39
Erkən yaşlı uşaqda anamnez toplandıqda perinatal dövrün və doğuşun
gedişatları, uşağınkeçirdiyi xəstəlikləri, bu yaxınlardakı xəstəliyin əvvəlində
qeydə alınan simptomları və ya başqa kəskin respirator və xroniki infeksiyalı
xəstələr ilə təmasda olması dəqiqləşdirilir.
Ümumi şikayətlər arasında yüksək hərarət, halsızlıq, zəiflikdən şikayətlər
üstünlük təşkil edir.Südəmər uşaqlarda əlavə olaraq iştahın aşağı düşməsi, çəki
artımının ləngiməsi də qoşulur. Eyni zamanda zökəm, asqırma, öskürək,
təngnəfəslik kimi spesifikşikayətlər də olur. Simptomların ardıcıllığı və inkişaf
sürəti, onların ətraflı xarakteristikası vacibdir. Məsələn, öskürəyin tipi (quru və ya
yaş, səthi və ya dərin, arası kəsilən, tükənən və ya tutma şəkilli öskürəklər),
onun səs xarakteristikası (hürüşəbənzər və ya bitonal) vədövrülüyünü (yatdıqda
və ya yuxudan ayıldıqda, temperatur dəyişildikdə) və s. təyin etmək zəruridir.
Təngnəfəslik olduqda valideynlər körpələrdə burun pərlərinin üfürülməsinə, burun-
dodaq üçbucağında sianozluğun yarandığına (baxmayaraq ki, bu simptom məhz
tənəffüs sisteminin zədələnməsinin diaqnostikası üçün etibarlı hesab edilmir),
körpənin məcburi vəziyyət almasına diqqət yetirirlər.
Xəstəliyin allergik mənşəli olduğuna şübhə yarandıqda mütləq ətraflı
allerqoloji anamnez toplamaq lazımdır. Ailənin başqa üzvlərində,keçmişdəxəstədə
allergik reaksiyaların olub-olmadığı, öyrənilməlidir. Xəstəliyin təzahür etməsi ilə
ilin fəsli, sutkanın vaxtı arasında, məişət (evin təmizlənməsi), epidermal
(heyvanlarla oynamaq), tozcuq (çiçəklənməmövsümündə parkda, meşədə
gəzdikdə) allergenlərlə əlaqənin olmasını, medikamentlərin qəbul etməsini,
pəhrizdəki dəyişiklikləri, fiziki və psixi yüklənmələri dəqiqləşdirmək lazımdır.
Ailədə gigiyenik vərdişlərə, otaqda hansı temperaturun üstünlük təşkil etdiyinə,
uşağın geyinməsi (uşağın isti geyindirilməsi), hərəkət rejiminə xüsusi əhəmiyyət
verilir.
Böyük yaşda uşağın özünü də sorğu etmək lazımdır, çünki bu zaman vacib
detallar aşkar edilə bilər.
40
BAXIŞ
Baxış müəyyən ardıcıllıq ilə aparılır: ümumi baxış, üzün və boynun, döş
qəfəsinin baxışı. Yaxşı olar ki, ayaq üstündə, qurşağa qədər soyunmuş vəziyyətdə,
hər tərəfdən eyni bərabərlikdə işıqlandırma şəraitində baxış aparılsın. Bu,
hipoksiya əlamətlərini vətənəffüs çatışmazlığını-sianoz və təngnəfəsliyi aşkar
etməyə imkan verir. Ümumi baxış uşağın bədəninin vəziyyətini qiymətləndirməyə
imkan verir ki, bu da məcburi vəziyyətləri (böyrü üstə, oturmuş vəziyyətdə əlləri
ilə səthə dayamaqla), əl barmaqlarının “Təbil çubuqları” şəklindəvə ya dırnaqların
saat şüşəsi kimi olmasını aşkarlamağa imkan verir. Yadda saxlamaq lazımdır ki,
bir sıra hallarda saat şüşəsi formasında olan dırnaqlar irsən ötürüləbilər. Ona görə
də valideynlərin də dırnaqlarını yoxlamaq lazımdır.
