45
Döş qəfəsinin palpasiyası zamanı ağrılığı təyin etmək olar. Bu zaman onun
lokalizasiyasını müəyyən etmək, eləcə də qabırğaaltı sinirlərin, əzələ və
qabırğaların zədələnməsi ilə bağlı olan səthi ağrınıdərin-plevral ağrıdan ayırmaq
lazımdır.
Plevral ağrılar xəstə sağlam tərəfə əyildikdə (zədələnmiş tərəfə ağciyərlərin
ekskursiyası artır), dərindən nəfəs aldıqda və öskürdükdə güclənir. Döş qəfəsini əl
ilə yanlardan iki tərəfdən sıxaraq immobilizə etməklə plevral ağrını azaltmaq
mümkündür.
Palpasiya zamanı həmçinin səstitrəməsidə təyin edilir. Böyüklərdən fərqli
olaraq uşaqların səsi zəif olub, yüksək tonallığa malik olur. Buna görə də onlarda
səs titrəməsini təyin etmək çətin olur. Bu “R” hərfini aydın tələffüz edən
uşaqlarda dahayaxşı təyin edilir.
Həkim əllərini uşağın döş qəfəsinə qoyur, bu zaman uşaq ucadan vibrasiya
edən səslər tələffüz edir (traktor, raket). Həkim əlinin altında (daha çox ovucu ilə,
barmaqları ilə yox) titrəmə hiss edir ki, bu da səs titrəməsi adlanır.
Ovuclar döş qəfəsinin simmetrik nahiyələrinə qoyulur. Ön səth boyunca
yuxarı şöbələr, yan səthlərlə yan şöbələr (əllərinqoyulması yanlardan döş qəfəsinin
elastikliyi təyin edildiyi halda olduğuna analojidir, arxadan kürəkaltı nahiyə və
kürəklərarası və aşağı şöbələr müayinə edilir.
Həm həkimin əllərinə münasibətdə, həm də uşağın vəziyyətinə münasibətdə
müayinələrin simmetrikliyinə diqqət yetirmək lazımdır. Həkimin əlləri bir-birinə
toxunmamalıdır. Normada səs titrəyişləri simmetrik nahiyələrdə bərabər şəkildə
ötürülür, ağ ciyərlərin sağ zirvə hissəsində bir qədər güclü olur (sağ, nisbətən qısa
olan bronx qırtlaqdan titrəyişlərin ötürülməsi üçün daha əlverişli şərait yaradır)
Patologiya zamanı o, güclənmiş, zəif olabilər və zədəyə müvafiq olaraq mövcud
olmaya bilər.
Palpasiya ilə plevranın sürtünmə küyü (çoxlu və kobud fibrin çöküntü
olarsa), bronxitlər zamanı quru, vızıldayan aşağı tonlu xırıltılar, dərialtı emfizema
zamanı krepitasiya xırıltıları eşidilə bilər.
46
PERKUSSİYA
Perkussiya döş qəfəsi orqanları xəstəliklərinin diaqnostikasında daha
informativ metod hesab edilir. Yaşdan, məqsədlərdən və şəraitdən asılı olaraq
bütün metodlardan, perkussiyanın bütün növ və üsullarından istifadə edilə bilər-
vasitəsiz və vasitəli, topoqrafik və müqayisəli, eləcə də auskultofriksiya -
perkutor göstəricilərin auskultativ təyin edilməsi.
Perkussiya zamanı uşağın düzgün vəziyyətdə yerləşməsinə xüsusi diqqət
yetirmək lazımdır, döş qəfəsinin simmetrikliyitəmin edilməlidir. Kiçik uşaqlar
müayinə edildikdətibbi personalın və ya valideynlərin köməkliyindən istifadə
edilməlidir, elə vəziyyətyaradılmalıdır ki, əzələlərdə gərginlik olmasın.
Bir aylıq uşaqda döş qəfəsinin ön və yan səthlərinin perkussiyası zamanı
onu arxası üstə tutmaq məqsədəuyğundur, arxa nahiyə perkussiya olduqda uşaq
ananın əllərində oturaqvəziyyətdə olmalı, başı tutulmalıdır. Bu zaman uşağı onu
tutanın sinəsinə tərəf bərk sıxmaq tövsiyə edilmir. Başını tuta bilməyən uşaqları
qarnı üstə uzadaraq və ya sol əl üstə tutaraq perkussiya etmək olar. Bu zaman uşaq
həkimin sol ovcunda uzanmış olur, həkimin baş barmağı qoltuqaltına yerləşdirilir,
şəhadət barmaq sağ körpücük sümüyündə, qalan barmaqlar isə sağdan döş
qəfəsinin yan səthində olur.Perkussiya zamanı barmaqların vəziyyəti aşağıda
təsvir olunub (Şəkil 6).
Şəkil 6 (a;b). Düzgün (a) və qeyri-düzgün (b) perkutor vurmalar.
47
Böyük yaşlı uşaqlarda ağciyərlərin perkussiyasını sakit şaquli vəziyyətdə
aparmaq əlverişlidir. Döş qəfəsinin ön səthinin perkussiyası zamanı uşaq sakitcə
duraraq əllərini aşağı salır. Arxa səthin perkussiyası zamanı uşağın çiyinləri aşağı
sallanmış, başı bir qədər önə əyilmiş olur.
Kürəklərarası sahə müayinəedildikdə, uşaq kürəklərini bir qədər aralayır ki,
müayinə üçün əlverişli sahə yaransın. Əlləri sinədə birləşdirmək olmaz, çünki bu
zaman əzələlər gərgin olur, perkussiyaya mane olur. Döş qəfəsinin yan səthlərinin
perkussiyası zamanıəllər yanlara açılır, daha yaxşı olar ki, başın arxasına aparılsın.
Adətən, erkən yaşlı uşaqların perkussiyası vasitəsiz, 5 yaşdan böyük uşaqların
perkussiyası vasitəli aparılır.
Topoqrafikvə
müqayisəli perkussiya ayrılır. Topoqrafik perkussiya
ağciyərlərin aşağı sərhəddini, zirvəsini, ağciyərlərin aşağı kənarlarının
hərəkətliliyini təyin etmək məqsədilə aparılır.
Ağciyərlərin sərhədlərinin təyin edilməsinə adətən sağ ağciyərin aşağı
sərhədindən başlayırlar (ağciyər-qaraciyər sərhəddi). Ardıcılolaraq orta körpücük,
qoltuq və kürək xətləri üzrə yuxarıdan aşağıya perkussiya olunur. Barmaq-
plessimetr qabırğaarasında yerləşdirilməlidir. Ağciyərin sərhədi aydın ağciyər
tonunun küt tona keçməsinə uyğun olur. Sol ağciyərin aşağı sərhədi qoltuqvə kürək
xətləri üzrə təyin edilir. Ağciyərlərin aşağı kənarının sərhədləri 2-ci cədvəldə
verilmişdir. Ağciyərlərin aşağı sərhədində müəyyən qeyri-simmetrikliyin olması
mümkündür (qaraciyərə görə sağdan bir qədər yuxarı ola bilər).
Cədvəl 2
Ağciyərlərin aşağı sərhədləri
Xətt
Sağdan
Soldan
Orta körpücük
Altıncı qabırğaarası
-
Ön qoltuq
Yeddinci qabırğaarası
Yeddinci qabırğaarası
Orta qoltuq
Yeddinci-doqquzuncu
Səkkizinci-doqquzuncu