İ N F O R M A T İ K A
____________________________________________________________
112
Prosessor platasında kartric ilə örtülmüş 40 kontaktlı yuva yerləşir və
plataya qoşulmuş xüsusi qurğu vasitəsi ilə parametrləri dəyişmək mümkündür.
Kartric iki hissədən, prosessorun kristalı və mikrosxemin keş-yaddaşı ilə (əgər
prosessorun xarici keş yaddaşı varsa) kontakt yaradan və istilikötürmə
qabiliyyətinə malik metal plastinkadan, həmçinin prosessorun platasını örtməklə
platanın üzərindəki texniki elementləri zədədən qorumaq üçün istifadə olunan
plastik örtükdən ibarətdir.
Mikroprosesorun hazırlanmasında 0,25 mkm texnologiyasına riayət
olunmuşdur və onun bir kristalı daxilində 22 milyon tranzistor yerləşir.
Mikroprosessor istifadəçilərinin əsas ümidi Almaniyanın Drezden şəhərində
yerləşən, AMD Athlon prosessorları istehsal edəcək fabrikadır. Athlon modelinin
takt tezliyi 600, 550 və 500 Mhers təşkil edir və x86 ailəsi ilə tam uzlaşa bilir.
Mikrosxem superskalyar axınlı mikroarxitekturaya əsaslanır. Mikrosxemin
daxilində tam ədədlər və sürüşən vergüllü ədədlər bloku, ünvanın hesablanma
qurğusu paralel olaraq işləyir. Sürüşən nöqtəli ədədlər üzərində hesablama
aparan blok üç konveyerdən istifadə etməklə yanaşı superskalyar arxitekturanı
dəstəkləyir. Bununla yanaşı prosssorun daxilinə quraşdırılmış birinci səviyyəli keş-
yaddaş 128 Kbayt tutumuna malikdir (bu Pentium III prosessorundakı keş-
yaddaşın tutumundan 4 dəfə böyükdür). Mikroprosessorun daxilində quraşdırılmış
ikinci səviyyəli keş-yaddaşın tutumu isə 512 Kbaytdan 8 Mbayt arasında dəyişir.
Əldə edilmiş məlumata görə dünyanın 9 aparıcı istehsalçısı mikroprosessor
üzərində qurulmuş yeni kompüter haqqında informasiyanı geniş şəkildə dünya
ictimayyətinə yaymaqla məşğuldur.
“Microprosessor Report” jurnalının sayılan redaktorlarından birinin yazdığı
məlumata görə Athlon kristalını cəsarətlə yeddinci nəsil mikroprosessorlar nəslinə
aid etmək olar. Redaktorun fikirincə bu mikroprosessorun arxitekturası ilə bağlı
deyil, çünki sadə hesablamalara görə x86 mikroprosessor ailəsinin məhsuldarlığı
nəsildən nəslə təxminən 1,7-dən 2,0 dəfəyə qədər artmışdır.
AMD firmasının istehsalı olan Athlon mikroprosessoru prosessorların satış
bazarında Pentium III mikroprosessorunun əsas rəqibi sayılır. Prosessorlar
üzərində aparılmış testdən aydın görünür ki, Athlon mikroprosessoru Pentium III
prosessorundan əksər parametrlərinə görə 5÷10% üstündür. MicroDesign
Resources ekspetrlər qrupunun gəldiyi nəticə belədir: Athlon mikroprosessoru
Pentium III prosessorundan parametrlərinə görə fərqlənsə də onun kimi sürətlə
işləmək imkanına malikdir. Bununda nəticəsidir ki, fərdi kompüter istehsalçıları
Athlon mikroprosessoruna üstünlük verirlər.
Yeni prosessorların sistem şininin maksimal takt tezliyi hələlik 200 Mhers
təşkil edir (takt tezliyinin 400 Mhers qiymətinə çatdırılması nəzərdə tutulmuşdur).
Pentium III prosessorlarından fərqli olaraq sistemə ayrıça girişi olan üç Athlon
mikroprosessorunun eyni zamanda qoşulması mümkündür.
