İ N F O R M A T İ K A
____________________________________________________________ 107
firma Pentium Pro mikroprosessorunu buraxır. Həmin ildə MS DOS əməliyyat
sistemini tamamilə əvəz edə biləcək Windows 95 əməliyyat sistemi yaradılır.
Keçən əsrin 90-cı illərinin axırlarında iri korporasiyalar və kompüterdən şəxsi
məqsədlər üçün istifadə edənlər İnternet şəbəkəsinin xidmətlərindən geniş
istifadə etməyə başlayırlar.
1997-ci ildə Intel firması genişləndirilmiş ММХ mikroprosessorunu (Multi
Media eXtension) və ММХ-in əmrlərindən istifadə etməklə Pentium və Pentium
Pro mikroprosessorlarının təkmilləşdirilmiş variantını hazırlayır.
Bu ərəfədə AMD firması Intel-i iki həftə qabaqlayaraq özünün yeni К6
modelini (Pentium II-yə oxşar olan) satış bazarına çıxarır.
1998-ci ildə Intel firması Pentium II mikroprosessorunun məhdudlaşdırılmış
variantını (Celeron) istehsal edir. Bu dövrdə Microsoft firması Windows 98
əməliyyat sistemini istifadəyə buraxır.
Müasir dövrdə rəqabətə girən firmalar arasında IBM PC kompüterlərinin
istehsalı davam edilir. Əsas aparıcı rolu IBM firması oynamasa da, digər firmalar
arasında iri istehsalçı kimi öz inhisarçılığını əldən verməməyə çalışır. Intel 80386
SX, Intel 80486 və Pentium mikroprosessorları üzərində qurulmuş kompüterlər
artıq IBM firması tərəfindən yox, digər firmalar tərəfindən istehsal olunur.
Son zamanlar kompüterlərin inkişaf etməsinə IBM firması ilə yanaşı, Intel
firmasının hazırladığı, kompüterin «beyni» sayılan mikroprosessordan istifadə
etməklə kompüterlər istehsal edən digər firmalar da təsir edir.
Buradan belə aydın olur ki, IBM PC markalı kompüterlərin heç də IBM
firması tərəfindən istehsal olunduğunu qəbul etmək düzgün deyil.
İndiki zamanda inkişaf etmiş kapitalist ölkələrində iqtisadiyyatın tərəqqisi
kompüterlərin və proqram təminatının inkişafı ilə sıx əlaqədardır. Hər il dünyada
milyonlarla kompüter istehsal olunur və satılır. Təkcə ABŞ-da və Yaponiyada ayrı-
ayrılıqda 100 milyonlarla istehsal olunan kompüterlərin satışından, həmçinin
kompüterlərə texniki qulluqdan və proqram təminatından bir necə onlarla milyard
dollar gəlir əldə edilir və bu göstərici artmaqda davam edir.
Belə artım kompüterlərin ucuz qiymətə satılması ilə yanaşı aşağıdakı
faktorlarla da bağlıdır:
kompüterlərdən istifadənin sadəliyi;
dialoq rejiminin istifadəçi üçün əlverişli olması;
kompüter istifadəçisinin məhdudiyyətə məruz qalmaması;
informasiyanın yüksək sürətlə təhlil olunma imkanlarının olması;
kompüter təmirinin sadəliyi;
kompüterin yüksək etibarlılığa malik olması;
kompüterin müxtəlif periferiya qurğuları və ayrı-ayrı proqram təminatı ilə
işləmə imkanının olması;
insan fəaliyyətini əhatə edən bütün sahələrə aid proqram təminatının
olması və s.
Ümumiyyətlə, kompüterlərin müxtəlif sahələrdə müvəffəqiyyətlə istifadə
olunması haqqında ədəbiyyatlarda çoxlu sayda məlumatlar vardır. Amma elə
İ N F O R M A T İ K A
____________________________________________________________
108
məsələlərin həlli vardır ki, burada fərdi kompüterlərdən yox, güclü elektron
hesablama maşınlarından istifadə edilməsi daha məsləhətdir.
Fərdi kompüterlərin müxtəlif tipləri müxtəlif sahələrdə öz parametrlərini
təkmilləşdirməklə istifadə edilirlər. Onlardan birgə istifadə edilməsi nəticəsində
lokal şəbəkələr yaradılır, istənilən informasiya lazımi səviyyədə təhlil edilir.
Fərdi kompüterin yaddaşında bir neçə yüzlərlə Tbayt (hətta minlərlə)
informasiya saxlamaqla, həmin informasiyanı saniyənin milyonda birində təhlil
(emal) etmək mümkündür. Amma əksər hallarda göstərilənlərdən artıq
informasiyanı yadda saxlamaqla yanaşı qısa müddətdə təhlil etmək də tələb edilir.
Belə sahələrə bank işlərini, videofilmlərin çəkilməsini, avia- və dəmiryolu
biletlərinin satışını, ehtiyat sistemlərin yaradılmasını və s. aid etmək olar. Bunun
üçün xüsusi hazırlanmış kompüterlərdən istifadə edilir.
Fərdi kompüterlərin istehsalının günü-gündən artması dünya bazarlarında
istehsalçı firmaların rəqabətə girməsinə səbəb olur. Vaxtı ilə aparıcı olan firma (və
ya şirkət) müəyyən müddətdən sonra aparıcı qüvvəsini itirir, ya da rəqabətə tab
gətirməyərək sıradan çıxır. Məsələn, populyar Apple II kompüteri ilə liderliyi əldə
saxlayan Apple firması IBM firmasının istehsalı olan IBM PC XT/AT modelinə
nəzərən arxa plana çəkilməyə məcbur oldu. Müəyyən müddətdən sonra Apple
firması müəyyən parametrlərinə görə fərqlənən Macintosh, Macintosh Plus və
Macintosh II modellərinin istehsalını nəzərə çarpacaq dərəcədə artırsa da, bu
artım firmaya heç bir üstünlük vermədi, kompüter bazarlarında vəziyyət
dəyişmədi. Digər firmalar (məsələn, Commodore və Atari) istehsal etdikləri
kompüterlərlə bazara çıxmalarına baxmayaraq, aparılan rəqabətdə aparıcı kimi
çıxış edə bilmədilər.
Bunun bir neçə səbəbi var idi:
firmaların istehsal etdikləri kompüterlərin satış bazarına çıxışının bir neçə
ay gecikməsi;
firmaların öz işlərini xüsusi proqram təminatı tələb edən nadir sxemlər
bazasında qurması;
hazırlanmış sxemlərdən digər firmaların istehsal edəcəyi modellərdə
istifadə etməsinə maneçiliyin yaradılması;
istehsal olunan modellərin qapalı arxitekturaya malik olması üzündən,
onların səciyyəvi xüsusiyyətlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması
imkanının firmaların əlindən alınması.
Qeyd olunanlardan aydın görünür ki, IBM firması əvvəlcə qeyd etdiyimiz
kimi açıq arxitekturaya imkan yaratmış, texniki məsələlərin həllində üçüncü
tərəfin gücündən tam istifadə etmiş, öz inhisarçılığını (monopolistliyini) digər
firmalara sübut etmiş, firmanın istehsal etdiyi müxtəlif modifikasiyalı
kompüterlərin dünyanın istənilən ölkəsində müxtəlif sahələrdə istifadə edilməsinə
şərait yaratmış və nəticədə liderliyini həmişə əlində saxlaya bilməsə də daima bu
məqsəd uğrunda mübarizə aparmışdır.