İ N F O R M A T İ K A
____________________________________________________________ 117
F Ə S İ L V. MÜASİR NOUTBUKLARIN APARAT VƏ
PROQRAM HİSSƏSİ
NOUTBUK İLƏ FƏRDİ KOMPÜTERİN FƏRQİ
Kompüter dedikdə riyazi və məntiqi əməliyyatları yerinə yetirən elektron
hesablama maşını nəzərdə tutulur. Keçən əsrin ortalarında keçmiş sovetlər
məkanında belə əməliyyatları yerinə yetirən hesablama maşınları Elektron Rəqəm
Hesablama Maşınları (ERHM) adlanırdı. İndiki dövrdə isə hər yerdə hesablama ilə
məşğul olan bütün hesablama maşınlarını “kompüter” adlandırırlar. Kompüter
sözü bizə ingilis dilindən gəlmədir və mənaca “hesablayıcı” anlamını verir.
Hal-hazırda müxtəlif firmalar tərəfindən istifadə üçün bir neçə variantda
mobil kompüterlər (noutbukları) istehsal olunur ki, onları da üç əsas
parametrlərinə görə təsnif edirlər: ölçülərinə və çəkilərinə görə, funksional
imkanlarına və qiymətlərinə görə, onlarda istifadə edilən platformaya görə.
Parametrlərə nəzər saldıqda, mobil kompüterlərin hələlik vahid təsnifatının
olmadığı görünür.
Göstərilən parametrlər barədə aşağıda qısa məlumat verilir.
Noutbukun əsas parametrlərindən biri onun ölçüsü və çəkisidir. Bu
göstəriciyə görə mobil kompüterləri aşağıdakı qruplara bölürlər:
cibdə gəzdirilə bilən fərdi kompüterlər (CFK);
ultrakompakt kompüterlər (subnoutbuklar);
ortaformatlı noutbuklar (bəzən onlara “maili”, bəzən də “Laptop” deyirlər);
masaüstü kompüterləri əvəz edə biləcək fərdi kompüterlər (DTR).
Xüsusi qrup kimi əksər hallarda planşet tipli kompüterlərdən də (Tablet PC)
istifadə edilir. Belə kompüterlər sensor ekran ilə təmin olunurlar. Ölçülərinə və
çəkilərinə görə onlar “nazik” noutbuklarla eyni səviyyədə tutulurlar.
Noutbuk istehsalçıları mobil kompüterləri onların imkanlarına və
qiymətlərinə görə də təsnif edirlər. Təsnifat aşağıdakı kimi aparılır:
çəkisinə görə modellər;
biznes
xarakterli noutbuklar;
ultraportativ noutbuklar;
yüksək məhsuldarlığa malik noutbuklar.
Qeyd etmək lazımdır ki, noutbukların bu şəkildə bölünməsi şərtidir. İstehsal
olunan mobil kompüterin hansı xüsusiyyətə malik olduğu istehsalçı tərəfindən
müəyyənləşdirilir.
Mobil kompüterin (noutbukun) daxilində yerləşdirilən mərkəzi prosessor
onun məhsuldarlığını müəyyənləşdirir. Noutbukun platformasi (prosessor, məntiqi
sistem toplumu, qrafiki kontroller və displey) praktiki olaraq 90% onun
İ N F O R M A T İ K A
____________________________________________________________
118
imkanlarını, ölçü və çəkisini müəyyən edir. Bu baxımdan da platformanın tipinə
görə noutbukları texniki təsnif etdikdə belə yanaşma obyektiv sayıla bilər.
Platformanın tipinə görə mobil kompüterləri aşağıdakı kimi kateqoriyaya ayırırlar:
AMD Athlon 64DTR, Intel Mobile Pentium 4;
Intel Pentium M;
AMD Athlon XP-M, Mobile Sempron;
Intel Celeron M, Mobile Celeron;
VIA C3 Antaur, Transmeta Efficion;
Intel XScale, TI OMAP, Samsung S3C və s.
Noutbukda istifadə olunan mərkəzi prosessor onun sadalanan
platformasindan başqa “istilik paketi” adlanan platformasini da xarakterizə edir.
Parametr noutbukun daxilində yerləşən digər təşkiledicilərə prosessordan ayrılan
istiliyin maksimal bölgüsünü müəyyənləşdirir.
Öndə verilmiş parametrlər istifadəçinin mobil kompüterə sahib olmasında
onun seçim etməsinə yardımçıdır.
Dərslikdə noutbuklar haqqında tutarlı səviyyədə məlumat veriləcək (bəzən
belə kompüterləri “qeyd dəftərçəsi” də adlandırırlar). Noutbuklar kifayət qədər
çoxdan yaradılmışdır, amma onların müxtəlif sahələrə geniş tətbiqi 2003-cü ildən
başlamışdır. Noutbukların belə geniş yayılmasının sirri onların masaüstü
kompüterlərdən lazımı səviyyədə fərqlənmələridir. Onlar istifadə üçün əlverişli
olmaqla yanaşı az yer tutur, gəzdirilməsi asandır və onları istənilən yerə asasnlırla
aparmaq mümkündür. Noutbukların avtonom qidalanması onlardan istifadəni
həddindən artıq sadələşdirir (qidalanma onun daxilində quraşdırırlmış xüsusi
hazırlanmış akkumulyatorın hesabına həyata keçir).
Masaüstü kompüterlər ilə yanaşı IBM PC ilə uzlaşan noutbuklardan da
istifadə olunur, bəzən də başqa arxitekturaya malik noutbuklarda istehsal olunur.
Noutbuklar, həmçinin digər fərdi kompüterlər bir-biri ilə naqillərin köməyi ilə
birləşən müxtəlif sxemlər əsasında yığılan qurğulardan ibarət olur. Bu baxımdan
da istehsal olunan bütün kompüterlərin bir-biri ilə uzlaşmasını təşkil etmək üçün
istehsalçı firmalar həmin sxemləri standart şəkildə istehsal etməyə çalışır və
standarta uyğun da istehsal edirlər. Hesablama texnikasında standart hazırlanmış
qurğuları
kompüterin arxitekturası
adlandırırlar.
Hal-hazırda IBM PC ilə uzlaşan noutbukları dünyanın müxtəlif aparıcı
firmaları istehsal edir. Onlar bir-birindən əsasən dizaynlarına görə çox fərqlənirlər.
Belə noutbuklar funksional təyinatına görə müxtəlif olan blok şəkilində toplanmış
çoxlu sayda komponentlərdən (təşkiledicilərdən) ibarət mürəkkəb sistemdən
ibarətdir. Belə mürəkkəb sistemin əsas vəzifəsi noutbuka daxil olan
informasiyanın işlənməsi – verilənlərin axtarılması, çeşidlənməsi və redaktə
edilməsi, hesablamaların həyata keçirilməsi, hazırlanmış materialların çap
olunması, lazım gəldikdə istənilən informasiyanın kanal vasitəsi ilə ötürülməsi və
sairədir.
Aşağıdakı şəkildə hesablama bloku və ekrandan ibarət olan noutbuk
göstərilmişdir. Noutbuk aşağıdakı hissələrdən ibarətdir: