İ N F O R M A T İ K A
____________________________________________________________
114
PROSESSORLARIN ƏSAS XARAKTERİSTİKALARI
Prosessor və ya mərkəzi prosessor anakartın “
ürəyi
” sayılır. Prosessor fərdi
kompüter şəbəkəyə qoşulduğu zaman ərzində ana kartın bütün elementləri ilə
qarşılıqlı informasiya əlaqəsindədir.
IBM PC uzlaşan kompüterləri üçün prosessorlar istehsal edən Intel şirkəti
1968- ci ilin iyun ayında təsis edilmişdir (ilk adı “NM Electronics” olan şirkətin adı
sonralar onun təsisçiləri Robert Noys və Qordon Mur tərəfindən dəyişdirilərək
“Intel - İnteqral Elektronika” adlandırılmışdır).
Prosessorlar tiplərinə görə bölünür. Prosessorun nişanlanması 80 rəqəmi ilə
başlayır. Sonra iki və ya üç rəqəmdən istifadə olunur. Rəqəmlərdən sonra gələn
hərflər və ya rəqəmlər prosessorun takt tezliyini əks etdirir. Prosessorun tipindən
əvvəl onu hazırlayan firmanın adı əks olunur. Məsələn, i80486DX-50 nişanlanması
prosessorun Intel firması tərəfindən hazırlandığını və 80486 tipinə malik
olduğunu, 50 rəqəmi isə prosessorun 50 Mhers takt tezliyində işləməsini göstərir.
AMD firmasının istehsalı olan prosessorlar AMD kimi, Cyrix firmasına aid olan
prosessorlar isə CX kimi nişanlanır. Fərdi kompüteri işə salan zaman bu hərflər
monitorun ekranında prosessorun tipindən əvvəl görünür.
İstehsal olunan prosessorun kristalında aşağıdakı elementlər yerləşir:
prosessor - əsas hesablama qurğusu olub verilənlər üzərində riyazı və
məntiqi əməliyyatları yerinə yetirir. Prosessor milyonlarla (hətta milyardlarla)
məntiqi elementdən – tranzistorlardan ibarətdir;
soprosessor – “sürüşən vergüllü” (və ya nöqtəli) rəqəmlər üzərində
əməliyyatlar yerinə yetirən xüsusi blokdur. Əsasən dəqiq və mürəkkəb
hesablamalarda, həmçinin bəzi qrafik proqramlarla iş zamanı istifadə edilir;
birinci səviyyəli keş-yaddaş – hesablama zamanı istifadə ediləcək aralıq
nəticələri yadda saxlamaq üçün istifadə olunan yüksək sürətli yaddaşdır;
ikinci səviyyəli keş-yaddaş.
Bütün bu qurğular ölçüsü 6 sm
2
-dan çox olmayan kristal sahədə yerləşir.
Mikroprosessorun elementlərinə baxış keçirmək üçün yüksək səviyyəli
mikroskopdan istifadə etmək lazımdır.
CPU-ların məhsuldarlığı aşağıdakı parametrlərdən asılıdır:
inteqrasiya dərəcəsi;
emal olunacaq verilənlərin mərtəbəliyi;
takt tezliyi;
CPU-nun ünvanlandığı yaddaş;
Keş-yaddaşın tutumu.
Bu parametrlərlə yanaşı CPU-lar hazırlanma texnologiyasına, qidalanma
gərginliyinə, form-faktorlara və s. görə bir-birindən fərqlənir.
QEYD
: Form-faktor dedikdə hazırlanmış texniki məhsulun parametrləri
toplumunu təsvir edən standart başa düşülür.
İ N F O R M A T İ K A
____________________________________________________________ 115
Texniki xarakteristikalarına və inkişaf ənənələrinə görə prosessorları səkkiz
nəslə ayırırlar (artıq yeni nəsil prosessorlar haqqında bəzi texniki ədəbiyyatlarda
məlumatlar verilir).
CPU mikrosxeminin (çiplərin) inteqrasiya dərəcəsi onun daxilində nə qədər
tranzistorun yerləşdiyini göstərir. Məsələn, birinci nəsil çiplərin (8086/8088)
daxilində 0,029 milyon tranzistor yerləşdirilirdisə, müasir prosessorlarda 200
milyondan çox tranzistor yerləşdirilir. Mütəxəssislərin fikrincə gələcəkdə (məsələn,
2015-2018 -ci illərdə) yeni texnologiyaların bu sahəyə tətbiqi prosessorların
daxilində bir neçə milyarddan çox tranzistor yerləşdirməyə imkan verəcək. Emal
olunacaq verilənlərin mərtəbəliyi prosessorun eyni zamanda (16, 32 və ya 64)
neçə bit informasiya sayını təhlil (emal) edə biləcəyini göstərir.
Fərdi kompüterin takt tezliyi müxtəlif komponentlərin işləməsini
sinxronlaşdıran takt generatorunun (System Clock) işləmə tezliyini əks etdirir.
Takt generatorunun tezliyi meqaherslərlə ölçülür.
Qeyd etmək lazımdır ki, ilk fərdi kompüterlər 8 MHz tezliklə işləyən bir takt
generatoruna malik idi və generator prosessorun, yaddaşın, giriş/çıxış şininin
işləməsini sinxronlaşdırırdı. Müasir fərdi kompüterlər bir neçə takt generatoruna
malikdir və generator adları öndə çəkilən elementlərin işləməsini müxtəlif tezlikdə
sinxronlaşdırır. Fərdi kompüter sisteminin tezliyi sistem şininin tezliyi ilə müəyyən
edilir. Bütün sistemin məhsuldarlığı ümumilikdə sistem şininin takt tezliyindən
birbaşa asılıdır.
CPU-nun ünvanlana bildiyi yaddaş tutumu fərdi kompüterin operativ
yaddaşının tutumu ilə müəyyən olunur, yəni RAM-a yerləşən verilənlərin sayı nə
qədər olmalıdır ki, CPU onları emal edə bilsin. Məsələn, birinci nəsil fərdi
kompüterlərdə istifadə olunan yaddaşın tutumu 1 Mb-yə bərabər olduğu halda,
altıncı və yeddinci nəsil prosessorlarda bu kəmiyyət 64 Gb-yə bərabərdir və s.
İ N F O R M A T İ K A
____________________________________________________________
116