“Təbil çubuqları” əlamətinin müəyyən edilməsiüçün dırnağın hündürlüyü ilə
(dırnağın yuxarı həddindən barmaq yastıqlarına qədər olan məsafə) distal falanqa
(distal falanqalar arası oynaqların yuxarıdan aşağıya qədər olan məsafə) arasındakı
həddin nisbətini təyin etmək lazımdır. Adətən, bu hədd birdən az olur. “Təbil
çubuqları’’əlaməti zamanı məsafə artır və birdən çox olur . Üz yoxlandıqda uşağın
burunla, yoxsa ağızla nəfəs aldığına, burundan ifrazatın olub-olmamasına, onun
xarakterinə, burun pərlərinin gərginliyinə, ağızdan köpüyün gəlməsinə, baş
hiperkinezinin olub-olmamasına diqqət yetirmək lazımdır. Çətinləşmiş qazlar
mübadiləsini əks etdirən sianoza, onun kəskinlik dərəcəsinə, daimi və ya
müvəqqəti xarakterli olmasına, hansı halda uşaq əmdikdə, ağladıqda və ya fiziki
gərginlikdə baş verməsinə diqqət yetirilir.
Sianoz ayrı -ayrı sahələrdə(burun-dodaq uçbucağı, gözlərin ətrafı, barmaqlar)
və yayılmış ola bilər. Mikrosirkulyasiya pozuntusu olduqda dəri mərmərşəkilli
görünüş alır. Qızdırmalı, vərəmli və pnevmoniyalı xəstələrdə yanaqlarda qızartının
olması mümkündür (bəzən müvafiq tərəfdə simpatik sinirin qıcıqlanması
nəticəsində məhz həmin zədələnmiş tərəfdə).
Uşağın səsini, onun qışqırtısını və öskürəyini xarakterizə etmək lazımdır.
Bundan başqa "Oral krepitasiya"- məsafədən eşidilən xırıltıları tutmaq
mümkündür.
41
Boyun yoxlandıqda böyümüş limfa düyünləri, şiş, kistalar aşkar edilə bilər.
Döş qəfəsinin baxışını hər tərəfdən, həm sakit vəziyyətdə, həm də dərindən nəfəs
adıqda aparmaq lazımdır, bu zaman döş qəfəsindəki bir çox dəyişikliklər və
tənəffüs hərəkətləri yaxşı görünür. Əvvəlcə döş qəfəsinin forması, körpücüklərin
yerləşməsi, körüpücüküstü və körpücükaltı çuxurlar, kürəklər qiymətləndirilir.
Sonra tənəffüsün tipi, ritmi və tezliyini xarakterizə etmək lazımdır.
Hər iki tərəfdən döş qəfəsinin hərəkəti zamanı kürəklərdə simmetriklik
(bunun üçün şəhadət barmaqlarının uclarını kürəklərin künclərindəyerləşdirmək
lazımdır), qabırğalar arasında şişkinlik və ya dartılma, döş qəfəsinin bir yarısının
hərəkətdən qalması qeydə alınır. Tənəffüs aktında köməkçi əzələlərin iştirakına
diqqət yetirilir. Böyük yaşlı uşaqlara sürətli nəfəsvermə və nəfəsalma təklif
olunur, bu zaman döş qəfəsinin tənəffüs aktında iştirakını qiymətləndirmək asan
olur.
Döş qəfəsinin formasını təyin etməklə döş qəfəsində fəza nisbəti, orada
yerləşən orqanların yeri, onların fəaliyyət şəraiti haqqında təsəvvür əldə etmək
olur. Yenidoğulanlarda döş qəfəsi ucu aşağı kəsilmiş konus formasında, onun ön-
arxa ölçüsü, təqribən uzununa ölçüsünə bərabər olur. Erkən yaşlı uşaqda döş qəfəsi
silindrik formada, qabırğalar üfüqi yerləşmiş olur və onurğa sütunu ilə düz bucaq
yaradır.
Uşaq böyüdükcə, qabırğalar onurğadan uzaqlaşmağa başlayır, döş qəfəsinin
daha yaxşı ekskursiyası üçün imkan yaranır. Emfizematoz və paralitik formalı döş
qəfəsi olan uşaqlarda, skeletin kobud deformasiyaları zamanı (qıfabənzər döş,
raxitik deformasiya, onurğanın əyilməsi) tənəffüs hərəkətlərinin biomexanikasında
daha dərin dəyişikliklər qeydə alınır. Onlar müəyyən dərəcədə döş qəfəsinin
həcmini azaldır, ağ ciyərlərin ekskursiyasını pozur.
Döş qəfəsinin və ya qarnın iştirakının üstünlük təşkil etməsindən asılı olaraq
(döş qəfəsi, qarın boşluğu, qarışıq) tənəffüsün tipləri ayırd olunur: südəmər
uşaqlarda qarın tipli tənəffüs xarakterikdir, 2 yaşdan 8-9 yaşa qədər qarışıq tip
(döş -qarın tipli) tənəffüs müşahidə edilir. 10 yaşdan tənəffüsdə cinsi fərqlər
meydana gəlir, oğlanlarda qarın tipli, qızlarda döş tipli tənəffüsüstünlük təşkil
Dostları ilə paylaş: |