Serverlərin sistem lövhələrində Athlon prosessorlarının qoşulması üçün
interfeys Slotları nəzərə alınmışdır. Athlon prosessorları üçün sistem lövhələrini
mikroprosessor texnologiyasında aparıcı firmalardan sayılan Gigabyte, MSI,
İ N F O R M A T İ K A
____________________________________________________________ 113
Biostar və Asustek firma-istehsalçıları hazırlayır. Aparılmış tədqiqatlar göstərir ki,
səkkizprosessorlu serverlər əsasında hazırlanmış Athlon prosessorlarının daxilində
Poseidon Technology şirkəti tərəfindən hazırlanmış çipsetlərdən istifadə olunacaq.
Bu prosessorun əksər parametrlərinin daha da yaxşılaşdırılmasına səbəb
olacaqdır.
Son zamanlar AMD şirkəti üçün çox da əlverişli olmadı. Şirkət
mikroprosessorda baş vermiş bəzi nöqsanlara görə satış bazarında 100 milyon
dollara qədər ziyana düşdü. Ekspertlərin fikirincə buna əsas səbəb AMD ilə Intel
arasında gedən rəqabətdir. Buna baxmayaraq AMD şirkəti istehsal gücünü
artırmaqla istehsal etdiyi Athlon mikroprosessorların sayını il ərzində bir neçə
milyona çatdırmışdır.
Hal-hazırda dünya satiş bazarının 15-20%-nə AMD firması nəzarət edir.
Son zamanlar fərdi kompüterlərdə onların texniki xarakteristikalarının daha
da yaxşılaşdırılması üçün yeni nəsil (VIII nəsil nəzərdə tutulur)
mikroprosessorlarından istifadə olunmağa başlanılmışdır. Bu baxımdan dünyanın
aparıcı firmaları mikroprosessorların satış bazarına bir-birindən parametrlərinə
görə müəyyən dərəcədə fərqlənən mikroprosessorlarla çıxırlar.
AMD firması 2013-cü ilin ikinci yarısında Heterogeneous System Architecture
(HSA) arxitekturasına malik Kaveri mikroprosesorunu istehsal etmişdir.
Prosessorda 4-ə qədər hesablayıcı nüvədən və ikinci səviyyəyə malik 4 Mbayt
yaddaşdan da istifadə edilir.
2014-cü ildə yeni nəslin nümayəndəsi olan ARM mikroprosessoru işıq üzü
gördü. Mikroprosessor ARMv8 arxitekturasını dəstəkləyir, daxilində Cortex-A50
nüvəsindən istifadə olunması isə onun daha da məhsuldar işləməsinə şərait
yaradır.
Keçən ilin son rübündə Intel firması (2014-cü il nəzərdə tutulur) Penryn
mikroprosessorunun istehsalına başladı. Firmanın verdiyi məlumata görə
mikroprosessorun məhsuldarlığı 45% artmış, işləmə tezliyi 3,2 Qhersə çatdırılmış,
iki və dörd nüvəli mikroprosessorlarda Keş-yaddaşın həcmi 6 və 8 Mbayta qədər
artırılmışdır. Bununla yanaşı firma kiçik ölçüyə malik Quark mikroprosesorunun da
istehsalına başlamışdır. Hər iki mikroprosessor texniki xarakteristikalarına görə
əvvəlki sələflərindən hiss olunacaq dərəcədə fərqlənir.
2015-ci ilin son aylarında Intel firması 14-nanometrlik IntelAtom
mikroprosessorunun istehsalına başlamaq fikirindədir. Mikroprosessor effektiv
işləməsinə görə əvvəl istehsal olunan mikroprosessorlardan tamamilə
fərqlənəcək.
Bu ilin əvvəllərində İngiltərənin “ARMholding” şirkəti smartfonlarda istifadə
olunacaq yeni nəsil (ola bilsin ki, IX nəsil mikroprosessorunu) mikroprosessorun
təqdimatını keçirmək fikirindədir və s.