İ N F O R M A T İ K A
____________________________________________________________ 99
ixtisasyönlü hesablama maşınları.
Elm və texnikanın müxtəlif sahələrində müxtəlif növ məsələləri həll etmək
üçün universal hesablama maşınlarından istifadə etmək daha əlverişlidir. Bu tıp
hesablama maşınlarının əsas çatışmayan cəhəti satış qıymətlərinin həddindən
artıq baha olmasıdır.
Problemyönlü hesablama maşınları müəyyən sinif məsələlərin, məsələn,
idarəetmə məsələlərinin həllində geniş istifadə edilir.
Xüsusi təyinatlı məsələlərin həllinin reallaşdırılması üçün ixtisasyönlü
hesablama maşınları əlverişlidir.
Qeyd etmək lazımdır ki, son 35÷40 il ərzində bəşəriyyət hesablama
texnikasının sürətli inkişafının şahidi olmuşdur. Bu inkişafın mərkəzində fərdi
kompüterlərin yaradılması durur. Kompüterlər universal mikroelektron qurğu
olub, fərdi istifadə üçün nəzərdə tutulmuşdur. Müxtəlif firmalar və şirkətlər
tərəfindən şəxsi istifadə üçün istehsal olunan fərdi kompüterlərin ölçüləri və
çəkiləri ilə yanaşı satış qiymətləri də müxtəlifdir. Fərdi kompüterlərin hazırlanma
texnologiyasının günü-gündən təkmilləşdirilməsi nəticəsində onlarda hesablama
əməliyyatlarının aparılma sürəti milyon dəfələrlə artmış, ölçüləri ilə yanaşı enerji
tələbatları isə dəfələrlə azalmışdır. Kompüterlərdə istifadə edilən element
bazasının mütəmadi təkmilləşdirilməsi nəticəsində satış qiymətləri bir neçə min
dollardan bir neçə yüz dollara qədər ucuzlaşmışdır.
Fərdi kompüterin qurğularını bir masa üzərinə yerləşdirmək mümkündür
(odur ki, onlara çox vaxt masaüstü kompüterlər də deyirlər). Bu kompüterlərdə
müxtəlif əyləncəli və məntiq oyunları da oynamaq olar. Bu səbəbdəndir ki, ilk
istehsal olunan fərdi kompüterlər əsasən əyləncəli oyunlar oynamaq üçün
nəzərdə tutulmuşdu.
Fərdi kompüterin tərkibinə informasiyanı insan üçün əlverişli şəkildə daxil
etməyə və oxumağa imkan verən qurğular daxildir. Bu qurğuların köməyi ilə
qrafik və ya mətn tipli informasiyanı emal etmək, rəngli təsvir almaq və s. həyata
keçirmək olur.
Fərdi kompüterin yaradılmasında əsas diqqət onunla istifadəçi arasındakı
əlaqənin sadəliyinə, həmçinin ondan istifadə edən şəxsin tələbatının maksimum
dərəcədə ödənilməsinə yönəlmişdir. İstifadəçinin fərdi kompüterdən tam istifadə
etməsi naminə kompüter güclü proqram təminatı ilə təmin edilmişdir ki, ondan
istifadə edən şəxsin kənardan heç bir köməyə ehtiyacı qalmasın, istənilən
məsələni kompüterdə müstəqil həll və təhlil etsin.
Fərdi kompüterin quruluşu elə təşkil edilmişdir ki, informasiya ona yalnız
rəqəm formasında daxil olduqda onu emal edə bilir. Əgər kompüterə daxil olan
informasiya başqa formadadırsa (məsələn, səs, təsvir və s.), onda kompüterin
belə informasiyanı emal etməsi üçün mütləq informasiyanı rəqəm formasına
çevirən çeviricilərdən istifadə edilməlidir.
