I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə62/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   63
muhazire

Dil və yazı
Yazı ünsiyyət prosesində şifahi dildən sonra öz əhəmiyyətinə görə ikinci yerdə dayanır. Yazı xeyli sonra yaranmış və informasiyanın zaman qorunub saxlanması və uzaq məsafələrə ötürmək ehtiyacından törəmişdir. Yazının əcdadı kimi dillə əlaqəsi olmayan mnemonik funksiyalar, yəni bu və ya digər faktların xatırlatmaq, yada salmaq (hadisələr, predmetlərin sayı və s.) istəyindən yaranmışdır. Tədqicən yazıyaqədərki yazı yazıya çevrilməyə başlamışdır. Dil və danışığı fərqləndirdiyimizə anoloji olaraq, yazı sistemini (işarələrin təsviri və onların fəaliyyət qaydaları) və bu işarələrin konkret istifadə aktları və bu zaman yaranan yazılı mətnləri fərqləndirməliyik.
Təsviri işarələr (cizgilər) hərflər, rəqəmlər,durğu işarələri və digər təsvir fiqurlarından ibarətdir. Hər işarə həmin yazı sistemində müəyyən element kimi baxıla bilər, yəni abstrakt, mətnlərdə təkrarlanan vahid – qrafem kimi nəzərdən keçirilə bilər. Konkret mətndə biz qraflarla, yəni qrafemlərin ayrı-ayrı təmsilçiləri iə rastlaşırıq. Qraf qrafemə, fonun fonemə, morfum morfemə aid olduğu kimi aiddir. Qrafemi variantları kimi alloqrafemlər çıxış edir. Alloqrafemlər arasında üslubi (çar və əlyazması formaları), fakültətiv (rus dilində - g, ¶), mövqe, məsələn yunan dilində siqma sözün başlanğıc və ortasında /Ơ/ və sonunda /ς/.
Qrafem yazının əsas vahididir. Onlar da digər işarələr kimi paradiqmatik və sintaqmatik münasibətlərə girirlər. Paradiqmatik münasibətdə onlar oppozisiyaya (qarşılaşma) girirlər və özlərinin fərləndirici əlamətlərini aşkara çıxarırlar. Məsələn, latın əlifbasında /B/ # /P/ # /R/ qrafemləri öz aralarında soldakı yarımdairəyə fərqlənirlər. Lakin onlar arasında oxşar əlamətlər də vardır. Bu isə onların hamısındakı vertikal xətt I-dır. Buna isə inteqral əlamət deyilir.
Əlifba qrafik sisteminin əsas elementi hərf hesab edilir. Qrafika hərflər və fonemlər arasındakı uyğunluğu, onların oxunuş və yazılış qaydalarını formalaşdırır. Orfoqrafiya konkret qrafemlərin söz və morfemlərdə qeydə alınmasını tənzimləyir.
Hansı dil vahidinin təsvir olunmasından asılı olaraq, iki cür yazı növü fərqləndirilir: fonoqrafiya (səslərin yazılışı) və ideoqrafiya (ideyaların yazılışı) və müvafiq olaraq fonoqramlar və ideoqramlar fərqləndirilir. Fonoqramlar dilin səs vahidlərini, səs xüsusiyyətlərini işarə edirlər. Onlar dolayısı yolla, səslənmə yolu ilə məna ilə əlaqəlidirlər. Fonoqramlar arasında fərqləndirilir: 1) fonemoqramlar, ayrı-ayrı fonemlərə uyğun gəlmə (a, ı, o, d, t), 2) sillaboqramlar (məsələn, /я, ю, ё, е/), 3) hecalara bölünməyən fonemlər üçün, məsələn,, latın dilində /x/ - iks , 4) fərqləndirici əlamətlər üçün işarələr, məsələn, rus dilində qalın və incəliyiifadə etmək üçün işlədilən /ь, ъ/l işarələr, 5) müxtəlif cür prosodemlərin verilməsi, məsələn /ʹ, ˚ , ͂, ̀/, 6) cütləşmə bildirən işarələr, məsələn, orang2 (orang orang = adamlar) və s.
İdeqoqramlar kimi mənalı vahidləri səslənmə vasitəsilə deyil, birbaşa əks etdirən yazı işarələri adlandırırıq. Tipik ideoqramlar kimi +, =, -, %, ?, √ və s. nümunə göstərmək olar. İdeoqramlar arasında loqoqramları xüsusi qeyd etmək lazımdır. Onlar arasında morfemoqramlar,məsələn, alman dilində nöqtəsiz 9 doqquz kəmiyyət sayı, ondan sonra nöqtənin olamsı isə sıra sayını bildirir, 9. (doqquzuncu). İdeoqram-bölüşdürücüləri (sözlər arasında probel, durğu işarələri) və ideoqram-klassifikatorları (Oryol şəhər adı və oryol – (şahin – quş adı).
Bundan başqa, yazıda diakritik işarələrdən də istifadə edilir. Diakritik işarələr qrafemlərə soldan, sağdan, açağıdan və yuxarıdan əlavə edilir və oxucuya işarə edir ki, bu qrafem ənənəvi oxunuşundan fərli oxunur. məsələn /ʹ, ˚ , ͂, ̀ , :, · / və s.



Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə