascal dilində proqramlaşdırma

    5. Turbo Pascal dilinin əlifbasi, verilənlər və dəyişənlərin tipləri

Həll yolu (alqoritmi ) məlum olan istənilən məsələni kompüterdə həll etmək mümkündür. Xarakterinə görə məsələləri aşağıdakı siniflərə bölmək olar:



      • elmi-texniki ( və ya riyazi mühəndis);

      • iqtisadiyyat –statistika;

      • informasiya məntiqi;

      • idarəetmə və modelləşdirmə.

Kompüterdə məsələlərin həlli aşağıdakı mərhələlər ardıcıllığı ilə aparılır:

      • məsələnin qoyuluşu;

      • həll alqoritminin yaradılması;

      • verilənlərin strukturlarının təyini;

      • proqramlaşdırma dilinin seçilməsi və ilkin proqramın tərtibi;

      • proqramın kompüter dilinə çevrilməsi və sazlanması;

      • işçi proqramın icrası, nəticələrin alınması və təhlili.

Müəyyən tip məsələlərin həllində bu mərhələlərdən bəziləri tələb olunmaya bilər. Məsələn sistem proqram təminatının yaradılmasında məsələnin riyazi təsviri tələb olunmur. Göstərilən mərhələlər bir-biri ilə əlaqədardır. Məsələn, nəticələrin təhlili proqramda, alqoritmdə və hətta məsələnin qoyuluşunda müəyyən dəyişikliklər etməyə səbəb ola bilər. Bu cür dəyişikliklərin sayını azaltmaq üçün hər mərhələdə sonrakı mərhələlərin tələblərinin mümkün qədər nəzərə alınması lazımdır. Bəzi hallarda müxtəlif mərhələlər arasındakı əlaqələr o qədər sıx olur ki,

38


( məsələn, məsələnin qoyuluşu ilə hesablama üsulunun seçilməsi, alqoritm və proqramın yaradılması mərhələləri), onları bir-birindən ayırmaq çətin olur.



Məsələnin qoyuluşu. Məsələnin müvəffəqiyyətli həlli onun düzgün qoyuluşundan çox asılıdır. Məsələnin qoyuluşunda sadə hallarda aşağıdakılar nəzərdə tutulur: İlkin verilənlərin siyahısı, tipi, dəqiqliyi və ölçüləri; dəyişənlərin dəyişmə hədləri, başlanğıc və sərhəd şərtləri; nəticələrin siyahısı, tipi, dəqiqliyi, ölçüləri; məsələnin həllini təmin edən hesabat düsturları və tənlikləri.

Bu mərhələdə müəyyən sinif məsələlər üçün onların riyazi formalaşdırılması da aparılır, yəni tədqiq edilən prosesin baxılan halda əlverişli olan formal dildə, formatda riyazi modeli qurulur, bəzi riyazi və mühəndis məsələləri üçün ( məsələn, diferensial tənliklərin həlli, müəyyən inteqralların hesablanması və s. ) ədədi hesablama üsulu seçilir və ya yaradılır. burada söhbət tənliklərin, riyazi analiz işarələrinin ( inteqrallama, diferensiallama, operator işarələri və s.) hesabi və məntiqi əməllər ardıcıllığına çevrilməsindən gedir.

Həll alqoritminin yaradılması. Bu mərhələdə seçilən həll metoduna uyğun məsələnin həll alqoritmi tərtib olunur. Məsələnin həlli ayrı-ayrı müstəqil bloklara bölünür və həmin blokların yerinə yetirilmə ardıcıllığı təyin edilir. Nəticədə alqoritmin blok sxemi qurulur.

Verilənlərin strukturunun təyini. Bu mərhələdə alqoritmdə iştirak edən verilənlərin tipinə, formasına, mümkün qiymətlərinə və aparılan əməliyyatlara görə onların strukturları seçilir. Yəni verilənlərin tam, həqiqi, simvol və s. tipli olması, massiv, yazı, stek, növbə, siyahı, fayl və s. strukturlarla təşkili müəyyənləşdirilir.

Proqramlaşdırma dilinin seçilməsi və ilkin proqramın tərtibi. Hazırda proqramlaşdırma üçün müxtəlif dillər mövcuddur. Həll olunan məsələnin xarakterinə, tətbiq olunan kompüter üçün mövcud olan translyatorlara, proqramçının hazırlıq səviyyəsinə görə proqramlaşdırma dili seçilir. Sonra isə məsələnin həll alqoritmi əsasında seçilən dildə proqram tərtib edilir. Ona ilkin proqram deyilir.

İlkin proqramın kompüter dilinə çevrilməsi və sazlanması. Bu mərhələdə proqramlaşdırma dilində yazılmış ilkin proqram kompüter dilinə çevrilir. Bu iş


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə