8
TƏNƏFFÜSÜN FİZİOLOGİYASI
Tənəffüs aktı atmosferdən oksigeni qəbul edib daxildən karbon qazı və suyu
xaric edən mürəkkəb fizioloji prosesdir. Maddələr mübadiləsinin zirvəsi olan qaz
mübadiləsini bu bioloji proses təmin edir. Şərti olaraq, tənəffüs üç fazadan ibarət
olub, aşağıdakı mərhələlərdən keçir: xarici tənəffüs (atmosfer havası ilə qan
arasında qaz mübadiləsi), qanla qazların nəql edilməsi və toxuma yaxud daxili
tənəffüs (qanla toxuma arasında qaz mübadiləsi).
Xarici tənəffüs xüsusi orqanların iştirakı olmaqla yalnız alveollarda baş
verir.
Tənəffüs orqanları (üzvləri) anlamına daxildir: tənəffüs yolları (yuxarı və
aşağı), ağ ciyərlərin parenximası və tənəffüs əzələləri. Tənəffüs yollarından keçən
zaman hava kütləsi tozdan, qatışıqlardan təmizlənir, bədən hərarətinə qədər istiləşir
və nəmlənir. Uşaqlarda ümumi böyümə və inkişaf qanunlarına müvafiq olaraq
tənəffüs üzvləri morfoloji və funksional xüsusiyyətlərə malikdir.
Hüceyrələrdə əmələ gələn karbon qazının ağciyərlərin kapilyarlarına nəqli -
üç formada həyata keçirilir: karbohemoqlobin (15%), plazmada həll olunan karbon
qazı (5-6%), 70-80% endogen karbon qazı qanda hidrokarbonatlarla birləşir.
Oksigenin ağ ciyərlərindən toxumalara nəqlini əsasən hemoqlobin
tənzimləyir. 94% oksigen oksihemoqlobin (HbO
2
) formasında ötürülür. 1 qram Hb
1,4 ml O
2
birləşir. Hemoqlabinin oksigenlə doyması zamanı 1 litr qanda 200 ml
oksigen olur-qanın oksigen həcmi (QOH). Böyüklərdə 18-22% həcmindədir,
yenidoğulanlarda 1-4 yaşa qədər azalır, sonralar həddi hülul dövrdə böyüklərə
çatır.
Toxuma (daxili) tənəffüs –toxumalarda oksigenin daxilə, karbon qazın isə
xaric edilməsidir.
Qaz mübadiləsi ilə yanaşı ağ ciyərlər digər funksiyaları da icra edir-
metabolik, termorequlyator, sekretor, ekskretor, baryer və s.
Metabolik funksiyası lipid mübadiləsini, yağ turşularının və asetonun
sintezi, surfaktantın və s. istehsalı.
9
Sekretor funksiya (ixtisaslanmış hüceyrələr və vəzifələr tərəfindən) seroz-
mukoz sekretin aşağı hüceyrələrdən yuxarıya hərəkət edərək tənəffüs yollarını
nəmləndirir və müdafiə edir. Eyni zamanda laktoferin, lizosim, zülalı zərdab,
anticisimlər, antimikrob təsirə malikdir.
Eksretor (uçucu metabolitlərin, eksogen maddələrin aseton, amiak xaric
edilmişdir).
Soruyucu –alvelyar –kapilyar membranın keçiricilik xüsusiyyətinə əsasən
(yağlar, efir, xloroform) suda və yağda həll olunan maddələrə əsaslanır. Bu
xüsusiyyətə əsaslanaraq bəzi dərman vasitələrinin inqalyasiya yolu ilə tətbiqi
istifadə olunur.
SƏBƏBKAR FAKTORLAR VƏ ÜMUMİ MÜDDƏALAR
Pnevmoniya bəşəri xəstəlikdir, dünyada uşaqların ölüm faizinin 15% 5 yaşa
qədər körpələr təşkil edir.
Pnevmoniya – tənəffüs pozulmaları sindromu və/və ya fizikal əlamətlərə və
həmçinin, rentgenoqramda infiltrativ dəyişikliklərə əsasən müəyyən olunan,
ağciyər parenximasının kəskin infeksion iltihabi xəstəliyidir.
Pnevmoniya ağ ciyərin iltihabıdır, onun yaranmasında müxtəlif
bakteriayalar, viruslar və digər törədicilər, o cumlədən köbələklər rol
oynayır.
Pnevmoniya ağ ciyərlərdə allerqik reaksiyanın nəticəsidə ola bilər.
Xəstəliyin inkişafına bir başa həddən artıq (kəskin) soyuqlama, vitamin
çatışmazlığı, yorğunluq təsir edir.
Böyüklərdə kimyəvi və fiziki amillər, termik faktorlar, radiaktiv şualanma
(adətən infeksiyalaşma ilə birlikdə).
Yeni doğulmuşlarda və erkən yaşlı uşaqlarda pnevmoniyaya meyillik
aşağıdakılara əsaslanır:
Perinatal patologiya
10
Aspirasiya sindromu (qusma və qaytarma)
Ürək qüsurları
Raxit və digər hipovitaminozlar
İmmunodefisit vəziyyət
Yenidoğulmuşlarda və erkən yaşlı uşaqlarda tənəffüs sisteminin
morfoloji xüsusiyyətləri:
tənəffüs üzvlərinin nisbətən kiçik ölçüdə olması və onların morfoloji
inkişafının başa çatmaması
burun keçəcəyinin dar olması və aşağı burun keçəcəyinin olmaması
burun ətrafı ciblər zəif inkişaf etmişdir. Alın və əsas boşluqlar 1 yaşdan
sonra inkişafa başlayır. 6 yaşdan sonra sürətlə formalaşır, Haymor boşluqları
yalnız 2 yaşdan sonra, 7 yaşa isə sürətlə böyüyür
dil nisbətən böyük olduğundan qırtlaq üstünün arxadan tutulması nəticəsində
ağızdan nəfəsalmanın mümkün olmaması
udlaq enlidir, udlaq limfa adenoid həlqəsi-Valdeyer Piroqov zəif inkişaf
etmişdir
traxeyanın qıfabənzər, boşluğunun dar və divarlarının batıq, qığırdağın
yumşaq olması və asanlıqla yapılması
bronxların qısa və geniş olması, bronxiolaların isə daha dar olması
yuxarı tənəffüs yollarının selikli qişalarının qan damarları ilə zəngin, ödemə
meyilli olması, elastik toxumanın zəif inkişaf etməsi
Yenidoğulmuşlarda tənəffüs sisteminin morfoloji xüsusiyyətləri
ağciyər toxumasının az havalı, sinusların arakəsmələrinin isə birləşdirici
toxuma və qan damarları ilə zəngin olması, elastik toxumanın kifayət qədər
olmaması
tənəffüsün dərinliyinin xeyli aşağı olması, bu da ağciyərlərin kütləsinin
azlığı və döş qəfəsinin quruluş xüsusiyyəti ilə əlaqədardır (döş qəfəsinin ön-
Dostları ilə paylaş: |