31
Natamam effekt: yuxarıda göstərilən müddətlərdə bədən hərarətinin 38°С
səviyyəsində saxlanması fonunda, toksikozun dərəcəsinin və təngnəfəsliyin
azalması, iştahanın yaxşılaşması, rentgenoqramda mənfi dinamikanın
olmaması. Antibiotikin dəyişdirilməsi tələb olunmur.
Effektin olmaması: vəziyyətin pisləşməsi fonunda hərarətin 38°С və daha
çox olması və/və ya ağciyərlərdə, plevral boşluqda dəyişikliklərin artması
(ekssudat həcminin və sitozun artması). Xlamidioz və pnevmosistoz zamanı
təngnəfəsliyin və hipoksemiyanın şiddətlənməsi. Antibiotikin dəyişdirilməsi
tələb olunur.
32
PROFİLAKTİKA
İqtidisadi baxımdan pnevmoniyanın müalicəsi bəzi ölkələrin monitorinqi
əsasında antibiotiklər da daxil olmaqla 2015-ci ilin məlumatına əsasən 66 ölkə üzrə
109 mln. təşkil etmişdir. Uşaq ölümünü azaltmaq yolunda ən səmərəli strategiya
aktiv təqvim üzrə peyvəndləşmədir. Hib, pnevmokokk, qızılca və göy öskürək
əlehinə aparılan peyvəndləşmə bu strategiyanın əsasını təşkil edir.
6 ayına gədər mütləq ana südü ilə qidalanma
Doyuzdurma və əlavə qidalanmanın gecikmədən vaxtında aparılması
Mətbəxdə sertifikatlı plitələrin istifadəsi
Sanitariya və gigiyena qaydalarına hər mərhələdə riayət edilməsi
Pnevmoniyanın profilaktikasında ÜST tərəfindən bütün bu qeyd edilən tədbirlər
kompleks şəklində aparılmalıdır. Uşaq ölümünün azalması yolunda bu tədbirlər
prioritet hərəkət kimi gündəmdə durur.
Virus infeksiyalarının profilaktikası üçün:
Döşlə (ana südü ilə)
qidalanma
Passiv siqaretçəkmədən çəkinmək
Virus infeksiyasının yayılmasının qarşısını almaq (məsələn: əlləri yumaq,
maskalardan istifadə etmək vasitəsi ilə)
Vaksinasiya
Vərəm, göy öskürək, qızılca peyvəndləri ilə mütləq immunlaşdırma aparmaq
Qripəleyhinə vaksinasiya Azərbaycanda milli təqvimə daxil olunmayıb,
lakin könüllü olaraq mümkündür. Uşaqlarda vaksinasiya payızda başlanılır,
birinci il iki dəfə aparılır.
b tipli H. Influenza ilə törədilmiş infeksiyaya qarşı vaksinasiya uşaqların
həyatının ilk aylarında bu etiologiya ilə ağır pnevmoniyaların 80% və 22-
26% bütün ağır pnevmoniyalarla xəstələnmələrin azalmasına səbəb olur.
Polisaxarid pnevmokokk vaksin yalnız 2 yaşdan böyük uşaqlarda
immunogendir.
Konyuqasiya olunmuş pnevmokokk vaksinlər uşaqların həyatının ilk
aylarından immunogendilər.
33
DİAQNOSTİK AÇIQLAMALAR
(BAXIŞ, PALPASİYA, PERKUSSİYA, AUSKULTASİYA,
LABORATOR VƏ İNSTRUMENTAL MÜAYİNƏLƏR)
Adətən klinik əlamətlər xəstəliyin ağırlığı, prosesin yayılması, uşağın yaşı,
yanaşı gedən xəstəliklərin mövcudluğu kimi bir çox amillərdən asılı olaraq
meydana çıxır.
Qızdırma, öskürək, təngnəfəslik, ağciyərlərdə xırıltılar bütün KRX-lər zamanı
rast gəlindiyi üçün spesifik deyil. Lakin kiçik yaşlı uşaqlarda (3 yaşadək) respirator
distress simptomları (taxipnoe, öskürək, krepitasiya, tənəffüsün güclənməsi və ya
zəifləməsi) olmadığı halda pnevmoniya diaqnozunun ehtimalı azalır. 6 aydan
böyük uşaqlarda yüksək hərarətin olmaması pnevmoniyanı praktik olaraq istisna
edir.
Bir yaşadək uşaqlarda dehidratasiya və hipoksiya (sianoz) əlamətləri
qiymətləndirilməlidir. Dehidratasiya zamanı auskultativ dəyişikliklərlə klinik
əlamətlər uyğun olmaya bilər.
Beləliklə yenidoğulanlarda xəstəliyin səbəbi törədicinin olması ilə bərabər
yerli və ümumi mudafiyə güvvələrinin, orqanın yetkin inkişafının yetərli
olmamasıdır.
Şikayətlər:
Hərarətin artması, qızdırma
Öskürəyin yaranması (produktiv və ya qeyri-produktiv)
Döş qəfəsində və ya qarında ağrı
Tənəffüsün çətinləşməsi
Halsızlıq, yuxululuq, baş ağrısı, ürək bulanması/qusma, mialgiya
Fizikal müayinə
Hərarət ≥38.50С
Тахipnoe
34
Tənəffüs aktında köməkçi əzələlərin iştirakı (qabırğaarası əzələlərin və döş
qəfəsinin dartılması)
Ağciyər toxumasının bərkiməsi
Palpasiya
Döş qəfəsinin ekspansiyasının azalması
Taktil səs titrəməsinin artması
Tənəffüs aktında zədələnmiş tərəfin geri qalması
Perkussiya
Zədələnmiş nahiyə üzərində lokal kütləşmə
Аuskultasiya
Zəifləmiş tənəffüs
Bronxial tənəffüs
Səsli xırdaköpüklü xırıltılar və ya inspirator krepitasiya
Şəkil 3
Şəkil 4
Arxa səthin perkussiyası zamanı
Plevra boşluğunda ifrazat
barmaq-plessimetrin yerləşdirilməsi:
zamanı perkutor mənzərə:
Plevranın sürtülmə küyü
1-ekssudat üzərində kütlük;
Kəskin güclənmiş bronxofoniya
2-Damuazo xətti;
3-Qarlend üçbucağı;
4-Rauxfus-Qrokko üçbucağı.