Anoloji olaraq mətn tipli informasiyanı da fərdi kompüterdə emal (təhlil)
etmək olar. Bunun üçün hər bir hərf müəyyən bir rəqəmə uyğun kodlaşdırılır və
kompüterdə təhlil edildikdən sonra istifadəçi tərəfindən başa düşüləcək şəklə
İ N F O R M A T İ K A
____________________________________________________________
100
salınır. Kompüter texnikasında belə çevrilmə, yəni hərflər və rəqəmlər yığımı
arasındakı uyğunluq
simvolların kodlaşdırılması
adlanır.
Kompüter texnikasında informasiyanın ən kiçik ölçü vahidi bit adlanır. Bir bit
ikilik dərəcə olub, informasiyanın “0” və ya “1” ədədləri ilə təsviridir. Qaydaya
əsasən kompüter əmrləri vahid bitlə yox, bitlər yığımı (8 bit = 1 bayt) olan
baytlarla ifadə edilir. Bu yanaşmadan da kompüterə daxil olan informasiyanın
miqdarı baytlarla ölçülür. Bayt ən kiçik informasiya vahidi olub, fərdi kompüterin
yaddaşının tutumunu ölçmək üçün istifadə olunur. Bir bayt 8 ikilik mərtəbədən
ibarətdir. Bayt vasitəsilə ixtiyari bir hərfin ikilik say sistemində kodu və ya onluq
say sistemindəki ədədlərin iki rəqəmi yazılır. Bütün fərdi kompüterlərin yaddaşları
ünvanlara bölünür, yəni nömrələnir. Belə ünvanlaşdırma baytların köməyi ilə
həyata keçirilir. Müqayisə edilən iki fərdi kompüterdən hansının yaddaşında ünvan
çoxdursa, həmin kompüterin yaddaşının həcmi böyük hesab edilir. Kompüterlərdə
4 baytdan ibarət olan yaddaş hissəsinə 1 söz və ya maşın sözü deyilir.
1 söz = 4x8 bit = 32 bit = 4 bayt
Bundan əlavə kompüter texnikasında yarım sözdən (2 baytdan) və ikiqat
sözdən (8 baytdan) istifadə edilir. Yaddaşın 1 söz saxlayan hissəsinə 1 xana
deyilir, yəni 1 xanada 4 bayt və ya 32 bit informasiya saxlanılır. Daha böyük
yaddaşları ölçmək üçün Kilobayt (Kbayt), Meqabayt (Mbayt), və s. istifadə olunur.
Beləliklə:
1 bayt = 8 bit
=
2
3
bit
1 Kbayt = 1024 bayt
=
2
10
bayt
1 Mbayt = 1024 Kilobayt
=
2
10
Kbayt
1 Qbayt = 1024 Meqabayt =
2
10
Mbayt
1 Tbayt = 1024 Qiqabayt =
2
10
Qbayt
1 Pbayt = 1024 Terabayt =
2
10
Tbayt
1 Ebayt = 1024 Petabayt =
2
10
Pbayt
1 Zbayt = 1024 Ekzabayt =
2
10
Ebayt
1 Ybayt = 1024 Zettabayt =
2
10
Zbayt
Maraqlı faktdır ki, əgər bir vərəqdəki işarələrin sayı təxminən 2500-ə
bərabərdirsə, onda 1 Mbayt-lıq informasiya 400 vərəq, 1 Qbayt-lıq informasiya
400 000 vərəq, 1 Tbayt informasiya isə 400 000 000 vərəq həcmində olacaqdır və
s .
Kompüter bütün əməliyyatları rəqəmlər üzərində yerinə yetirir. Deməli,
kompüterə daxil olan bütün ədədlər “0” və “1”-in köməyi ilə təsvir edilir. Başqa
sözlə, kompüter ikilik say sistemində işləyən qurğudur, yəni kompüterə daxil və
xaric edilən informasiya onluq say sistemində olmasına baxmayaraq
(informasiyanın belə şəkildə təqdim olunması istifadəçi üçün həddindən artıq
əlverişlidir), kompüter daxilində bütün əməliyyatlar ikilik say sistemində həyata
keçirilir.
Kompüterə daxil olan informasiyanın təhlil edilməsi üçün 8 –lik və 16 -lıq